Birjalar yeni ilə necə hazırlaşır?

Qlobal iqtisadiyyat COVID-19 pandemiyasının təsirlərindən sağalır, lakin bu proses ən azından 2022-ci ildə də davam edəcəkdir. Bu il qlobal ÜDM-in 6 % artımı proqnozu saxlanılır. İlkin proqnozlara görə, artım gələn il (yeni “sürprizlər” olmadığı təqdirdə) təxminən 5 %-ə qədər davam edəcək. Lakin bu, orta göstəricidir və məhz müxtəlif ölkələrin iqtisadiyyatlarının bərpa templərindəki fərq onların milli valyutalarının məzənnələrinə təsir edəcəkdir.

2021-ci ilin başlaması və yeni prezident Co Baydenin administrasiyasının Ağ Evə gəlməsi ilə bazarda daha böyük sabitlik və QE-nin (Quantitative Easing) qaçılmaz şəkildə dayandırılması hissi yarandı. Daha çox ona görə ki, makroiqtisadi göstəricilər, xüsusilə inflyasiya və əmək bazarının bərpası ümidverici idi. Dollar gücləndi və EUR/USD cütlüyü mart ayının sonuna kimi 1,1700-ə düşdü.

2022-ci ilin ikinci yarısına gəlincə isə bir sıra proqnozlara görə, ABŞ-ın iqtisadi vəziyyəti sabitləşəcək, “yavaş” Avrozona isə əksinə, sürət qazanmağa başlayacaq. "Avropa QE" proqramında azalma və avro faiz dərəcəsinin yüksəlməsi trendini və cütlüyü 1,1700-1,2000 zonasına geri qaytara bilər.

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close