Hesab açılışı
Mədaxil/Məxaric
"UForex"də vəsaitin hesaba mədaxil ve məxaric edilməsinin üsulları.
Mədaxil etmək üçün:
“Unibank”ın istənilən filialına yaxınlaşıb, 10-15 dəqiqə ərzində Foreks hesabına mədaxil edə bilərsən;
“Unibank”ın Cash-In aparatlarından (Ödəmə terminalından) istənilən vaxt istifadə edib Foreks hesabını artıra bilərsən;
Öz smartfonuna “Unibank”ın mobil bankçılıq xidmətini - "Unibank Mobile"ı yükləyib, istənilən pul köçürmələrini, həmçinin Foreks mədaxil əməliyyatlarını həyata keçirə bilərsən. "Unibank"ın mobil bankçılıq xidməti ilə daha ətraflı www.unibank.az saytında tanış ola bilərsən.
Məxaric etmək üçün:
"Vəsaitin çıxarılması üçün ərizə" formasını doldurub, [email protected] elektron poçt ünvanına göndərirsən. Daha sonra “Unibank”ın hesab açdığın filialına yaxınlaşaraq vəsaiti komissiyasız məxaric edə bilərsən (şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmağın mütləqdir);
Vəsaitin hesabdan məxaric edilməsinin digər üsulu "UForex"in təqdim etdiyi plastik kart vasitəsilə bankomatdan məxaric etməkdir;
Vəsaitin bu yolla məxaric edilməsi üçün də "Vəsaitin çıxarılması üçün ərizə"ni doldurmaq və [email protected] elektron ünvanına göndərmək zəruridir.