Treyderlər üçün foreks qrafikləri nədir?

Forex qrafikləri, xüsusən yeni başlayan treyderlər üçün ən vacib amillərdən biridir. Onlar valyuta cütlükləri üzrə qiymət dəyişikliyini vizuallaşdırmağa və bazar tendensiyalarının analizinə köməklik edir. İlk baxışda “trader”lər üçün foreks qrafikləri mürəkkəb görünə bilər, lakin bütün nüansları öyrəndikdən sonra, əslində olduqca sadə olduqlarını görmək olar. Bu bloqda addım-addım foreks qrafikinin (MT4 qrafiki / MT5 qrafiki) əsaslarını izah edəcəyik: xətti qlafik, çubuqlu qarfik, yapon şamları nədir, qiymət hərəkətlərini necə anlamaq olar, ticarətlə bağlı qərar vermək üçün hansı göstəricilərə diqqət yetirmək lazımdır və sair. Bütün bunları mənimsədikdən sonra, ticarətə inamla yanaşa və riskləri minimuma endirə bilərsiniz.

Foreks qrafiklərini necə başa düşmək (anlamaq) olar?


Foreks qrafikini oxumaq üçün ilk növbədə onun əsas elementləri – valyuta cütlükləri, qiymət səviyyələri və zaman intervalları haqqında öyrənmək lazımdır.

Valyuta cütlükləri (Currency pair)

Foreks ticarəti EUR/USD və ya GBP/JPY kimi valyuta cütlülkəri əsasında həyata keçirilir. Birinci valyuta “baza” və ya “əsas” valyuta, ikincisi isə “kotirovka” valyutası adlanır. Məsələn, EUR/USD cütlüyündə məzənnə bir avro (baza valyutası) almaq üçün nə qədər dollar (kotirovka valyutası) lazım olduğunu göstərir.

Qiymətlər (Price)

Qrafikdə alış (Bid) və satış (Ask) qiymətləri, habelə onların zamanla dəyişməsi göstərilir. Ədadət qrakikdə aşağıdakı məlumatlar əks olunur:

- Açılış (Open): seçilmiş vaxt intervalının əvvəlindəki qiymət

- Bağlanış (Close): intervalın sonundakı qiymət

- Maksimum (High): aralıqdakı ən yüksək qiymət

- Minimum (Low): aralıqdakı ən aşağı qiymət

Zaman intervalları (Timeframe)

“Timeframe” treyderlərə müəyyən vaxt ərzində baş verən qiymət dəyişməsini qrafikdə izləməyə imkan verir. Zaman intervalı nə qədər qısa olarsa, qrafikdə bir o qədər təfərrüat görmək olar. Uzun intervallar isə uzunmüddətli tendensiyaların təhlilini asanlaşdırır. MetaTrader4 platformasında 9 fərqli zaman intervalı ilə treyd etmək mümkündür:

M1 - 1 dəqiqəlik
M5 - 5 dəqiqəlik
M15 - 15 dəqiqəlik
M30 - 30 dəqiqəlik
H1 - 1 saatlıq
H4 - 4 saatlıq
D1 - günlük
W1 - həftəlik
MN - aylıq

Metatrader 4 (MT4) və Metatrader 5 (MT5)-də foreks qrafiklərinin hansı növləri var və əsas göstəriciləri nələrdir?


Forex bazarında istifadə olunan üç əsas qrafik növü var: xətti qrafik, çubuqlu qrafik və şam qrafiki. Onların hər birinin öz xüsusiyyətləri var və müxtəlif analiz növləri üçün istifadə olunurlar.

Foreksdə xətti qrafik (line chart) nədir?


Xətti qrafik Foreksdə qiymət hərəkətlərini göstərmək üçün istifadə olunan ən sadə vasitədir. O, seçilmiş vaxt ərzində bağlanış nöqtələrini birləşdirərək ümumi bazar tendensiyasının vizual təsvirini yaradır. Bu qrafik sadəliyi ilə investisiya sahəsinə ilk addımlarını atan treyderlər və qlobal trendlərə diqqət yetirmək istəyənlər üçün ideal seçimdir.

Forex xətti qrafikində hər zaman intervalı üzrə yalnız bir qiymət - bağlanış qiyməti göstərilir. Hər bir nöqtə müəyyən bir müddət üçün bağlanış dəyərini əks etdirir (məsələn, dəqiqə, saat və ya gün).

Foreksdə çubuqlu qrafik (bar chat) nədir?


OHLC (ing. Open, High, Low, Close) qrafiki kimi də tanınan çubuqlu qrafik, xətti qrafiklə müqayisədə daha mürəkkəb və informativdir. Sözügedən qrafik növü seçilmiş vaxt intervalı üzrə qiymət hərəkəti haqqında tam məlumat verir. Həm uzunmüddətli, həm də qısamüddətli hərəkətləri təhlil etmək üçün istifadə edilə bilər. “Bar chart”lar əksər hallarda trendləri, dəstək və müqavimət səviyyələrini təyin etmək, yəni texniki analiz üçün istifadə olunur. Forex-də çubuqlu qrafiklər bazardakı qeyri-stabilliyi müəyyənləşdirməyə və ticarətə başlayıb və ya onu bitirmək üçün vacib səviyyələri təyin etməyə kömək edir.

Qrafikdəki hər çuqub bir şaquli və iki üfüqi xəttən ibarətdir. Şaquli xəttin yuxarı nöqtəsi intervaldakı maksimum qiyməti, aşağı nöqtəsi isə minimum qiyməti göstərir. Soldakı üfüqi xətt açılış qiymətini, sağdakı üfüqi xətt isə bağlanış qiymətini əks etdirir.

Foreksdə şam qrafiki və ya yapon şamları (candlestick) nədir?


Yapon şamları Forex bazarında ən populyar və universal alətlərdən biri hesab olunur. Şamlar həm yeni başlayanlar, həm də təcrübəli treyderlər üçün rahatdır. Çünki onlar yalnız bazar vəziyyəti barədə ətraflı məlumat ötürmür, eyni zamanda treyderlərə vizual cəhətdən informasiyanı rahat şəkildə qəbul etməyə yardımçı olur.

Hər şam iki əsas elementdən ibarətdir:

  1. Gövdə hissəsi – açılış qiyməti (Open) və bağlanış qiyməti (Close) arasındakı diapazonu göstərən düzbucaqlıdır. Əgər bağlanış qiyməti açılış qiymətindən yüksəkdirsə, şamdanın gövdəsi yaşıl rəngdə olur və bu, artımı göstərir. Əgər bağlanış qiyməti açılış qiymətindən aşağıdırsa, şamdanın gövdəsi qırmızı rəngdə olur və bu, enişi əks etdirir.
  2. Kölgə hissəsi – şamın gövdəsindən kənara çıxan şaquli xətlər seçilmiş zaman ərzindəki minimum (Low) və maksimum (High) qiymətləri göstərir.

Foreks qrafiklərini bilmək ticarət strategiyalarında treyderlərə necə kömək ola bilər?


Metatrader4 və ya Metatrader5 qrafiklərini başa düşmək uğurlu Forex ticarəti aparmaq üçün əsas bacarıqlardan biridir. Qrafiklər treyderlərə bazar hərəkətlərini təhlil etməyə, tendensiyaları müəyyən etməyə və əsaslandırılmış qərarlar qəbul etməyə imkanı verir. Müxtəlif növ qrafiklər barədə məlumatlı olan, onları analiz etməyi bacaran treyderlər Foreks bazarının təqdim etdiyi geniş fürsətlərdən faydalana bilərlər.

- Bazar tendensiyasının təhlili

Qrafiklər bazarın istiqamətini - yuxarı, aşağı və ya horizontal istiqamətdə olduğunu görməyə imkan verir. Bu, treyderə riskləri minimuma endirmək və mənfəəti artırmaq üçün bazara nə vaxt girməyin və ya çıxmağın daha yaxşı olduğunu anlamağa kömək edir.

- Giriş və çıxış nöqtələrinin müəyyən edilməsi

Şamdanlar və ya çubuqlu qrafiklərdən istifadə edərək, investorlar əsas dəstək və müqavimət səviyyələrini tapa bilər.

- Proqnozlaşdırma

Qrafiklərdə istifadə olunan texniki göstəricilər (indikatorlar) mümkün qiymət dəyişikliklərini proqnozlaşdırmağa kömək edir. Məsələn, xətti qrafikdəki yüksəliş ticarət üçün əlverişli ana işarə edə bilər.

- Emosiyaların idarə edilməsi

Treyder intuisiyadan daha çox qrafik məlumatlarına güvəndikdə, emosional təzyiqi azaldır. Faktlara əsaslanan qərar qəbul etmə impulsiv qərarların qarşısını almağa kömək edir.

Beləliklə, “Forex qrafikləri nədir?” və “Forex qrafiklərindən necə istifadə etmək olar?” suallarına cavab tapdıq. Bu qənaətə gəlmək olar ki, qrafikləri anlamaq – uğurlu ticarətin əsasını təşkil edir. Onları başa düşmək bazarda düzgün istiqamət almağınızı, səmərəli strategiya qurmağınızı və maliyyə hədəflərinizə çatmağınızı təmin edəcək. Ümumi trendi müəyyənləşdirmək üçün "line chart"dan, ətraflı təhlil üçün "bar chart"dan və ya "candlestick chart"dan stifadə etməyinizdən asılı olmayaraq, hər biri uğurlu treyd üçün önəmli alətdir. “Trader”lər üçün hər növ foreks qrafiklərinin mənimsənməsi həm qiymət hərəkətlərini daha yaxşı başa düşməyə, həm də ticarətlə bağlı riskləri əhəmiyyətli dərəcədə azaltmağa yardımçı olur.

Detallara qarşı diqqətli olun və məlumatları təhlil edin. Forex bazarı bilik və nizam-intizam tələb edir, qrafiklər isə uğurlu ticarət üçün sizin istiqamət bələdçinizdir. Onları bu gün öyrənməyə başlayın ki, sabah daha inamlı və əsaslandırılmış qərarlar verə biləsiniz!

Ətraflı məlumat üçün sorğu göndər

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close