Hesab açılışı
Real Hesab
Aşağıda qeyd olunanları yerinə yetirməklə, Siz "UForex"də Real hesaba malik olursunuz:
1. “Unibank”ın istənilən filialına yaxınlaşmalısınız;
2. Bank əməkdaşına şəxsiyyət vəsiqənizin əslini (sənədin qüvvədə olma tarixinə diqqət yetirin) təqdim etməli və özünüzün, avtomatik olaraq login və şifrənin göndəriləcəyi elektron poçt ünvanınızı təqdim etməlisiniz;
3. Açdığınız cari bank hesabınıza vəsait daxil etməlisiniz. Dünya bazarlarına UForex vasitəsilə qoşulmaq üçün minimal depozit məbləği 50 USD təşkil edir. Zərurət olduqda, plastik kart sifariş edə bilərsiniz.
4. "UForex"də hesab açdığınız, balansı möhkəmləndirdiyiniz və qazanılan vəsaiti hesabdan (filialdan) məxaric etdiyiniz zaman heç bir komissiya ödənilmir.
"Marja ticarəti haqqında müqavilə"nin nümunəsi
Bir tərəfdən bundan sonra “İnvestisiya Şirkəti” adlandırılacaq Azərbaycan Respublikasının qanunvericiliyi, 08.01.2016-cı il tarixli İSN/l-30/2016 saylı lisenziya və Nizamnaməsi əsasında fəaliyyət göstərən “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti, Baş Menecer Tahir Qəribov şəxsində və digər tərəfdən bundan sonra “Müştəri” (bundan sonra birlikdə “Tərəflər”) adlandırılacaq ___________________oğlu (Şəxsiyyət vəsiqəsi/pasportu: Seriya AZE_______, Pin Kod ____________, ____________ tarixində ________________tərəfindən verilmişdir) olan aşağıdakı şərtlərlə azad surətdə Bu Müqaviləni Bakı şəhərində XX.12.2021-ci il tarixində bağladılar:
- Müqavilənin Predmeti:
- Bu Müqavilə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi çərçivəsində investisiya xidməti olan Marja ticarəti ilə bağlı Tərəflərin hüquq və vəzifələrini tənzimləyir.
- Müqavilənin predmetini Müştəriyə Marja ticarəti üçün müvafiq hesabının açılması (bundan sonra mətndə “marja hesabı”), Marja Ticarəti şərtləri ilə xarici valyutalarda və digər ticarət aktivlərində Marja ticarəti xidmətlərinin göstərilməsi təşkil edir.
- Müqaviləyə Əlavə №1 “Marja Ticarəti üzrə Risk Məlumatlandırma sənədi”, Əlavə №2 Müştəri Anketi əlavə edilir və Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
- Əsas anlayışlar:
- Müqavilədə aşağıdakı termin və anlayışlardan istifadə edilmişdir:
- Baza aktivi - qiymətli kağız, valyuta, faiz dərəcələri, gəlirlilik, törəmə maliyyə alətləri, əmtəə, maliyyə indeksi, kredit riskləri və s.;
- Nəzarət orqanı – Qanunvericilik üzrə İnvestisiya Şirkətinin fəaliyyətini yoxlayan və onun fəaliyyətinə nəzarəti həyata keçirən dövlət orqanı və ya publik hüquqi şəxs;
- Fond Birjası - fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir;
- Marja ticarəti- investora baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidməti zamanı gəlir əldə edilməsi məqsədilə, “Uniforex Trading Station” texniki kompleksi vasitəsilə alınan\satılan valyutanın eyni məbləğinə valyuta alqı-satqısı üzrə ən azı iki müqabil sövdələşmənin aparılmasını nəzərdə tutur;
- İnvestisiya Şirkəti - “Unicapital İnvestisiya Şirkəti” ASC;
- Bank - İnvestisiya şirkətinin bank əməliyyatları üçün əməkdaşlıq etdiyi kommersiya bank;
- Müştəri - Müqaviləyə uyğun olaraq marja hesabı üzrə əməliyyatlar aparan fiziki və ya hüquqi şəxs deməkdir;
- Peşəkar İnvestor – Bu Müqavilənin 4.2-ci bəndində öz əksini tapmış meyarlardan ən azı ikisinə cavab verən Müştəri.
- İnstitusional İnvestor - investisiya şirkətləri, investisiya fondları və onların idarəçiləri, əsas fəaliyyətini qiymətli kağızlara investisiyalar təşkil edən şəxslər, kredit təşkilatları, sığortaçılar, pensiya fondları və onların idarəçiləri, digər tənzimlənən maliyyə institutları, əmtəələrin və onlar üzrə törəmə alətlərin dilerləri, beynəlxalq maliyyə təşkilatları, dövlətlər, mərkəzi banklar;
- İnternet sayt - İnvestisiya Şirkətinin www.uforex.az və www.unicapital.az ünvanları ilə internet şəbəkəsində olan saytdır;
- Uniforex Trading Station - İnvestisiya şirkəti tərəfindən hazırki Müqavilə çərçivəsində Müştərinin istifadəsi üçün təklif olunan və Müştəriyə Müştəri hesabı üzrə Marja Ticarəti üzrə əməliyyatları aparmağa imkan verən elektron ticarət platformasıdır (Proqramı Müştəri öz kompüterinə, telefon və ya digər elektron qurğuya Uniforex-in saytından yükləməlidir);
- Marja Ticarəti (Margin Trading ) - müştəriyə baza aktivi və ya bu baza aktivlərinin qiyməti, gəlirliliyi, məzənnə fərqi, risk dərəcəsinin öz vəsaiti və ya borc vəsaitləri ilə alınıb sonradan satılmasının təşkili üzrə investisiya xidmətidir (əməliyyatıdır);
- Balans (balance) - müştərinin ticarət əməliyyatlarının və ticarət hesabına etdiyi mədaxil və məxariclərinin nəticəsi;
- Kapital (Equity) - müştərinin balansı və cari açıq mövqelərinin nəticələrinin cəmi;
- İlkin Marja (İnitialMargin) - baza aktivi ilə ticarət əməliyyatının aparıla bilməsi məqsədi ilə investisiya şirkəti tərəfindən müştəridən tələb olunan kapitalın minimum məbləğidir;
- Təminat Marjası (Margin) - qiymətli kağızlarla marja ticarəti zamanı qiymətli kağızların alışından sonra müştəri hesabında saxlanılmalı olan və qiymətli kağızların cari bazar dəyərinin faizlə hesablanmış minimum məbləğdir;
- Marja çağırışı (Margin Call) - müştəri hesabındakı pul vəsaitlərinin azalaraq müəyyən olunmuş minimal səviyyəyə düşməsi barədə İnvestisiya Şirkəti tərəfindən müştəriyə edilən xəbərdarlıqdır;
- Sərbəst təminat (free margin) - müştərinin ticarət hesabındakı kapitalının sifarişlər üzrə tələb olunan təminat məbləği iləfərqi;
- Cari bazar dəyəri - qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin listinqdən keçdiyi birjanın kotirovkasına əsasən son ana müəyyən olunan qiymətidir;
- Mədaxil və məxaric bank hesabları – Marja Ticarəti üzrə pul hesablaşmaların aparılması məqsədilə Bank tərəfindən Müştəriyə açılan cari hesablardır. Bu hesablar yalnız Marja ticarəti ilə bağlı olan mədaxil və məxaric əməliyyatlarda istifadə oluna bilər;
- Loqin (Eyniləşdirmə nömrəsi) və şifrə - Müştərini identifikasiya etmək məqsədilə İnvestisiya Şirkəti tərəfindən Müştəriyə verilən, hərf, rəqəm və ya hərf və rəqəmlərdən ibarət Müştərinin identifikasiya kodudur. Loqin, Şifrə ilə birlikdə “Uniforex Trading Station” proqram-texniki kompleksinə icazəli çıxışı təmin etmək üçün Müştəri tərəfindən istifadə olunur;
- Lot - bir sifariş üzrə baza aktivinin standart alış-satış həcmidir;
- Qeyri-bazar kotirovkası - Aşağıdakı şərtlərdən ən azı birinə uyğun olan kotirovkadır:
- Əsaslandırılmamış əhəmiyyətli qiymət fərqinin olması;
- Qiymət fərqinin yaradılması ilə ən birinci səviyyədə kiçik vaxt fasiləsi müddətində qiymətinin qayıtması;
- Bu kotirovka meydana çıxmazdan əvvəl qiymətdə sürətli artımın olmaması;
- Bu kotirovkanın meydana çıxdığı an məzənnəyə əhəmiyyətli dərəcədə təsir göstərən makro-iqtisadi hadisələrin və\və ya korporativ xəbərlərin olmaması;
- Bazarda həmin kotirovka üzrə sövdələşməni yerinə yetirə biləcək qarşılıqlı tələbin olmaması səbəbindən göstərilən vaxtda belə kotirovka üzrə sövdələşmə həyata keçirmək mümkün deyildir; Bu sövdələşmənin keçirilməsi və ya keçirilməməsi hüququ İnvestisiya Şirkətində saxlanılır;
- Spred - baza aktivinin alış qiyməti ilə satış qiyməti arasındakı fərqdir;
- Fərq Müqaviləsi roloveri - baza aktivinin müddətindən asılı olaraq açıq mövqelərin növbəti müddətə keçirilməsi prosesidir;
- Qiymət sürüşməsi - qiymətlər arasında fərqin yaranma halıdır;
- Qiymət boşluğu - bazarda yüksək volatillik nəticəsində ardıcıl qiymətlər arasında yaranmış boşluqdur;
- Kontr-valyuta (Qiymət valyutası) - vahidlərində əsas valyutanın qiymətinin ifadə olunduğu valyutadır;
- Saxlanılan Sifariş - Müştərinin Investisiya Şirkətinə “Uniforex Trading Station” vasitəsilə ötürdüyü, razılaşdırılmış şərtlərlə sövdələşmələrin həyata keçirilməsi üçün sərəncamdır;
- Müqavilədə aşağıdakı termin və anlayışlardan istifadə edilmişdir:
Qeyd: Müştəri tərəfindən saxlanılan orderlərin sayı 15-20-ni, orderlərin həcmi isə mövcud olan Marjin səviyyəsini aşmamalıdır. Əks halda Uniforex Müştəriyə yazılı xəbərdarlıq edərək bu saxlanılan orderləri bağlamağını tələb edə bilər. Məhz bundan sonra Müştəri tərəfindən heç bir tədbir görülməzsə Uniforex saxlanılan orderləri özü bağlaya bilər;
- Kredit Çiyni - İnvestisiya Şirkəti tərəfindən Marja Ticarətinin aparılması məqsədi ilə müştəriyə ayrılan borc vəsaitlərinin girova nisbətidir;
- Əsas Valyuta - Alınan\Satılan (baza) valyuta – digər xarici valyutaya alınan və ya satılan valyutadır. Valyuta cütlüyünü göstərən zaman alınan\satılan valyuta birinci göstərilir;
- Yenidən hesablama valyutası - hər bir ticarət aləti üzrə açıq mövqelərin ekvivalentini və Müştərinin ümumi açıq valyuta mövqeyini hesablamaq üçün valyutadır;
- Bağlı mövqelər - Müqavilə çərçivəsində nəticədə alınan (və ya satılan) valyutanın və ya digər ticarət aktivinin ümumi məbləğinin sıfıra bərabər olduğu əməliyyatların aparılmasıdır;
- Açıq valyuta mövqeyi - Alınan\Satılan valyutanın və ya digər ticarət aktivinin, habelə alınan\satılan valyutanın və ya digər ticarət aktivinin analoji məbləğinin kontr-valyuta satışı (alışı) ilə örtülməyən ümumi məbləğdir;
- Uzun valyuta mövqeyi - sövdələşmənin əsas alınan\satılan valyutasının və ya müvafiq ticarət aktivinin alışı zaman meydana çıxan mövqedir (alan tərəfin mövqeyi);
- Qısa valyuta mövqeyi - sövdələşmənin əsas alınan\satılan valyutasının və ya müvafiq ticarət aktivinin satışı zaman meydana çıxan mövqedir (satan tərəfin mövqeyi);
- Svop faizi - müştərinin ticarət etdiyi fərq Müqaviləsinin baza aktivinə, həmin baza aktivi ilə aparılan əməliyyatın həcminə və açdığı mövqenin növünə uyğun olaraq hesablanan günlük faiz miqdarıdır;
- Aparılmış əməliyyatlar barədə hesabat - ticarət platformasında hazırlanan, özündə hesabat dövrünə həyata keçirilmiş əməliyyatları barədə ümumi məlumatı, o cümlədən xüsusilə Müştərinin açıq valyuta mövqeləri və Müştəri hesabının vəziyyəti barədə məlumatı əks etdirən elektron sənəddir;
- Nettinq - Tərəflərin öhdəliklərinin\tələblərinin qarşılıqlı hesablanması və xalis, yekun məbləğinin müəyyən edilməsi prosedurudur;
- Öhdəliklərin pozulması - Müştərinin öz öhdəliklərini əhəmiyyətli dərəcədə pozmasıdır. Öhdəliklərin pozulması sayılan hallar hazırki Müqavilə və qanunvericiliklə müəyyən olunmuşdur;
- Skalpinq– Müştərinin maliyyə aləti üzrə təhlil aparmadan qısa müddətli aralıqlarla davamlı və intizamsız şəkildə kiçik qiymət dəyişiklikliyi aralığında sifarişlər verməklə ticarət:
- Müştəri ilə aparılan bütün danışıqlar zamanı həmçinin sənəd dövriyyəsi, şifahi və yazılı danışıqlar zamanı 2.1-ci bəndə qeyd edilmiş terminlər qarşısında yazılmış anlayışı kimi qəbul olunur.
- Tərəflərin hüquq və vəzifələri:
- İnvestisiya şirkətinin hüquqları:
- Müştəriyə səbəblərini bildirməklə sonuncu tərəfindən verilmiş sifarişləri qismən və ya tamamilə qəbul etmək və ya imtina etmək;
- Müştəri ilə telefon və digər vasitələrlə aparılan danışıqların qeydiyyatını aparmaq;
- Sifarişin qəbulu zamanı müştəridən hesabında ən azı müvafiq sifarişin icrası ilə bağlı ilkin təminat həcmində vəsaitin mövcudluğunu təmin etməsini tələb etmək;
- Müştəri sifarişləri üzrə yaranmış xidmət haqqını və sifarişin icra olunması ilə bağlı xərcləri müştəri hesabından ödənilməsini təmin etmək;
- Müştərinin açıq mövqesini bağlamaq üçün müvafiq maliyyə aləti üzrə qiymət formalaşmadıqda, müvafiq mövqeni və onun maliyyə nəticələrini müştəri hesabından ləğv etmək;
- Bu Müqavilə və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları üzrə digər hüquqlardan istifadə etmək.
- İnvestisiya şirkətinin vəzifələri:
- Müştəriyə onun sifarişi üzrə Müqavilədə nəzərdə tutulmuş investisiya xidmətlərini göstərmək;
- Müştəri sifarişlərinin qəbulu, icrası və ləğvi ilə bağlı müştəriyə hesabat vermək;
- Müştəri sifarişlərinin icrası üçün mümkün səyləri göstərmək;
- Müqavilədən irəli gələn digər vəzifələri tam və vaxtında yerinə yetirmək.
- Müştərinin hüquqları:
- İnvestisiya şirkətindən Müqavilədə qeyd olunmuş investisiya xidmətlərini göstərilməsini tələb etmək;
- İnvestisiya şirkətindən xidmət aldığı maliyyə alətləri üzrə sifariş və onun icrası haqqında geniş məlumat almaq;
- Müqavilənin predmeti olan xidmət, onun qaydaları və xüsusiyyətləri barəsində məlumat almaq;
- Əməliyyat xərclərini və xidmət haqqlarını, eləcə də onların dəyişməsi haqqında məlumatı investisiya şirkətindən tələb etmək;
- Müqavilə ləğv olunmadan hesab üzrə qalıq aktivlərini geri almaq;
- Hesabı üzrə məlumatları tam şəkildə göstərilməklə, investisiya şirkətindən hesabat tələb etmək.
- Müştərinin vəzifələri:
- Maliyyə bazarları haqqında məlumatlanmaq, özünü inkişaf etdirmək və investorun etik qaydalarına riayət etmək;
- İnvestisiya şirkətinə xidmət haqqını və sifarişin icra olunması ilə bağlı xərcləri sifarişin icra olunduğu an və ya daha öncə ödəmək;
- Müqavilədən irəli gələn hüquq və öhdəliklərinin icrası üçün tələb olunan hərəkət və ya hərəkətsizlik tapşırıqlarına əməl etmək;
- İnvestisiya şirkəti tərəfindən tələb olunan məlumat və sənədləri təqdim etmək və onları imzalamaq;
- Bu Müqavilənin predmeti olan investisiya xidmətini alması ilə bağlı yaranmış öhdəlikləri vaxtı–vaxtında yerinə yetirmək;
- Müştəri tərəfindən təqdim edilən anket məlumatlarda baş vermiş dəyişikliklər üzrə İnvestisiya Şirkətinə dərhal məlumat vermək;
- Müştəri təqdim edilən sənəd, məlumat və bu növdən olan digər əsasların düzgünlüyünə təminat verir;
- Tərəflər üzrə tələblər:
- Müştəri real ticarətə başlamadan əvvəl aşağıdakı tələblərə cavab verməlidir:
- İnvestisiya Şirətinin təqdim etdiyi və real bazar qiymətləri ilə işləyən təlim (demo) hesabından 5 (beş) iş günündən az olmamaq şərti ilə ümumilikdə ən azı 30 ticarət əməliyyatı həyata keçirdiyini sübüt edən sənəd təqdim etməlidir;
- Bilik və bacarıqların alınması üçün müvafiq təlim və ya təlimlərdə iştirak etməsini təsdiq etməlidir;
- www.uniforex.az saytına daxil olub Marja Ticarəti haqqında və Uniforex-ın ticarət şərtləri haqqında ətraflı məlumatla tanış olmalıdır.
- Peşəkar İnvestorlar üçün tələblər: Peşəkar investor statusu müştərinin yazılı müraciəti əsasında investisiya şirkəti tərəfindən verilir. Bu zaman müştəri müraciətində marja ticarətindən irəli gələn bütün risklər barədə məlumatlı olduğunu bəyan etməlidir.Müştəri peşəkar investor statusunu əldə etmək üçün aşağıdakı meyarlardan ən azı ikisinə cavab verməlidir:
- Fərq müqavilələri ilə marja ticarəti üzrə son bir il ərzində marja hesabından aktiv ticarət etməsini təsdiq edən müvafiq sənədə (marja hesabından çıxarış) malik olmalıdır (aktiv ticarət dedikdə ardıcıl olaraq hər rübdə ən azı 10 (on) ticarət əməliyyatının aparılması nəzərdə tutulur);
- Müraciət tarixinə müştəri hesabında ən azı 20 (iyirmi) min manat və ya onun ekvivalentində xarici valyutada pul vəsaitinin olmasını təsdiq edən bank hesabından və ya ticarət terminalında müştəri vəsaitlərinin qalığını özündə əks etdirən (”Equity report”) çıxarışa malik olmalıdır;
- Maliyyə sektorunda investisiya fəaliyyəti üzrə ən azı bir illik iş təcrübəsinə malik olmalıdır.
- Institusional Investor üçün tələblər:
- Bu Müqavilənin 2.1.9-cu bəndində qeyd edilən İnvestisiya Şirkətinin Müştəriləri;
- “Qiymərli kağızlar Bazarı haqqında” Qanunun 2.1.9-cu bəndində öz əksini tapmış və İnvestisiya Şirkətinin Müştəriləri.
- Institusional Investor üçün tələblər:
- Marja Ticarəti üzrə ümumi məlumatlar:
- "UForex" ticarət terminalında bütün spredlər dinamikdir və tam olaraq bazar şəraitində formalaşır. Spred həcmi müvafiq maliyyə alətinin likvidlik səviyyəsinə və bazarın hərəkətliliyinə görə dəyişə bilər. İstənilən mühüm xəbərin açıqlanması zamanı və ya ondan əvvəl, sonra, həmçinin müvafiq maliyyə aləti üzrə ticarətin başlanması saatlarında və bir sıra digər hallarda spredin genişlənməsi müşahidə oluna bilər. İnvestisiya Şirkəti spredin genişlənməsinə görə heç bir hal və formada məsuliyyət daşımır. Bu Müqaviləni imzalamaqla Müştəri qəbul edir ki, spredin genişlənməsinin heç bir həddi yoxdur və sonuncu bazarın vəziyyətindən asılıdır.
- Kredit çiyninin həcmi, İnvestisiya şirkəti tərəfindən təyin olunur. Kredit çiyninin həcmi birtərəfli qaydada İnvestisiya Şirkəti tərəfindən dəyişdirilə bilər. Müştəri ilə Müqavilənin bağlanması zamanı Müştəriyə ümumi əsaslar üzrə aşağıdakı həddə kredit çiyni verilir.
- baza aktivi əsas valyuta cütlükləri olan fərq müqavilələri üzrə 50:1;
- 5.2.2. baza aktivi digər valyuta cütlükləri, qızıl və indekslər olan fərq müqavilələri üzrə 20:1
- 5.2.3. baza aktivi əmtəə (qızıl istisna) və səhm olan fərq müqavilələri üzrə 10:1
- 5.2.4. baza aktivi kriptovalyuta (rəqəmsal valyuta) olan fərq müqavilələri üzrə 2:1.
- Müştəri bu Müqavilənin 4.2.-ci bəndi üzrə tələblərə cavab verdikdə və İnvestisiya Şirkətinə peşəkar investor kimi tanınması barədə müraciət etdikdə və İnvestisiya Şirkəti tərəfindən təqdim edilən məlumatlar və müraciət öz təsdiqi tapdıqda bu Müqavilənin 5.2-ci bəndinin tələbləri öz Hüquqi qüvvəsini itirmiş hesab edilir. Belə ki, İnvestisiya Şirkəti Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına əsasən institusional investorlara və peşəkar investorlara təqdim edilən maksimum kredit həddi 100:1 nisbəti ilə müəyyən edilir.
- Müştəri ticarət əməliyyatlarına başlamadan əvvəl əməliyyatlarla bağlı tədbiq ediləcək xidmət haqları (komissiya, svop spred və s.) və fərq müqaviləsi roloveri barədə məlumatla elektron ticarət terminalında tanış olmalıdır. Müştəri elektron ticarət terminalında əməliyyat açdıqda qeyd olunan xidmət haqlarını qəbul etdiyini təsdiq edir. İnvestisiya Şirkətinin Marja Ticarəti üzrə xidmət haqqısı və fərq müqaviləsi roloveri mövcüd deyildir. Ticarət terminalında açılan hər bir əməliyyat üzrə xərc olan svop (swap komissiyası) tətbiq edilir. Əməliyyatlar üzrə tətbiq edilən svop (swap komissiyası) dəyişkəndir və Müştəri əməliyyat açmazdan öncə bu xərc barədə ticarət terminalında alətin xüsusiyyətləri ilə tanış olur və əməliyyat üzrə hərəkət bu xərcin tanınması kimi qiymətləndirilir. Həmçininin Müştəri bu Müqaviləni imzalamaqla bəyan edir ki, açılmış və ya mövcüd əməliyyatlar üzrə svop (swap komissiyası) əməliyyatın açıq olduğu müddətdə dəyişikliyə məruz qala bilər. Müştəri mütəmadi olaraq ticarət terminalında alətin xüsusiyyətləri ilə tanış olmalıdır. Əməliyyatın açıq saxlanması baş vermiş dəyişiklik və ya dəyişikliyə məruz qalmanın qəbul edilməsi kimi qiymətləndirilir.
- “Uniforex Trading Station” elektron ticarət platforması Müştəriyə məsafəli (distansion) rejimdə internet şəbəkəsi vasitəsi ilə Müştəri hesabına daxil olması və\və ya icrası üçün sifariş yerləşdirməyə imkanını verir.
- Elektron sənədlərin yaradılması, onların mübadiləsi qaydası, həmçinin elektron ticarət platformasının istifadəsi üzrə digər məlumatlar elektron ticarət platforması menyusunda verilmiş İstifadəçi üçün Təlimatda öz əksini tapmışdır.
- Müştəri, elektron ticarət platformasına qoşulmaq üçün lazımi texniki və kommunikasiya resurslarını özü və öz hesabına təmin edir, habelə elektron ticarət platformasında işləmək üçün lazımı proqram təminatını özü alır və elektron cihazına yükləyir. Lazımı proqram təminatının distributiv paketi və onun quraşdırılmasına dair tövsiyyələr Uniforex-in internet saytında mövcuddur.
- İnvestisiya Şirkəti Müştəriyə şəxsi loqin və şifrə verməklə ona elektron ticarət platformasına çıxış hüququ verir.
- Elektron ticarət platformasında məlumatlarının maksimum məxfiliyini təmin etmək məqsədilə Müştəri ilk ticarətəməliyyatını aparmazdan əvvəl ona İnvestisiya Şirkəti tərəfindən verilmiş Şifrənin dəyişdirilməsi mütləqdir. Əks təqdirdə İnvestisiya Şirkəti Müştərinin ticarət platformasında icazəsiz çıxış nəticəsində aparılmış ticarət əməliyyatlar üzrə sonrakı mümkün iddialarını yerinə yetirməkdən imtina etmək hüququna malikdirdəyişdirməlidir. Müştəri bu Müqaviləni imzalamaqla qəbul edir ki, Müştərinin hesabından aparılmış bütün əməliyyatlar ona məxsusdur və ticarət platformasında icazəli və ya icazəsiz şəkildə üçüncü şəxslər tərəfindən edilmiş əməliyyat, hərəkət və hərəkətsizliklərə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
- Şifrənin itdiyi və ya üçüncü tərəflərə məlum olduğu hallarda Müştəri belə faktlar barədə İnvestisiya Şirkətini dərhal xəbərdar etməlidir. İnvestisiya Şirkəti Müştəridən aldığı xəbərdarlıq əsasında elektron ticarət platformasına çıxışı bağlayır və Müştərinin hesabına daxil olub onu idarə edə bilməsi üçün yeni şifrə yaradır. Müştəri qəbul edir ki, şifrənin itdiyi, unudulduğu və ya üçüncü tərəflərə məlum olduğu hallarda İnvestisiya Şirkəti tərəfindəndən Müştəri hesabına daxil olmaq üçün yeni şifrə verildikdən və Müştəri hesabına daxil olduqdan sonra Müştəri hesabında edilmiş hər hansı dəyişiklik və ya fərqə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
- İnvestisiya şirkəti bir müştərisinə aid Eyniləşdirmə nömrəsi üzərindən verilən bütün sifarişləri müvafiq müştərinin sifarişləri olaraq qəbul və icra edir. Müştəri onun giriş adı ilə verilmiş bütün sifarişlərə, hərəkətlərə və ya hərəkətsizliklərə görə məsuldur.
- İnvestisiya Şirkətinin bu Müqaviləni imzalamaq üçün qanunvericilikdə nəzərdə tutulan mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın və möhürün faksimilesindən istifadə etmək hüququna malikdir.
- Marja ticarəti xidmətinin göstərilməsi ilə bağlı müştəri ilə ünsiyyətdə olan investisiya şirkətinin əməkdaşlarının bazar haqqında verdiyi məlumatlar, qiymət gözləntiləri, volatillik ehtimalları və digər məlumatlar heç bir halda investisiya məsləhəti sayılmır, gələcək ilə bağlı mütləq gəlir və ya zərərə qarşı təminat barədə vədlər kimi anlaşılmamalıdır.
- Müştəri heç bir halda investisiya şirkətinin işçisindən, əməkdaşından və ya peşəkar münasibətdə olduğu 3-cü şəxslərdən digər xidmətləri almamalıdır, buna səy göstərməməməlidir, bununla əlaqəli təklifləri qəbul etməməlidir.
- Müştəri müqavilənin tərkib hissəsi olan müştəri anketindəki məlumatları tam və dolğun şəkildə Investisiya şirkətinə təqdim edir.
- İnvestisiya Şirkəti Marja Xidmətini müstəsna olaraq müştəri anketində müəyyən etdiyi müştərisinə verir. Müştəri anketi imzalamaqla təsdiq edir ki, tərəfindən təqdim edilmiş sənəd və məlumatlar düzgündür və sonuncuya məxsusdur.
- İnvestisiya Şirkəti tərəfindən müştərilərin elektron məlumatlarını istifadə edərək həmin müştərilərin hesabındakı hərəkətlərlə Investisiya Şirkətinə zərər vurduqda investisiya şirkəti hesab üzrə bütün sifarişləri, ticarət əməliyyatlarının və digər hərəkətlərin nəticələrini ləğv edə bilər. Bu zaman müştəriyə dəymiş zərər görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
- Investisiya şirkəti müştəri ilə arasında olan bütün məlumatlandırma və hesablaşmalarda müştəri anketində göstərilən məlumatlara istinad edilir.
- Müştəri anketində qeyd olunmuş yanlış məlumat ucbatından yaranmış zərərə və ziyana görə məsuliyyət müştəriyə aiddir.
- İnvestisiya Şirkəti müştəri aktivlərinin cinayət yolu ilə qazanılmadığını və onların terrorçuluğun maliyyələşdirilməsi üçün istifadə edilməyəcəyini yoxlayır, belə hallar üzrə şübhələr yarandıqda qanunvericiliyin tələbi üzrə tədbirlər görür. Qeyd edilən faktlar üzrə İnvestisiya Şirkəti öz mülahizəsinə əsasən müştəri hesabını açmaq, bağlamaq, dondurmaq və ya ləğv etmək hüququnu özündə saxlayır. İnvestisiya Şirkətinin öz mülahizəsinə uyğun olaraq qəbul etdiyi qərar əsasında icra edilmiş hərəkət üzrə Müştəriyə dəymiş ziyana görə məsuliyyət daşımır.
- Tələb edildikdə müştəri qanunvericliyin tələbləri çərçivəsində müəyyən olunmuş sənədləri tələb olunan vaxtda Investisiya şirkətinə təqdim etməlidir.
- Müştəri bu Müqaviləni imzalamaqla Azərbaycan Respublikası Mərkəzi Bankının (AZ1014, Azərbaycan Respublikası, Bakı şəh., R.Behbudov küç. 90) və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş digər dövlət orqanlarının maliyyə bazarlarına nəzarət edən qurumlar olması barədə məlumatın ötürüldüyünü qəbul edir.
- Marja Ticarəti üzrə xüsusi müddəalar:
- Azərbaycan Respublikası ərazisində Marja Ticarəti üzrə qəbul edilən sifarişlər üzrə əməliyyatlar xarici ölkələrin fond birjalarında həyata keçirildikdə marja ticarətinə dair tələblər həmin ölkənin müvafiq qanunları və ya fond birjasının daxili qaydaları ilə müəyyən edilir.
- Bu Müqavilə bağlanmazdan əvvəl İnvestisiya Şirkəti müştəriyə yazılı şəkildə Marja Ticarəti üçün təqdim olunan vəsait ilə baglı risklər haqqında məlumat verir və Müştəridən bu məlumatı aldığını təsdiqləməyini tələb edir.
- Marja Ticarəti zamanı investisiya şirkətinin Müştəriyə verdiyi vəsaitlər hesabına alınan aktivlər həmin borcun təminatı kimi girov predmeti, İnvestisiya Şirkəti girovsaxlayan, Müştəriisə girovqoyan hesab edilir.
- İnvestisiya Şirkəti tərəfindən baza aktivlərinin girovu aşağıdakı hallarda ləğv edilir:
- müştəri investisiya şirkətinin marja çağırışına əməl etmədikdə;
- baza aktivinin dəyəri təminat marjasının minimum həddinə çatdıqda göstərilən tələbə əməl etməklə tərəflərin müqavilədə razılaşdırdığı həddə çatdıqda;
- Müştəri Bankda xarici valyutada iki cari hesab açmalıdır. Həmin cari hesablardan biri marja ticarəti əməliyyatlarında iştirak etmək məqsədilə vəsaitlərin daxil edilməsi, digər cari hesab isə sövdələşmənin nəticələrinə görə İnvestisiya Şirkəti tərəfindən vəsaitlərin Müştəriyə qaytarılması üçün açılır. Müştəri öhdəsinə götürür ki, açılan hər bir hesabı bu bənddə göstərilən məqsədlər üçün istifadə edəcəkdir. Müştəri birbaşa Banka gəlməklə, özü ilə şəxsiyyətini təsdiq edən sənədi (əslini) gətirməklə cari hesab aça bilər.
- Bank Müştəri tərəfindən, onun cari hesabına, marja ticarəti əməliyyatlarında iştirak etmək üçün mədaxil edilən vəsaiti akseptsiz qaydada İnvestisiya Şirkətinin bank hesabına köçürmək hüququnu özündə saxlayır. İnvestisiya Şirkəti isə öz növbəsində müvafiq məbləği Müştərinin Marja hesabına silmək hüququnu özündə saxlayır.
- İnvestisiya Şirkəti müştərihesabına mədaxil edilən vəsait marja kəsiri yaratmayacaqsa və ya mövcud marja kəsirini artırmayacaqsa hesabdan vəsaitin geri götürülməsinə icazə verir.
- İnvestisiya şirkəti müştəridən sifarişləri proqram təminatı üzərindən internet vasitəsi ilə alır.
- İnvestisiya Şirkətinin hansı sifarişləri sifarişləri qəbul etdiyi ticarət Platforması internet səhifə, kompyuter proqramı və mobil proqramı üzərindən təşkil olunur.
- Müştəri açılmış əməliyyatın müddətini və ya bağlanış qiymət səviyyəsini öncədən təyin etmədikdə, əməliyyatın ləğvi tarixinədək və ya müqaviləyə xitam verilənədək qüvvədə qalır. Bu növ sifarişlərin əməliyyat müddətinin və ya müqavilə müddətinin bitməsinə görə qüvvədən düşməsi zamanı İnvestisiya Şirkəti Müştərisinə dəymiş ziyana görə məsuliyyət daşımır.
- Müştəri sifarişlərinin qəbulu, imtinası, tam və ya qismən icrası ilə bağlı məlumatlar müştəriyə sonuncu tərəfindən verilmiş anket məlumatlarında öz əksini tapmış vasitələrlə səbəbləri göstərilməklə təqdim olunur.
- Müştəri maliyyə aləti üzrə sifariş verdikdə, sifariş qiymətini və bu maliyyə aləti üzrə bütün ticarət və digər şərtləri qəbul etmiş hesab olunur.
- Müştəri Investisiya şirkətinə aşağıdakı növ sifarişləri verir:
- bazar qiymətli sifariş (market order) – müştərinin Investisiya şirkətinin təqdim etdiyi cari qiymət ilə verdiyi sifariş;
- limit alış sifarişi (buy limit) – müştərinin cari qiymətdən aşağı təyin etdiyi qiymətə çatdıqdan sonra cari qiymət ilə icra olunan alış sifarişi;
- limit satış sifarişi (sell limit) – müştərinin cari qiymətdən yuxarı təyin etdiyi qiymətə çatdıqdan sonra cari qiymət ilə icra olunan satış sifarişi;
- stop alış sifarişi (buy stop) – müştərinin cari qiymətdən yuxarı təyin etdiyi qiymətə çatdıqdan sonra cari qiymət ilə icra olunan alış sifarişi;
- stop satış sifarişi (sell stop) – müştərinin cari qiymətdən aşağı təyin etdiyi qiymətə çatdıqdan sonra cari qiymət ilə icra olunan satış sifarişi;
- stop təqib sifarişi (trailing stop) – uzun mövqedə müştərinin alış qiymətindən yuxarıda, cari bazar qiymətindən aşağıda olan, qısa mövqedə isə müştərinin satış qiymətindən aşağıda, cari bazarı qiymətindən yuxarıda olan qiymətlə icra olunan sifariş;
- gəliri götür sifarişi (take profit) – uzun mövqedə cari qiymətdən yuxarıda, qısa mövqedə isə cari qiymətdən aşağıda olan, müştəri tərəfindən müəyyən olunmuş limit qiymətinə çatdıqdan sonra cari qiymət ilə icra olunan sifariş;
- zərəri dayandır sifarişi (stop loss) – uzun mövqedə cari qiymətdən aşağıda, qısa mövqedə isə cari qiymətdən yuxarıda olan, müştəri tərəfindən müəyyən olunmuş limit qiymətinə çatdıqdan sonra cari qiymət ilə icra olunan sifariş;
- Müştəri istənilən zaman, öz qərarlarına müvafiq olaraq bu Müqavilənin 6.10.1.-6.10.5 bəndlərində göstərilən sifarişlərlə ticarət mövqeyini açır, 6.10.6 – 6.10.8.-ci bəndlərdə göstərilmiş sifarişlərlə isə bağlayır. 6.10.7.-6.10.8.-cü növ sifarişlər verildiyi zamanı bu növ sifarişlərin verilmiş sifariş üzrə qiymətlərə yaxınlaşdığı zaman dəyişdirilməsi mümkün deyildir. Gəliri götür sifarişi (take profit) və zərəri dayandır sifarişi (stop loss) sifarişlərinin verilməsi zamanı bazarda baş vermiş hər hansı bir hadisə nəticəsində böyük və ani qiymət dəyişikliklərinin baş verdiyi hallarda verilmiş sifarişlər icra edilməyə bilər. Bu səbəbdən müştəriyə dəymiş zərər və ya potensial gəlirtələbi üzrə iddialar İnvestisiya Şirkətindən tələb edilə bilməz.
- Müştərinin tərəfindən yazılı məlumatlandırma olmadığı təqdirdə qismən icra edilmiş və ya icra edilməmiş sifarişin icrası üzrə Investisiya Şirkəti məsuliyyət daşımır.
- Müvafiq əməliyyatın aparılması üçün orderdə aşağıdaki əhəmiyyətli şərtlər və rekvizitlər göstərilməlidir:
- Müştəri tərəfindən İnvestisiya Şirkətinə əməliyyatın aparılması üçün təqdim olunan orderin verilmə tarixi və vaxtı;
- Alınan\Satılan valyuta (digər ticarət aktivi) və kontr-valyuta;
- Alınan\Satılan valyutanın məbləği;
- Məzənnə və ya ticarət aktivi üzrə müvafiq birja qiyməti;
- Orderin növü;
- Saxlanılan orderin son qüvvədə olduğu tarixi
- Arbitraj əməliyyatın aparılması üçün Müştəri tərəfindən Elektron ticarət platforması vasitəsilə təqdim olunan orderlər özündə adətən göstərilən bütün əhəmiyyətli şərtləri əks etdirir.
- Bazar orderləri İnvestisiya Şirkəti tərəfindən ticarət platfarmasında təqdim olunan cari kotirovkası ilə üst-üstə düşən məzənnədə real vaxt rejimində icra olunur.
- Fərqli ticarət platformalarının xüsusiyyətlərinə uyğun olaraq Müştərinin eyni fərq müqaviləsi üzrə əks mövqe ticarət əməliyyatı, həmin müqavilə üzrə mövqeyi, müvafiq həcmdə və ya tamamilə bağlaya bilər. İnvestisiya Şirkəti bu hüququ özündə saxlayır. Müştəri bu Müqaviləni imzalamaqla qəbul edir ki, bu növ əməliyyatlar zamanı dəymiş zərərə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
- Müştəri mövqe açmaq üçün tanış olduğu və İnvestisiya Şirkətində mövcüd olan qaydalarda müəyyən olunmuş kredit həddi nisbətinə uyğun təminat marjası onun hesabında dondurulur.
- İnvestisiya şirkətinin müştəriyə təqdim etdiyi ticarət platformasında göstərilən qiymətlər mümkün ən kiçik həcm üzrə sifariş qiymətidir. Daha iri həcmlər üzrə qiymət platformada əks etdirilmir.
- Müştərinin növbəti mövqe açmaq üçün hesablanan təminat marjası, sərbəst təminat marjası üzərindən hesablanır.
- Müştərinin eyni fərq müqaviləsi üzrə əks mövqe ticarət əməliyyatı üçün sərbəst təminat marjası və marja səviyyəsi üzrə tələb, spred, minimum və maksimum sifariş həcmi, sifarişlərin qəbulu vaxtı, minimum qiymət dəyişikliyi həddi, standard sifariş həcminin dəyəri fərqli ticarət platformalarının xüsusiyyətləri, baza aktivi üzrə qlobal bazar dəyişiklikləri və s. amillərlə bağlı fərqli səviyyələrdə tətbiq oluna bilər.
- İnvestisiya Şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə təqdim etdiyi kredit həddinin maksimum həcmi müvafiq hüquqi normativ aktların tələblərinə və ya İnvestisiya Şirkətində mövcüd olan və Müştərisi tərəfindən tanış olunmuş qaydalara görə müəyyən edilir və ona uyğun dəyişdirilə bilər.
- İnstitutsional investorlara və peşəkar investorlara investisiya şirkəti tərəfindən verilən kredit həddinin maksimal həcmi müvafiq hüquqi normativ aktların tələblərinə görə və ya İnvestisiya Şirkətində mövcüd olan və Müştərisi tərəfindən tanış olunmuş qaydalara uyğun daha yuxarı həddə müəyyən oluna və dəyişdirilə bilər.
- Buy Stop, Sell Stop və Stop Loss kimi Saxlanılan Orderin icra məzənnəsi bazarın hərəkət sürətindən asılı olaraq, belə növ saxlanılan orderin icrası həm Bazar kotirovkaları Müştəri tərəfindən belə orderdə göstərilən məzənnəyə çatan zaman, həm də sövdələşmənin icrası üçün daha pis şərt ola bilən, bazarda birinci sövdələşmədən sonra gələn kotirovka üzrə baş verə bilər.
- İnvestisiya Şirkəti Müştərinin sifarişin icrasından öz mülahizəsinə və ya qərarına uyğun olaraq , icranın qeyri-bazar kotirovkası üzrə baş verdiyi təqdirdə imtina edə bilər. Bu zaman Müştəriyə dəymiş zərərə və ya mümkün gəlirə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır.
- Müştərinin açıq əməliyyatı yeni ticarət gününün yetişməsinə qədər açıq qaldığı təqdirdə hesab edilir ki, Müştəri belə mövqenin valyuta svopu kimi əməliyyat şərtləri ilə növbəti tarixə keçirilməsinə razıdır.
- Müştərinin hesabı üzrə marja səviyyəsi 100% olduqda Investisiya Şirkəti müştəriyə marja çağırışı edir. Marja çağırışı müştərinin bu müqavilənin tərkib hissəsi olan müştəri anketində göstərilən mobil nömrəsinə sms vasitəsi ilə (və ya) e-poçt ünvanına göndərilir və (və ya) ticarət platforması xəbərdar edici işarə ilə məlumat verilir. Müştəri tərəfindən marja çağırışı üzrə məlumatın görülməməsi, diqqət edilməməsi və ya hər hansı formada məlumatının olmaması səbəblərinə görə İnvestisiya Şirkəti məsuliyyət daşımır. Müştəri bu Müqaviləni imzalamaqla qəbul edir ki, marja çağırışının edilib edilməməsi mübahisələndirilə bilməz, belə ki, məlumatın ötürülməsi İnvestisiya Şirkətinin vəzifəsi deyil hüququdur. Ticarət Platformasına nəzarət Müştərinin vəzifəsi olduğundan və marja çağırışı platform tərəfindən hər bir halda edildiyindən digər vasitələrlə məlumatın ötürülməsi şərt deyildir.
- Marja çağırışı zamanı müştəri öz hesabına əlavə pul vəsaiti mədaxil edə və ya açıq əməliyyatların bağlamaqla risklərini idarə edə bilər.
- Müştəri hesab üzrə əməliyyatların məcburi bağlanması (stop out) marja səviyyəsi 30% olduqda İnvestisiya şirkəti tərəfindən həcm və ya zərər üzrə iridən kiçiyə olmaqla müvafiq ardıcıllıqla aparılır.
- İnvestisiya şirkəti bu Müqavilənin 6.28-ci bəndində göstərilmiş həddi müştəriyə bildirməklə dəyişdirə bilər. Bu zaman edilmiş dəyişiklik üzrə müştəridən əməliyyatların məcburi bağlanmasını İnvestisiya Şirkəti tələb etmək hüququna malikdir. İnvestisiya Şirkəti məcburi bağlanma zamanı Müştəriyə dəymiş ziyana görə və ya mümkün gəlir üzrə iddia üzrə məsuliyyət daşımır.
- İnvestisiya Şirkətinin müştəri mövqelərini bağlaması nəticəsində müştərinin sərbəst təminat marjası onun bu müqavilənin 6.28-ci bəndində göstərilmiş həddən fərqli ola bilər.
- İnvestisiya Şirkəti müştərinin kredit həddini azalda və bu müqavilədə göstərilmiş və qanunvericilik ilə müəyyən olunmuş həddən çox olmamaq şərti ilə artıra bilər.
- Maliyyə alətləri üzrə qiymətlərin yüksək volatilliklə dəyişməsi səbəbindən müştəri sahib oluğu pul vəsaitindən daha artıq zərərə məruz qaldıqda Investisiya Şirkəti yaranan zərəri müştəridən tələb etmir.
- Ticarət platformasında baş verən texniki nasazlıq nəticəsində müştərinin əldə etdiyi gəlir və ya zərər Investisiya Şirkəti tərəfindən müştəri hesabına əlavə edilə və ya müvafiq olaraq silinə bilər.
- Müştəri sifarişləri heç bir halda İnvestisiya Şirkətindəki hesabda eyni və ya fərqli şirkətlərdən, eyni şirkətdə eyni və ya fərqli müştərilərin adına olan hesablardan, eləcə də eyni və ya fərqli hesablar vasitəsi ilə investisiya şirkətinin müştəriyə verdiyi səmərəli ticarət şərtlərini, platformada yaranmış texniki nasazlıqları, qiymət ardıcıllığındakı boşluqları və s. digər bu kimi qeyri-adi halları sui-istifadə etməklə maliyyə alətinin təhlilinə əsaslanmayan tək tərəfli və ya əks mövqelər açmaq üçün verməməlidir. İnvestisiya şirkəti bu halları aşkarladıqda müştərinin belə mövqelər üzrə nəticələrini ləğv edə və ya müştəridən tələb edə bilər.
- İnvestisiya şirkəti müştəriyə səmərəli ticarət şərtlərini, o cümlədən svop xərcinin hesablanmamasını aktiv ticarəti təşviq etmək üçün təqdim edə bilər. Belə ticarət şərtlərinə sahib müştəri bu şərtləri passiv faiz gəliri əldə etmək üçün istifadə etməməlidir. İnvestisiya şirkəti təqdim etdiyi səmərəli ticarət şərtlərinin aktiv ticarət üçün istifadə edilmədiyini müəyyən etdikdə belə şərtlərin verildiyi tarixdən etibarən müştərinin ticarət hesabı üzrə bütün nəticələri, açıq əməliyyatları və sifarişləri ləğv edə bilər.
- Müştəri skalpinq ticarəti etmək istədikdə bu barədə investisiya şirkətini məlumatlandırmalıdır. Investisiya şirkəti belə ticarəti razılıq olmadan müşahidə etsə, bu növ ticarətə başladığı andan etibarən müştərinin əldə etdiyi bütün ticarət nəticələri ləğv edə bilər.
- Fərqli ticarət platformalarının xüsusiyyətlərinə görə, qiymət formalaşması zamanı müəyyən gecikmələr, sistemdə donma halları və investisiya şirkətinin dərhal müdaxilə imkanı olmayan digər hallarda müəyyən maliyyə alətləri üzrə qlobal bazar qiymətlərindən əhəmiyyətli dərəcədə uzaqlaşma ola bilər. Bu uzaqlaşmalar zamanı müştəri mövqeləri üzrə nəticələrin də daxil olduğu hesab qalıqları bu uzaqlaşmalar müəyyən olunduqdan sonra dondurulur və uzaqlaşmanın yaratdığı nəticələr aradan qaldırıldıqdan sonra dondurulmadan azad olunur. Müştəri bu uzaqlaşamaların müəyyən olunduğu vaxtadək belə uzaqlaşmanın yaratdığı nəticənin də daxil olduğu sərbəst təminat marjası üzrə məxaric etmişdirsə, bu zaman uzaqlaşmanın yaratdığı nəticələr qədər Investisiya Şirkəti qarşısında öhdəlik daşıyır.
- Müştərinin eyni maliyyə aləti üzrə əks mövqe ticarət əməliyyatı onu spred genişlənməsi riskindən qorumur və hesabında qalıq vəsaitin dəyişməməsinə təminat vermir. Sərbəst təminat marjası azaldıqda investisiya şirkəti müştəri mövqelərini 6.28-ci bəndə uyğun olaraq məcburi bağlayacaqdır.
- Müştəri marja çağırışına əməl etmədikdə Investisiya Şirkəti müştəriyə əlavə çağırış etmir. Hesab üzrə qalıq azaldıqda investisiya şirkəti müştəri mövqelərini 6.28-ci bəndə uyğun olaraq məcburi bağlayacaqdır.
- Valyuta bazarında planlaşdırılan vəsait qalığının səviyyəsinin zəruri marjadan (Stop-out level) təyin olunan faizə qədər aşağı düşməsinə səbəb olan məzənnə formalaşırsa, daha böyük zərərin qarşısını almaq məqsədi ilə Elektron ticarət platformada Müştərinin cari bazar məzənnəsi üzrə açıq əməliyyatlarını avtomatik olaraq bağlayır. Valyuta bazarında baş verən hadisələrlə bağlı, Stop-out təyin olunmuş faizdən fərqli faizdə icra oluna bilər. Tərəflər qəbul edir ki, hazırki Müqavilə ilə Müştəri belə əməliyyatlarının aparılması üçün öz şərtsiz razılığını bildirir.
- Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə hazırki Müqavilənin ləğv edildiyi təqdirdə İnvestisiya Şirkətinin bir tərəfli qaydada Müştərənin bütün açıq mövqelərini bağlamaq hüquqi vardır.
- Marja Ticarəti üzrə bütün sövdələşmələrinin bağlanmasının əsasını “Uniforex Trading Station” sistemində yaradılan aparılmış Marja Ticarəti əməliyyatların reyestri təşkil edir. Aparılmış Marja Ticarəti əməliyyatlarının reyesterində orada göstərilən hər bir Marja Ticarəti əməliyyatın aparıldığı məlumatlar ardıcılıqla göstərilir.
- Əgər İnvestisiya Şirkətinə Müştərinin bağlanmış Sövdələşmələrinin mahiyyəti və/və ya aparılmış Nettinqin mahiyyəti ilə bağlı iddiaları daxil olubsa, onda İnvestisiya Şirkəti belə iddiaların daxil olduğu andan etibarən 10 iş günü müddətinə yerinə yetirilməsi ilə bağlı qərar qəbul edir. Göstərilən müddətdə İnvestisiya Şirkəti Müştəriyə qəbul etdiyi qərar barədə istənilən əlaqə vasitəsi ilə məlumat verir, iddianı yerinə yetirməkdən imtina etdiyi təqdirdə isə Müştəriyə imtinasının səbəbini əsaslandırır.
- Svop komissiyası üzrə şərtlərin birtərəfli qaydada dəyişdirilməsi hüququnu İnvestisiya Şirkəti özündə saxlayır.
- Hesablaşma qaydası:
- Müştəri istənilən vaxt Ticarət hesabında olan faktiki qalığın (və ya qalığın bir hissəsi) məbləğində pul vəsaitini özünün Bankdakı xarici valyuta olan cari hesabına köçürə bilər.
- Pul vəsaitini hesabdan məxaric etmək üçün Müştəri aşağıdakı yollardan istifadə edə bilər:
- Müştəri şəxsiyyətini təsdiq edən və qüvvədə olan sənədin əsli ilə marja hesabı açdığı Unibank KB ASC-nın filialına məxaric əməliyyatın icra edilməsi müraciəti ilə yaxınlaşaraq;
- İnvestisiya şirkətinə və ya Banka təqdim etdiyi elektron ünvanından, [email protected] elektron ünvanına ticarət loginini və məxaric etmək istədiyi məbləği göndərməklə;
- İnvestisiya şirkətinə və ya Banka təqdim etdiyi mobil telefon nömrəsi ilə əlaqə saxlayıb məxaric əməliyyatın icra edilməsi haqqında istəyini, ticarət loginini və məxaric ediləcək məbləği bildirməklə;
- www.uniforex.az elektron səhifəsi vasitəsi ilə öncədən təqdim olunan loqin və şifrə ilə şəxsi kabinetə daxil olub, məxaric əməliyyatın icra edilməsi haqqında sorğu yaratmaqla.
- Cəmiyyətin tərəfdaşı olduğu bankın mobil tətbiq etməsi vasitəsilə məxaric əməliyyatının icra edilməsi haqqında sorğu göndərməklə Məxaric haqqında müraciət İnvestisiya Şirkəti tərəfindən qəbul edilən gündən etibarən 5 (beş) iş günü ərzində icra olunur və pul vəsaiti Müştərinin Bankda açılan xarici valyutada olan cari hesabına köçürülür. Həmçinin əksinə, Müştəri Bankdakı xarici valyutada olan cari hesabına vəsait mədaxil etdiyi gündən etibarən 5 (beş) iş günü ərzində vəsait İnvestisiya Şirkəti tərəfindən Müştərinin elekton ticarət terminalına köçürülür.
- İnvestisiya Şirkəti Müştərinin tələbi ilə onun elektron poçt ünvanına elektron sənəd göndərməklə Müştəri tərəfindən aparılmış bütün əməliyyatlar barədə Hesabatı təqdim edir.
- Aparılmış əməliyyatlar barədə Hesabatda verilən məlumatların məzmunu ilə bağlı iddiaları olduğu təqdirdə, Müştəri dərhal İnvestisiya Şirkətinə iddialarının olması faktı barədə məlumat verməli və öz iddiaların mahiyyətini açıqlamalıdır. Belə məlumat Müştəri tərəfindən ya İnvestisiya Şirkətinin poçt ünvanına göndərilməli, ya da yazılı şəkildə İnvestisiya Şirkətinin ofisinə təqdim olunmalıdır. İnvestisiya Şirkətinin aparılmış əməliyyatlar barədə Hesabatı təqdim etdiyi andan etibarən 3 (üç) iş günü müddətində Müştərinin belə Hesabatın məzmunu ilə iddiasının olmasını göstərən məlumat almadığı təqdirdə hesab edilir ki, Müştəri aparılmış əməliyyatlar barədə aldığı Hesabatda verilən məlumatlarının düzgün olduğunu təsdiq etmişdir və gələcəkdə İnvestisiya Şirkətinə sənədin məzmunu ilə bağlı hər hansı iddia irəli sürə bilməz.
- Müştəri aşağıdakı öz əksini tapmış müvafiq formada mədaxil əməliyyatlarını həyata keçirə bilər:
- Cəmiyyətin tərəfdaşı olduğu bankın filialına (larına) yaxınlaşaraq;
- Cəmiyyətin tərəfdaşı olduğu bankın mobil tədbiq etməsi vasitəsi cari hesabdan və ya kart hesabında köçürmə etməklə;
- www.uniforex.az elektron səhifəsi vasitəsi ilə Müştəriyə məxsus şəxsi kabinetə daxil olub, mədaxil əməliyyatını icra etməklə
- Ödəmə terminalları vasitəsilə
- Tərəflərin məsuliyyəti:
- Tərəflər qarşılıqlı öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımı şəkildə yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə nəzərdə tutulan qaydada məsuliyyət daşıyırlar.
- İnvestisiya Şirkəti üçüncü tərəflərin Müştərinin marja hesabının idarə edilməsinə icazəsiz çıxışı nəticəsində Müştəriyə dəyən mümkün zərərə görə məsuliyyət daşımır. İnvestisiya Şirkətinə hər hansı öhdəliklərin şamil ediləcəyi hallarda, Investisiya şirkəti yalnız müştərinin birbaşa üzləşdiyi zərərlərə görə məsuliyyət daşıya bilər. Müştəriyə dəymiş mənəvi zərər və ya üçüncü şəxslər tərəfindən törədilmiş zərərlərə qarşı Investisiya şirkəti məsuliyyət daşımır. Investisiya şirkəti Ticarət Platformasında yaranan nasazlıq, müştəri tərəfindən internet əlaqəsində və ya müvafiq avadanlıqlarda yaranmış məsələlər ilə bağlı sifarişlərin verilməsində yaranan problemlərlə və digər iradəsindən asılı olmayan səbəblərlə bağlı məsuliyyət daşımır.
- İnvestisiya Şirkəti Müştərinin ona bu Müqavilədə nəzərdə tutulan müddətlərin və ya prosedurların pozulması ilə ünvanlanan hər hansı tapşırıqlarının yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
- İnvestisiya Şirkəti Müştərinin hər hansı tapşırıqlarının, belə tapşırıqların qəbulu üçün bilavasitə istifadə olunan vasitələrin və konversiya sövdələşmələrinin aparılmasının başqa prosedurlarının təmin olunması, həmçinin üçüncü şəxslərin qeyri-qanuni hərəkətləri səbəbindən yerinə yetirilməməsinə görə məsuliyyət daşımır.
- Tərəflər hazırkı Müqavilə üzrə öhdəliklərin fövqəladə vəziyyətin (fors-major halların) baş verməsi səbəbindən və/və ya təsirindən yerinə yetirilməməsinə və ya lazımı qaydada yerinə yetirilməməsinə həmin hallar aradan qaldırılanadək məsuliyyətdən azad edilir.
- İnvestisiya Şirkəti müştərinin fəaliyyətinə aid bütün məlumatların məxfi saxlanılmasına zəmanət verir. Yalnız səlahiyyətləndirilmiş şəxslərə və ya mövcud qanunvericiliklə nəzərdə tutulan qaydada belə məlumatları almaq hüququ olan orqanlara verilə bilər. Məxfiliklə bağlı şərtlər qeyri-məhdud müddətə qüvvədədir.
- Müştəri İnvestisiya Şirkəti tərəfindən tələb edildikdə və hazırki müqavilə imzalanarkən İnvestisiya Şirkətinə düzgün və təhrif olunmamış məlumatlar təqdim etməlidir. O, bu Müqavilənin müvafiq qaydada icrasına təsir edə biləcək bütün şərait və hadisələr barədə, o cümlədən adı, soyadı, atasının adı, qeydiyyat və faktiki ünvanlarında, mobil telefon nömrəsində və əvvəl İnvestisiya Şirkətinə təqdim edilmiş digər məlumatlarda baş verən dəyişikliklər barədə belə dəyişikliklər baş verdiyi tarixdən 3 (üç) iş günü ərzində İnvestisiya Şirkətinə yazılı məlumat verməlidir.
- Müştəri bu Müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirməyə bağlı olan və qeydiyyatda olduğu, vətəndaş olduğu və/və ya yerləşdiyi ölkədə nəzərdə tutulan rüsumların, vergilərin, komission haqların və hər hansı digər xərclərin ödənilməsinə özü cavabdehdir.
- Müştəri bu Müqavilə üzrə İnvestisiya Şirkətini öz əməliyyatları ilə bağlı olan bütün xərclərdən və məsuliyyətdən qorumağı öz öhdəsinə götürür.
- İnvestisiya Şirkəti əməkdaşlıq etdiyi üçüncü tərəflərin öz öhdəliklərini icra edib etməməsinə, düzgün icra edilməməsinə və digər əsaslar üzrə məsuliyyət daşımır. Müştəri bu Müqaviləni imzalamaqla qəbul edir ki, qanunvericilik aktlarına uyğun olaraq üçüncü tərəf barədə məlumatlandırılmışdır və üçüncü tərəflərin məsuliyyətinə görə heç bir tələb İnvestisiya Şirkətinə qarşı edilə bilməz.
- Investisiya şirkəti, öz iradəsindən asılı olmayan səbəblərə görə müştəri sifarişlərini tam və ya qismən icra etməyə bilər. Texniki qüsur və ya digər səbəblərdən Investisiya şirkəti verilən sifarişləri tam və ya qismən yerinə yetirməyə bilər. Bu zaman yaranacaq risk və zərərlərə görə Investisiya şirkəti məsuliyyət daşımır.
- İnvestisiya Şirkəti, marja ticarətinin subkyekti olan maliyyə alətləri üçün müştəriyə təqdim edilən qiymətlərin müvafiq şərtlər daxilində ümumi qiymətlərə uyğun olması üçün bütün tədbirləri alır. Lakin, Investisiya şirkəti təqdim etdiyi qiymətlərin digər mənbələrdə oxşar adlarla təqdim olunan maliyyə alətlərinin qiyməti ilə eynil olmadığı tədqirdə məsuliyyət daşımır. Müştəri bu Müqaviləni imzalamaqla qəbul edir ki, mümkün mübahisələr zamanı digər mənnbələrdə öz əskini tapmış qiymət fərqləri sübut kimi əsas ola bilməz.
- Mübahisələrin həlli qaydası:
- Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
- İnvestisiya Şirkəti ilə Müştəri arasında bu Müqavilə ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə bağlı mübahisələr və fikir ayrılığı danışıqlar yolu ilə həll edilir. Mübahisənin danışılıqlar yolu ilə həll etmək mümkün olmadıqda, mübahisə predmeti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunması üçün məhkəmə orqanlarına təqdim olunmalıdır.
- Tərəflər arasındakı bütün növ mübahisələrin həlli və sifarişlərin icrası zamanı Investisiya şirkətinin telefon, elektron məlumat sistemləri (İnternet, İntranet, Ticarət Platforması və s.), və ya rəsmi bildirişlə müştəridən sifariş qəbul etdiyi hallarda investisiya şirkətinin bu əmrlərlə bağlı daxili uçot sistemindəki qeydləri və ya müştəriyə telefon, elektron məktub və digər formalarda göndərilən hesabat və bildirişləri Investisiya şirkəti ilə müştəri arasında yarana biləcək mübahisələrin həlli zamanı rəsmi sübut kimi istifadə olunacaqdır.
- Müştəri ilə Investisiya Şirkəti arasında telefon, e-poçt və digər vasitələr üzərindən aparılan danışıq və yazışmalar gələcəkdə mübahisələrin həlli məqsədi ilə istifadə üçün tam hüquqi mahiyyət daşıyır.
- MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ QAYDASI VƏ MÜQAVİLƏNİN BAĞLANMASI ÜZRƏ TƏLƏBLƏR:
- İnvestisiya xidmətlərin göstərilməsi üzrə xidmətdən yararlanmaq istəyən Müştəri bu Müqavilənin bağlanması üçün aşağıdakı sənədləri təqdim edir:
- Müştərinin şəxsiyyətini təsdiq edən sənəd məlumatları (şəxsiyyət vəsiqəsi)
- Müştərini səlahiyyətli nümayəndə qismində fiziki şəxs təmsil etdikdə təmsil edən şəxsin şəxsiyyətini və təmsiliçiliyi təsdiq edən sənəd
- Etibarnamə (olduqda)
- Müştəri anketi (Əlavə №2);
- “Marja Ticarəti üzrə Risk Məlumatlandırma sənədi” (Əlavə № 1)
- Müştəri bu Müqaviləni imzalamaqla qəbul edir ki, Müqavilənin imzalanması xidmətin göstərilməsi üçün əsas deyildir. Belə ki, İnvestisiya Şirkəti tərəfindən 2 (iki) iş günü ərzində Müştərinin təqdim etdiyi sənədlərin, həmçinin Müştərinin eyniləşdirilməsi və qiymətləndirilməsi həyata keçiriləcəkdir və nəticəsinə uyğun olaraq xidmət göstərilib gəstərilməməsi barədə Müştəriyə məlumat ötürüləcəkdir. Xidmət göstərilməsi barədə məlumat ötürüldüyü andan bu Müqavilə öz hüquqi qüvvəsinə malik olmuş olur və Tərəflərin investisiya xidmətləri üzrə münasibətləri tənzimləyən hüquqi sənəd və əsas olaraq qəbul edilir.
- Müqavilənin imzalanması zamanı Müştəriyə İnvestisiya Şirkəti tərəfindən daxili uçot sistemində unikal müştəri kodu və ya eyniləşdirmə nömrəsi təyin edilir və PL/TMM Qanuna əsasən müştərinin risk kateqoriyası müəyyən edilir.
- İnvestisiya Şirkəti Müştəri tərəfindən qanunvericiliklə müəyyən edilmiş və təqdim edilməli olan sənədləri yoxlayır, o cümlədən təmsilçilik əsasında İnvestisiya Şirkəti ilə müqavilə bağlandıqda, investisiya şirkəti tərəfindən səlahiyyətli şəxsin şəxsiyyəti müəyyən edilir və onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumatların etibarnamədə göstərilmiş məlumatlarla uyğunluğu tutuşdurulur. Sənədlərdə uyğunsuzluqlar olduqda İnvestisiya Şirkəti xidmət göstərilməsindən imtina edə və ya əksiklərin tamamlanması Müştəridən tələb edilə bilər. Əksiklərin tamamlanması aradan qaldırılması Müştəridən tələb edildikdə Müştəri 30 (otuz) təqvim günü müddətində əksikləri tamamlamaqla İnvestisiya Şirkətinə təqdim etməlidir. İnvestisiya Şirkəti məlumatlar təqdim edildiyi andan yenidən Müştərinin eyniləşdirilməsi və qiymətləndirilməsi həyata keçiriləcəkdir və nəticəsinə uyğun olaraq xidmət göstərilib gəstərilməməsi barədə Müştəriyə məlumat ötürüləcəkdir.
- Müqavilənin bağlanması zamanı Müştəriyə PL/TMM Qanununa müvafiq olaraq sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edilir. Sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiqi zamanı Müştəridə və ya yeni Müştərinin qanuni əsasla adından çıxış edən şəxsdə aşağıdakı əlamətlərdən bir və ya bir neçəsinə malik olub-olmaması müəyyən olunduqda, bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan üzrə əlavə eyniləşdirmə məlumatları (Əlavə № 3) tələb edilir. Məlumatların etibarlılığına dair şübhəli hal olduqda həmin məlumatların təsdiqedici sənədlərlə rəsmiləşdirilməsi Müştəridən tələb olunur.
- PL/TMM Qanununun 7.2.2-ci maddəsində nəzərdə tutulan əməliyyatların həyata keçirilməsi;
- PL/TMM Qanununun 7.3-1-ci maddəsində nəzərdə tutulan barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil olması;
- Investisiya şirkətinin daxili nəzarət sistemi çərçivəsində müəyyən edilmiş yüksək risk kateqoriyasına aid olması;
- xarici dövlətlərin siyasi xadimi olması;
- PL/TMM Qanununun 7.3-cü maddəsi ilə müəyyən edilmiş siyahıdakı ölkələrlə əməliyyatlar aparacağının məlum olması.
- Bu Müqavilənin müvafiq bəndlərində əks olunmuş sənədlər Müştəri tərəfindən kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunaraq təqdim edilir. Müştəri tərəfindən sənədlərin tam və düzgün şəkildə təqdim edilməməsi bu Müqavilənin xitamı üçün əsasdır.
- Müştəri yararlanmaq istədiyi xidmət üzrə tələb olunan aktivin İnvestisiya Xidmətinin hesabına köçürülməsi barədə məlumat verməyə borcludur.
- İnvestisiya xidmətlərin göstərilməsi üzrə xidmətdən yararlanmaq istəyən Müştəri bu Müqavilənin bağlanması üçün aşağıdakı sənədləri təqdim edir:
- Müqavilənin qüvvədə olma müddəti, ləğvi qaydası, əlavə və dəyişlər edilməsi proseduru:
- Bu müqavilə 1 (bir) il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir.
- Müqavilənin müddətinə 1 (bir) ay qalmış müqaviləyə xitam verilməsi haqqında tərəflərdən hər hansının təşəbbüsü ilə digərinə yazılı müraciət edilməzsə, müqavilə tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsi barədə təşşəbüs irəli sürməsi müddətinədək uzadılır.
- Müştəri İnvestisiya Şirkətinə adi yazılı bildiriş göndərməklə istənilən vaxt bu Müqaviləni ləğv edə bilər, lakin Müqavilə Müştərinin İnvestisiya Şirkəti qarşısında bütün öhdəliklərini yerinə yetirdikdən sonra qüvvədə qalacaqdır. Bu bəndin tələblərinə müvafiq formada müqavilənin birtərəfli qaydada xitam verilməsinə yalnız Tərəflərin həmin dövr üçün olan öhdəliklərini tamamilə yerinə yetirilməsindən və müştərinin açıq mövqelərinin özü tərəfindən və ya Investisiya şirkəti tərəfindən məcburi qaydada bağlandıqdan sonra yol verilir. Tərəflərdən hər hansı birinin təşəbbüsü ilə hazırkı Müqavilənin ləğv edilməsi İnvestisiya Şirkəti tərəfindən hazırkı bu Müqavilənin şərtləri çərçivəsində Müştəriyə açılmış marja hesabının bağlanmasına şərtsiz əsas verir.
- Bu müqavilənin şərtlərinin dəyişdirilməsinə və ona əlavələr olunmasına tərəflərin razılığı ilə yol verilir. İnvestisiya Şirkəti bu Müqaviləyə 1(bir) iş günü öncədən Müştəriyə məlumat verməklə əlavə və dəyişikliklər etmək hüququnu qeyri şərtsiz özündə saxlayır. Əlavə dayişiklər barədə məlumatlar yazılı və ya elektron qaydada aparılır. Müştəri tərəfindən verilmiş anket məlumatlarda öz əksini tapmış vasitələrlə məlumatın göndərildiyi andan 1(bir) iş günü müddətində Müştəri tərəfindən göndərilmiş məlumatlar barədə cavab göndərilməməsi və ya bu müqavilədə nəzərdə tutulmuş vasitərlərlə razı olub–olunmaması barədə məlumat verilməməsi yəni, müştərinin susması razılıq əlaməti kimi qəbul edilir.
- OFERTA üzrə münasibətlər:
- Müştəri bu Müqaviləni imzalamaqla İnvestisiya Şirkətinin gələcəkdə tərəflər arasında münasibətləri oferta əsasında tənzimləsini bəyan edir. OFERTA üzrə münasibətlər ofertanın İnvestisiya Şirkətinin rəsmi internet səhifələri olan www.unicapital.az və (və ya) www.uniforex.az yerləşdirildiyi andan hüquqi əsas hesab edilir.
- Tərəflər arasında münasibətlər oferta əsasında həyata keçirildiyi andan Müştəri oferta üzrə aşağıdakıları təsdiq edir:
- Bu Müqavilənin ərizə-anket və imza nümunəsi kimi qiymətləndirilməsini təsdiq edir və razıdır;
- Müştəri İnvestisiya Şirkətinin rəsmi internet səhifələri olan www.unicapital.az və (və ya) www.uniforex.az internet səhifəsində yerləşdirilmiş ümumi oferta ilə tanış olmuş, elektron formada analoq imza ilə təsdiq etmiş və razıdır;
- Ofertanın nüsxəsini İnvestisiya Şİrkətinin rəsmi internet səhifələri olan www.unicapital.az və (və ya) www.uniforex.az –dan yükləmiş və əlavədə almışdır;
- Ofertada öz əksini tapmış və tərəflər arasında münasibətləri tənzimləyən bütün şərtləri qəul edir;
- Ofertada öz əksini tapmış bütün şərtlər üzrə öhdəlikləri vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəkdir;
- Təsdiq edir ki, İnvestisiya Şirkətinə təqdim edilmiş məlumat və sənədlər tam və düzgündür. Təqdim edilmiş sənəd və məlumatlarda hər hansı bir dəyişiklik baş verdikdə İnvestisiya Şirkətinə bu barədə məlumat ötürəcəyi barədə ödəlik götürür;
- Təsdiq edir ki, Azərbaycan Respublikasının vətəndaşıdır, ABŞ vergi rezidenti deyil və hər hansı siyası fəaliyyətlə məşğul deyil;
- Təsdiq edir ki, əlyazma/fiziki imzasını və onun analoqlarını (həmçinin elektron imza E-imza) İnvestisiya Şirkəti tərəfindən təqdim edilən xidmətlərdən istifadə zamanı Müştərinin həqiqi/fiziki imzası kimi qəbul edilsin. Bu əsas üzrə İnvestisiya Şirkətində elektron/analoq imzanın yaradılmasını təsdiq edir. Elektron/analoq imza xidmətlərin göstərilməsi zamanı istifadə ediləcəkdir. Həmçinin qəbul edir ki, elektron imza, bidəfəlik açar (OTP), PİN kod (Personal İndetification Number), Müştərinin əlayazma imzasının analoqu sayılır və hüquqi qüvvəyə malikdir.
- Rəsmi internet səhifələrində yerləşdirilmiş oferta şərtləri ilə , tariflər ilə mütəmadi tanış olacaq və məlumatlanacaq.
- Fors – Major hallar
- Bu Müqavilə üzrə İnvestisiya Şirkətinin öhdəliklərinin fors-major halının baş verməsi ilə bağlı olaraq hər hansı icra etməmə halı bu Müqavilənin pozulması halı kimi qiymətləndirilməməlidir və İnvestisiya Şirkəti bu cür icra etməmə halına görə məsuliyyət daşımamalıdır.
- İnvestisiya Şirkəti bu Müqavilə üzrə öhdəliklərindən hər hansı birini fors-major halı ilə bağlı olaraq icra edə bilmədikdə Tərəfə bu barədə fors-major halı haqqında məlumatlandırmalı və fors-major halının nəticələrini aradan qaldırılması ilə bağlı bütün ağlabatan tədbirlər görməli, habelə mümkün olan ən qısa zamanda Müqavilə üzrə öhdəliklərinin icrasını həyata keçirməlidir.
- Bu Müqavilənin məqsədləri üçün “fors-major halları” Tərəflərin iradəsindən asılı olmayan halları əhatə edir və zəlzələlər, subasmalar, yanğınlar və digər təbii fəlakətlər, dövlət və hökümət və ya beynəlxalq orqanların hərəkətləri, tətillər, epidemiya, pandemiya və ya digər sənaye mübahisələri də daxil olmaqla, lakin onlarla məhdudlaşmayan halları da əhatə edən ağlabatan tədbirlərlə qarşısı alına bilməyən hallardır.
- Fors-major halı 1 (bir) aydan artıq davam etdikdə Tərəflərdən hər hansı biri digər Tərəfə yazılı bildiriş təqdim etməklə bu Müqaviləni xitam edə bilər.
- Digər:
- Bu müqavilə üzrə Müştərinin sifarişinin (tapşırığının) icra olunması üçün İnvestisiya Şirkəti 3-cü şəxsin (Likvidliyi təmin edən) xidmətindən istifadə edə bilər. Bu müqaviləni imzalamaqla, Müştəri İnvestisiya Şirkətinin tərəfdaşı olan və Likvidliyi təmin edən tərəfindən yarana biləcək bütün riskləri qəbul edir. Tərəflər razılaşırlar ki, Likvidliyi təmin edənin öz öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi, habelə onun birbaşa və ya dolayı təqsirinə görə yaranmış hallara görə İnvestisiya Şirkəti məsuliyyət daşımır. Müştəriyə 3-cü şəxs (Likvidliyi təmin edən) barədə məlumat anket məlumatlarında öz əksini tapmış əlaqə vasitələrindən hər hansı biri ilə edilir. Müştəri ilk əməliyyatı açmaqla 3-cü şəxsi (Likvidliyi təmin edən) qəbul etmiş hesab edilir və bundan irəli gələn bütün risklərin Müştəri tərəfindən qəbul edilmiş hesab edilir. İnvestisiya Şirkəti öz mülahizəsinə və verdiyi qərarlara əsasən üçüncü şəxsin (Likvidliyi təmin edənin) dəyişdirilməsi hüququnu özündə saxlayır. Belə dəyişiklik zamanı İnvestisiya Şirkəti Müştəriyə anket məlumatlarında öz əksini tapmış əlaqə vasitələrindən hər hansı biri ilə məlumat ötürür. Müştəri üçüncü tərəf barəsində edilmiş dəyişikliklə razılaşmadıqda bu Müqaviləyə dərhal xitam verilir. Bu zaman açıq mövqələr İnvestisiya şirkəti tərəfindən bağlanılır. Müştəri bu Müqaviləni imzalamaqla qəbul edir ki, ona dəymiş ziyan və mümkün gəlir barədə məsuliyyəti üçüncü tərəfin dəyişdirilməsinə görə razılıq aldə edilməməsi səbəbindən müqavilə xiatm edildikdə İnvestisiya Şirkəti daşımır. Həmçinin Müştəri 3-cü şəxsin (Likvidliyi təmin edənin) dəyişdirilməsi barədə məlumat daxil olduğu andan ilk əməliyyatı açarsa dəyişikliklə bağlı öz razılığını bildirmiş həmçinin, bundan irəli gələn hərəkətlərin edilməsini Müştəri İnvestisiya Şirkətinə razılıq vermiş kimi hesab edilir.
- Müştəri İnvestisiya Şirkətinin müqavilə bağladığı 3-cü şəxsin (Likvidliyi təmin edən) xidmətindən istifadə zamanı İnvestisiya Şirkəti ilə 3-cü şəxs arasında münasibətlərə xitam verilməsi zamanı xitamdan yaranan öhdəliklər üzrə (sifarişlərin icrasından imtina, qüvvədə olan sifarişlərin bağlanılması və s.) Müştəriyə dəyməsi ehtimal olunan və ya dəymiş ziyanı İnvestisiya Şirkətindən tələb edə bilməz.
- Müştəri tərəfindən bu Müqavilənin bağlandığı andan 14 (ön dörd) gün müddətində Müştəri hesabına vəsait mədaxil edilməzsə verilmiş indentifikasiya nömrəsi üzrə müştəri hesabı İnvestisiya Şirkəti tərəfindən ləğv edilir. Müştəri hesabının ləğv edilməsi müqavilənin xitamı kimi qiymətləndirilmir. Müştəri anket məlumatlarında nəzərdə tutulmuş əlaqə vasitələri hesabın yenidən aktiv edilməsi üçün müraciət edərək yeni indentifikasiya nömrəsi əsasında yeni Müştəri hesabı aça bilər.
- Bu Müqaviləni imzalamaqla Müştəri qəbul edir ki, Müştəri tərəfindən imzalanmış və İnvestisiya Şirkəti ilə Müştəri arasında münasibətləri tənzimləyən bu Müqavilədən öncəki bütün Müqavilə və Müqavilənin ayrılmaz tərkib hissələri öz hüquqi qüvvəsini itirir. Müştəri bəyan edir ki, Müştəri bu Müqaviləni imzaladığı tarixdən tərəflər arasında bütün münasibətlər bu Müqavilə əsasında tənzimlənir.
- Tərəflərin rekvizitləri və imzası:
“Unicapital İnvestisiya Şirkəti” AçıqSəhmdarCəmiyyəti | Müştəri |
Ünvan: Bakı ş., Nəsimi rayonu, D. Əliyeva küç., 243 VÖEN: 1401258741 Əlaqə telefonları: 541-33-33, Faks: 498-09-53 _____ (imza və möhür/səlahiyyətli şəxsin S.A.A) | _________ Tel: Ünvan: Müştərinin eyniləşdirmə nömrəsi (login): Elektron Ünvan: Uniforex haqqında məlumatı hansı mənbədən əldə etmisiniz: _____________________________ _____________________________ _____________________________ (imza) |
“Unicapital Investisiya Şirkəti” ASC-də Fiziki və ya Hüquqi şəxslər üçün
Marja Ticarəti haqqında Müqaviləyə
Əlavə №1
Marja Ticarəti üzrə risk məlumatlandırma sənədi
Marja ticarəti nəticəsində mənfəət əldə edə biləcəyiniz kimi zərərə məruz qalmaq riskiniz də mövcuddur. Buna görə, ticarətə başlamazdan əvvəl qarşılaşa biləcəyiniz riskləri tam anlamalı və onları nəzərə alaraq qərar verməyiniz zəruridir. Bu məqsədlə “Marja ticarəti üzrə risk məlumatlandırma sənədi” marja ticarəti ilə məşğul olmaq istəyən bütün şəxslər tərəfindən oxunaraq imzalanmalıdır.
Azərbaycan Respublikasında marja ticarəti yalnız “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq lisenziyalaşdırılmış investisiya şirkətləri tərəfindən həyata keçirilə bilər. Lisenziyalaşdırılmış investisiya şirkətlərinin siyahısı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən (www.cbar.az) tanış ola bilərsiniz.
MƏLUMATLANDIRMA
Marja ticarəti üzrə investisiya xidmətinin göstərilməsinə dair investisiya şirkəti ilə bağlanacaq müqavilədən əlavə olaraq aşağıdakı məlumatlarla tanış olmağınız tövsiyə olunur:
- İnvestisiya şirkəti tərəfindən açılacaq marja hesabları və bu hesablarla aparılan bütün əməliyyatlar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarına və digər hüquqi aktlara uyğun olaraq tənzimlənir.
- Marja ticarəti riskli fəaliyyət növüdür. Kredit həddinin təsiri səbəbindən aşağı təminatla aparılan əməliyyatların bazarda Sizin lehinizə olduğu kimi əleyhinizə də ola biləcəyi və buna görə də yüksək kredit həddinin Sizə gəlir gətirə biləcəyi qədər zərərə də məruz qoya biləcəyi nəzərə alınmalıdır. Bazarda olan əks qiymət hərəkətləri nəticəsində investisiya şirkətinə yatırılan pul vəsaitlərinin itirilməsi riski mövcuddur.
- Marja hesabları ilə əməliyyat apararkən müxtəlif mənbələrdən əldə edilmiş məlumatlar əsasında aparılmış təhlillər heç də həmişə gözlənilən nəticələr verməyə bilər.
- Alqı-satqı əməliyyatlarında Sizə təqdim edilən qiymətlər və spredlər (baza aktivinin alış qiyməti ilə satış qiyməti arasındakı fərq) ən yaxşı qiymət fərqini əks etdirməyə bilər. Bu məqsədlə onları digər investisiya şirkətlərinin təklif etdiyi qiymətlərlə müqayisə etməyiniz məqsədəuyğundur.
- Ticarət əməliyyatlarına başlamazdan əvvəl investisiya şirkətindən əməliyyatlarla bağlı tətbiq ediləcək xidmət haqları (komissiya) və fərq müqaviləsi roloveri barədə məlumat tələb edin. Həmin xərclər aydın bildirilmədikdə investisiya şirkətindən dəqiq, birmənalı başa düşülən məlumatı yazılı formada tələb etmək hüququna maliksiniz.
- Marja ticarəti zamanı bazarlarda baş verən ani qiymət dəyişməsi səbəbindən yaranan qiymət sürüşmələri, eləcə də bazar şərtlərindən asılı olaraq, fərq müqavilələri üzrə qiymət boşluqları (bazar şərtlərindən asılı olaraq, qiymətli kağız və ya fərq müqavilələri üzrə növbəti qiymətin bir neçə qiymət addımından sonra formalaşması nəticəsində qiymətlər arasında yaranmış boşluq) və onların doğuracağı risklər barədə ətraflı məlumatlandırmanı investisiya şirkətindən tələb edə bilərsiniz. Bu növ risklər müştərilərin ən çox qarşılaşdığı risklərə aid olub əhəmiyyətli itkilərə gətirib çıxara bilər.
- Marja çağırışının hansı formada (ticarət platforması, mail və ya telefon vasitəsilə) ediləcəyi barədə məlumat alın. Sizə verilən məlumatların müqavilədə qeyd olunub-olunmadığını dəqiqləşdirin.
Bu sənəd marja ticarəti üzrə əməliyyatlara başlayarkən qarşılaşa biləcəyiniz ümumi risklər barədə Sizi məlumatlandırmaq məqsədi daşıyır. Bu sənəd marja ticarətindən yaranan bütün riskləri əhatə etmir. Bu səbəbdən investisiyanızı bu növ əməliyyatlara yönəltmədən əvvəl bu sahəni ətraflı təhlil etməyiniz və investisiya şirkəti ilə bağlanılacaq müqaviləni diqqətlə oxumağınız tövsiyə edilir.
Aşağıda göstərilən müvafiq hissəni imzalamaqla müştəri Marja ticarəti üzrə risk məlumatlandırma sənədi ilə tanış olduğunu təsdiq edir.
İnvestisiya Şirkəti: | Müştəri: |
“Unicapital İnvestisiya Şirkəti” ASC Baş Menecer İmza: ____________________________ M.Y. | _____________oğlu (AZE № ____ ) İmza: ___________________________________ |