Hesab açılışı
Platformalar
"UForex" sizə güclü və etibarlı "UForex Trading Station - MT4" platformasını təklif edir.
MetaTrader 4 platforması əsasında qurulan UForex Trading Station ticarət platforması müştərilərimizə forex ticarətində valyuta cütlükləri, CFD, qiymətli metallarla, neftlə və s.y. real-time rejimində əməliyyat aparmağı, və müxtəlif ticarət əməliyyatları hayata keçirmək və bazarın statistikasını aparmaq üçün imkanlar yaradır.
UForex Trading Station ticarət platforması ən əsasıda, sürəti ilə, texniki və fundamental reportlar, və məsləhətçilərin istifadədə kifayət qədər rahatlığı ilə fərqlənir. UForex Trading Station MT4 daha bir əsas məqamı isə onun etibarlı olmağıdır. Siz istənilən vaxt apardığınız ticarətin hesabatını bu platformadan əldl edə bilərsiniz.
UForex Trading Station ticarət platformasını yükləməklə Siz aşağıdakı imkanları əldə etmiş olarsınız:
- Real vaxt rejimində 90 cüt valyuta cütlüyü, spot növlü qiymətli metal, neft, qaz, CFD alətləri üzrə məzənnə qiymətləri.
- Stop aut və stop loss səviyyələrin icrası.
- Bir əmri ilə əməliyyatların dərhal icra olunması.
- Açılmış mövqelər üzrə gəlir və ya ziyanın indiki zamanda izlənməsi imkanı
- Qrafik alətlərlə texniki təhlil imkanı
- Hər dəqiqə yenilənən forex bazarına aid ən axırıncı xəbər və mülahizələr
- İstədiyiniz lot ilə (Mini, Mikro) əməliyyatların aparılması
- Platformadaxili poçta ilə UForex-dən Sizə faydalı olan məlumatları almaq imkanı
- İstədiyiniz hesabatların aparılması.
- Həm real, həm də demo hesabların açılması və aparılması və s.y. kimi üstünlükləri mövcuddur.
Minimal Sistem tələbləri
Kompüterinizdə platformanı işlədə bilmək üçün aşağıdakı xüsusiyyətlər tələb olunur.
Microsoft Windows 98SE/ME/2000/XP/Vista/7
- 32 kbps və ya sürətli internet bağlantısı
128 Mb RAM
UForex Trading Station MT4 Ticarət Platforması yükləmə linki https://download.mql5.com/cdn/web/12657/mt4/unicapitalfx4setup.exe
UForex Trading Station for Mobile Trader
Əgər Siz özünüzü “aktiv treyder” hesab edirsinizsə o zaman UForex Sizə Mobil platformanı təqdim edir. Bu ticarət platformasını asanlıqla öz mobil telefonuza yükləməklə ticarət platformadan istənilən yerdən və istənilən zaman istifadə edə bilərsiniz. Yeni orderlər açmaq, mövcud orderlərlə əməliyyatlar və s.y. kimi əməliyyatlar keçirə bilərsiniz. Uniforex Mobile Station bu imkanları Sizə təqdim edir. Xüsusi ilə də Mobil Trading Station öz məkanını tez-tez dəyişən treyderlər üçün əlverişli sayılır.
UForex Trading Station platformasını Android proqram təminatlı telefona yükləmək üçün:
1. Daxil olursunuz https://play.google.com/store/apps/details?id=net.metaquotes.metatrader4
2. Telefon vasitəsi ilə:
Play Store - Android, HTC və s.
3. MetaTrader proqramını tapın (sadə versiyası, mt5 versiyası deyil)
4. Yükləyirsiniz,
5. Yüklənəndən sonra isə axtarış verib Unicapitalı-ı seçməlisiniz. Seçiminiz UnicapitalFX-Real5 və ya UnicapitalFX-Demo hesab olacaq.
6. + (əlavə et) düyməsini tıklayaraq, ya Login with Existent Account ya da Open a new account tıklamalısınız.
UForex Trading Station platformasını İOS proqram təminatlı telefona yükləmək üçün:
1. Daxil olursunuz MetaTrader 4 on the App Store (apple.com)
2. Telefon vasitəsi ilə:
Apple Store - Iphone, Ipad
3. MetaTrader proqramını tapın (sadə versiyası, mt5 versiyası deyil)
4. Yükləyirsiniz,
5. Yüklənəndən sonra isə axtarış verib Unicapitalı-ı seçməlisiniz. Seçiminiz UnicapitalFX-Real5 və ya UnicapitalFX-Demo hesab olacaq.
6. + (əlavə et) düyməsini tıklayaraq, ya Login with Existent Account ya da Open a new account tıklamalısınız.
Aşağıda qeyd olunanları yerinə yetirməklə, Siz "UForex"də Real hesaba malik olursunuz:
1. “Unibank”-ın istənilən filialına yaxınlaşmalısınız;
2. Bank əməkdaşına şəxsiyyət vəsiqənizin əslini (sənədin qüvvədə olma tarixinə diqqət yetirin) təqdim etməli və özünüzün, avtomatik olaraq login və şifrənin göndəriləcəyi elektron ünvanınızı təqdim etməlisiniz;
3. Açdığınız cari bank hesabınıza vəsait daxil etməlisiniz. Dünya bazarlarına UForex vasitəsi ilə qoşulmaq üçün minimal depozit məbləği 300 USD təşkil edir. Zərurət olduqda, plastik kart sifariş edə bilərsiniz.
4. "UForex"də hesab açmaq, balansı möhkəmləndirmək, və qazanılan vəsaiti hesabdan (filialdan) məxaric edilən zaman heç bir Komissiya Mövcud Deyil.
Beləliklə Siz ticarətə başlaya bilərsiniz!