Birjalar yeni ilə necə hazırlaşır?
Qlobal iqtisadiyyat COVID-19 pandemiyasının təsirlərindən sağalır, lakin bu proses ən azından 2022-ci ildə də davam edəcəkdir.
Birjalar yeni ilə necə hazırlaşır?Neft ötən həftəni nisbətən pozitiv notlarda bitirmişdi. Belə ki, “WTİ” neft üzrə iyun fyuçersi ötən həftə 0.1% bahalaşaraq $61.43, “Brent” markalı neft isə 0.1% bahalaşaraq $65.40 olmuşdur.
Hər iki marka üzrə qiymət cari ilin əvvəlindən 25% bahalaşmışdır.
Pandemiya ilə bağlı ümumi vəziyyətin gərginliyinə baxmayaraq enerji bazarında neftə olan tələbat hələ də mövqeyini qoruyur. Bu tələbatın əsas payı ABŞ və Çinin payına düşür. Hindistanda yoluxma sayının sürətlə artmasına baxmayaraq iqtisadi aktivlik neftə olan tələbatı azaltmır.
Cari həftə 27-28 aprel tarixlərində OPEK+ monitorinq komitəsinin toplantısı keçiriləcək. Toplantının əsas məqsədi aprelin əvvəlində qəbul olunmuş razılıq qaydalarına əməl olunması, lazım olduğu halda müəyyən dəyişikliklərin edilməsidir. Qeyd edək ki, aprelin əvvəlində qəbul olunmuş razılığa əsasən, neft hasilatının may ayı üzrə 6.55 mln b/g, iyun ayı üzrə 6.2 mln b/g, iyul ayı üzrə isə 5.76 mln b/g qədər məhdudlaşdırılması gözlənilir.
Digər tərəfdən, İran ABŞ ilə yeni nüvə sazişi bağladığı halda, neft hasilatını 1.5 mln b/g artıracağı gözlənilir. Belə olduğu halda, enerji bazarında təklifin artması, neftin qiymətinə təzyiq göstərərək $65 səviyyəsi altında saxlaya bilər.