Treyderlər üçün foreks kursları valyuta bazarında uğurlu karyera üçün ilk addımdır. Qrafikləri təhlil etməyi, strategiyalar hazırlamağı və riskləri idarə etməyi öyrənmək istəyənlər üçün keyfiyyətli treydinq kursu yolun vacib hissəsinə çevrilir. Hazırda bazarda həm yeni başlayanlar, həm də bacarıqlarını artırmaq istəyən təcrübəli investorlar üçün onlayn treyder kursları ilə yanaşı, oflayn treyder kursları da mövcuddur.
Forex kurslarının köməyi ilə praktiki biliklər əldə edə, bu sahənin peşəkarları ilə ünsiyyət yarada, onlara sual ünvanlaya bilərsiniz. Və ən əsası, yeni başlayanların etdiyi tipik səhvlərdən qaçınmağı öyrənmək imkanına sahib olacaqsınız. Əgər siz Foreks ticarətinə başlamaq və ya onu təkmilləşdirməyi planlaşdırırsınızsa, treyderlik kursu sizə öyrənmə prosesini sürətləndirməyə və ticarətinizi daha səmərəli etməyə kömək edəcək.
Unicapital İnvestisiya Şirkətinin UForex xidməti üzrə kursları
Unicapital İnvestisiya Şirkətinin təqdim etdiyi UForex xidməti üzrə kurslar, təlimə qatılmaq istəyənlərin bilik səviyyəsi və məqsədlərinə uyğun olaraq tərtib edilib. Təlim proqramları peşəkar təcrübəsindən asılı olmayaraq, onlayn ticarətdən gəlir əldə etmək istəyənlər üçün nəzərdə tutulub.
UForex kurslarında kimlər iştirak edə bilər?
- Onlayn qazanc əldə etmək istəyən hər kəs
- Öz bilik və bacarıqlarını təkmilləşdirmək istəyən təcrübəli treyderlər
- Gələcəkdə şəxsi proqramı üzərindən təlim keçmək istəyənlər
Nə üçün məhz UForex kursunu seçməlisiniz?
- Təlimlər sahə üzrə geniş təcrübəyə malik peşəkar bazar iştirakçıları tərəfindən keçirilir
- Təlim materialları qısa və dəqiq şəkildə ötürülür, yalnız treydinq üçün faydalı məlumatlar öyrədilir
- Kursu uğurla bitirən hər bir iştirakçıya sertifikat təqdim olunur
Sizə ən uyğun kursu seçmək üçün, gəlin hər kurs barəsində ayrılıqda danışaq:
İnvestisiya ilə tanışlıq
İnvestisiya sahəsi ilə maraqlanırsınız və haradan başlayacağınızı bilmirsiniz? Bütün suallarınızı cavablandırmaq üçün sizinlə telefon və ya Zoom vasitəsilə əlaqə saxlaya, həmçinin ofisimizdə görüş təşkil edə bilərik. 1,5 saat davam edən bu maarifləndirmə və məsləhət xidməti tamamilə ödənişsizdir.
Müraciət linki: uforex.az/telim-ve-seminarlar/yeni-baslayiram/investisiya-ile-tanishliq/
Yeni başlayan treyderlər üçün Forex
Bu, valyuta ticarəti dünyasında ilk addımlarını atanlar üçün xüsusi olaraq hazırlanmış 10,5 saatlıq təlimdir. Sözügedən treydinq kursu ilkin anlayışları, valyuta bazarının prinsiplərini, qrafik analizi ilə bağlı məlumatları əhatə edir. Siz əməliyyat açmağı, riskləri idarə etməyi və MT4 platformalarının əsas alətlərindən istifadə etməyi öyrənəcəksiniz. Təlimlər həm onlayn, həm də oflayn formada keçirilir. Təlimi müvəffəqiyyətlə yekunlaşdıran hər kəsə sertifikat verilir.
Maraqlanan şəxslər linkə keçid edə bilərlər: uforex.az/telim-ve-seminarlar/yeni-baslayiram/yeni-baslayan-treyderler-ucun-forex/
Texniki analiz
Bu, foreks qrafiklərini mənimsəmək istəyən treyderlər üçün 9 saatlıq kursdur. Kursun proqramı əsaslı ticarət qərarları qəbul etməyə kömək edən praktiki analiz üsullarına yönəlib. Təlim əsnasında şam analizi, trend növləri və səviyyələri, indikatorlar kimi mövzular ətraflı izah olunacaq, real praktiki tapşırıqların birgə təhlili həyata keçiriləcək. Kurs ticarətin əsasları ilə artıq tanış olan və analitik bacarıqlarını gücləndirərək növbəti səviyyəyə keçmək istəyənlər üçün uyğundur. Təlimlər həm “Zoom” vasitəsilə, həm də ofisimizdə keçirilə bilər.
Ətraflı məlumat üçün: uforex.az/telim-ve-seminarlar/tecrubem-var/texniki-analiz/
0-dan qazanca doğru
Bu, Foreks bazarında nəzəriyyədən sabit gəlirə doğru aparan yolu mənimsəmək istəyən şəxslər üçün nəzərdə tutulan universal kursdur. Kurs bütün zəruri mərhələləri əhatə edir: ticarətin əsasları, bazarın təhlili və gəlirli strategiyaların hazırlanması. Siz əməliyyatlar açmağı və bağlamağı, MT4 ticarət platformasından səmərəli istifadə etməyi, fundamental, qrafik və trend analizi kimi treydinq üçün bir sıra vacib olan mövzuları öyrənəcəksiniz. Bu təlim də, iştirakçıların rahatlığı üçün həm oflayn, həm də onlayn formada təşkil olunur. Sonda kursu bitirən hər kəsə sertifikat təqdim ediləcək.
Qeydiyyatdan keçmək üçün: uforex.az/telim-ve-seminarlar/yeni-baslayiram/sifirdan-qazanca-dogru/
Treyderlər üçün foreks kursları gələcəyə yatırılan sərmayə kimi dəyərləndirilir. İstər sıfırdan başlayın, istərsə də artıq müəyyən təcrübəniz olsun, UForex kursları sizə biliklərinizi sistemləşdirməyə, yeni başlayan treyderlərin çoxunun etdiyi səhvlərə yol verməməyə və ticarət bacarıqlarınızı təkmilləşdirməyə köməklik edəcəkdir.
Hər bir təlim qısa müddət ərzində maksimum faydalı məlumatı ötürmək üçün diqqətlə hazırlanmışdır. İllərlə maliyyə bazarında fəaliyyət göstərən təlimçilər sayəsində strategiyalar qurmağı və riskləri minimuma endirməyi öyrənəcəksiniz. Sizə uyğun olan - istər online forex kursu, istərsə də offline forex kursu - tədris formasını seçmək imkanı da təqdim olunur. Kursu bitirdikdən sonra alacağınız sertifikat təkcə biliklərinizin təsdiqi deyil, həm də bu yolda irəliləmək üçün əlavə stimul olacaqdır.
Məhz sizə uyğun treyder kursunu seçin, qeydiyyatdan keçin və biliklərinizi gəlirə çevirin!