Foreksdə treydinq zamanı fundamental analiz və texniki analiz

Bazarı dərindən dərk etmədən və foreks bazarına təsir edən amilləri araşdırmadan uğurlu forex ticarəti aparmaq mümkün deyil. Buna görə treyderlər iki əsas analiz metodundan istifadə edirlər - fundamental və texniki. Hər iki metod qiymət dəyişikliklərini proqnozlaşdırmağa kömək edir, lakin bunu müxtəlif baxış bucağına nəzərən edir. Fundamental təhlil iqtisadiyyat xəbərləri, siyasi hadisələr və makroiqtisadi göstəricilərin maliyyə bazarlarına təsirini qiymətləndirməyə kömək edir. Texniki təhlil qrafiklərin, qiymət modellərinin və indikatorların öyrənilməsinə əsaslanır və müəyyən vaxt kəsimində bazar hərəkətlərini proqnozlaşdırmağa imkan verir. Fundamental analiz “Qiymət nə üçün dəyişir?”, texniki analiz isə “Qiymət necə hərəkət edəcək?” sualına cavab verir.

Bəs bu yanaşmalardan hansı daha faydalıdır? Burada faydalı və daha az faydalı anlayışı yoxdur. Əsas olan odur ki, treyderlər bu iki analiz növünün nə ilə fərqləndiyini başa düşə, düzgün qərar vermək üçün onların hər ikisindən istifadə edə bilsinlər. Bu məqalədə biz fundamental və texniki analizin əsas prinsiplərini, onların investorlar üçün qazandırdığı üstünlükləri müzakirə edəcəyik.

Foreksdə fundamental analiz nədir?


Fundamental təhlil (fundamental analysis) valyutaların dəyərinə təsir edən siyasi, sosial və iqtisadi xəbərlərin öyrənilməsinə əsaslanan bazar vəziyyətinin qiymətləndirilməsi üsuludur. Bu yanaşma treyderlərə hansı dünyəvi hadisələrin və makroiqtisadi göstəricilərin valyutanın tələb və təklifinə təsir göstərə biləcəyini anlamağa kömək edir.

Fundamental təhlilin əsasını makroiqtisadi göstəricilər təşkil edir. Bunlara daxildir:

Faiz dərəcələri


  • Mərkəzi bankların uçot faiz dərəcəsi ilə bağlı qərarları valyutanın cəlbediciliyinə birbaşa təsir göstərir. Faizlərin artırılması çox vaxt valyutanı möhkəmləndirir, çünki bu, onu investisiyalar üçün daha sərfəli edir.

ÜDM (Ümumi Daxili Məhsul)


  • Artan ÜDM sağlam iqtisadiyyatın, sağlam iqtisadiyyat isə güclü milli valyutanın göstəricisidir.

İnflyasiya


  • İstehlak Qiymətləri İndeksi (CPI) kimi göstəricilər inflyasiyanın səviyyəsini ölçməyə kömək edir. Mərkəzi bankın proqnozlaşdırdığı inflyasiya aralığından daha yüksək inflayasiya göstəricisi valyutanı zəiflədə bilər.

Məşğulluq


  • İşsizlik və məşğulluq səviyyələri haqqında məlumatlar əmək bazarının vəziyyətini əks etdirir və bu da iqtisadi sabitliyə təsir göstərir.

İqtisadi göstəricilərlə (maliyyə xəbərləri və iqtisadi xəbərlər) yanaşı, fundamental təhlil siyasi hadisələri (seçkilər, sanksiyalar, beynəlxalq münaqişələr) və fors-major halları (təbii fəlakətlər, pandemiyalar) nəzərə alır. Böyük Britaniyanın Avropa İttifaqından çıxması, ABŞ və Çin arasında ticarət müharibəsi, COVID-19 pandemiyası, ABŞ-dəki prezident seçkiliri - bütün bunlar valyuta məzənnələrində kəskin dalğalanmalara səbəb ola bilər.

Fundamental təhlil xəbərlərin daimi monitorinqini və qlobal iqtisadi prosesləri anlaya bilmək bacarığını tələb edir. Növbəti hissədə forex ticarətində fundamental analizdən necə istifadə etmək olar - bunu nəzərdən keçirəcəyik.

Treyd (trade) zamanı fundamental analiz necə edilir və nələrə diqqət edilməlidir?


Foreksdə fundamental analiz (fundamental analysis) treyderlər üçün güclü bir vasitədir və onlara valyuta cütlüklərinin hərəkətinə hansı makroiqtisadi və siyasi amillərin təsir etdiyini anlamağa kömək edir. Ən önəmlisi isə odur ki, biliklərinizi real ticarət zamanı uğurla tətbiq etmək üçün nəyə diqqət yetirməli və əldə etdiyiniz məlumatları necə istifadə etməli olduğunuzu bilməlisiniz. Gəlin, fundamental analiz həyata keçirmək üçün atılan addımları bir-bir incələyək.

  1. 1. İqtisadi təqvimi izləyin

İqtisadi təqvim fundamental təhlildən istifadə edən treyderin əsas köməkçisidir. Sözügedən təqvimdə ÜDM, məşğulluq göstəricisi, inflyasiya kimi mühüm göstəricilərin açıqlanma tarixləri qeyd olunur. Məsələn, FED-in faiz qərarı dolların (USD) məzənnəsində kəskin dalğalanmalara səbəb ola bilər.

  1. 2. Mərkəzi bank rəhbərlərinin və siyasətçilərin çıxışlarını izləyin

Mərkəzi bankların (MB) və ya hökumət rəsmilərinin bəyanatları gələcək pul siyasəti haqqında ipucları verə bilər. Bu səbəbdən də MB rəhbərlərinin çıxışlarını, iclas protokollarını, pul siyasəti ilə bağlı açıqlamaları daim diqqətdə saxlamaq vacibdir. Məsələn, Avropa Mərkəzi Bankının (ECB) rəhbəri sərtləşdirmə siyasətinə işarə edərsə, bu, avronu (EUR) dəstəkləyə bilər.

Siyasətin də bazara təsir edə biləcəyini unutmamaq lazımdır. “Göyərçinlər və şahinlər kimdir?” – bu suala cavab tampaq üçün daha öncə paylaşdığımız bloqla tanış ola bilərsiniz.

  1. 3. Geosiyasi hadisələri nəzərdən keçirin

Siyasi qeyri-sabitlik, sanksiyalar, ticarət müharibələri və böhranlar valyuta məzənnələrinə kəskin təsir göstərə bilər. Məsələn, bir ölkəyə qarşı sanksiyaların tətbiqi çox vaxt onun valyutasının zəifləməsinə gətirib çıxarır.

İqtisadi təqvimdən xəbərdar olmaq və “Gündəlik Bazar Araşdırması” ilə tanış olmaq üçün UForex-in rəsmi Telegram kanalına abunə ola bilərsiniz.

Forexdə trading üçün fundamental analiz kursu


Vaxt və təcrübə tələb etdiyi üçün, bəzən fundamental analizin təlimlərə baş vurmadan öyrənilməsi treyderlərə çətin gələ bilər. Buna görə də bir çoxları ixtisaslaşdırılmış kursları seçirlər ki, bu da onlara lazımi bacarıqları daha tez mənimsəməyə kömək edir.

Fundamental təhlili öyrənmək üçün UForex iki fərqli təlim təklif edir: “Yeni başlayan treyderlər üçün Forex” və “0-dan qazanca doğru”. Uyğun kursun seçimi treyderin bilik səviyyəsindən və məqsədlərindən asılıdır.

Treyderlər üçün Forexdə fundamental analiz kursları barəsində daha ətraflı öyrənmək üçün linkə keçid edin: https://uforex.az/bloq/treyderler-ucun-foreks-kurslari/

Foreksdə texniki analiz nədir?


Texniki analiz (technical analysis) daha öncəki məlumatların, qrafiklərin və indikatorların öyrənilməsi əsasında valyuta bazarında qiymətlərin proqnozlaşdırılması üsuludur. Texniki təhlilin əsas prinsipi “tarixin təkrarlanması” və qiymət hərəkətlərinin treyderlərin qərar qəbul etmək üçün istifadə edə biləcəyi müəyyən petternləri (modelləri) formalaşdırmasıdır.

Texniki analizin əsas elementləri:

  • Qrafiklər - qiymət dinamikasını əks etdirən yapon şamları, çubuqlu və xətti qrafiklər.

Qrafiklər barədə daha ətraflı məlumat almaq üçün “Treyderlər üçün foreks qrafikləri nədir?” bloqu ilə tanış ola bilərsiniz.

  • Trend – qiymət istiqamətinin hərəkətini əks etdirir. Trend yüksələn (buğa), enən (ayı) və ya yana (düz) ola bilər. Trendin müəyyən edilməsi treyderlərə alış və ya satış barədə qərar qəbul etməyə kömək edir.
  • Dəstək və müqavimət səviyyələri - dəstək səviyyəsi qiymət enişinin yavaşladığı və alıcıların fəallığının artdığı nöqtədir, müqavimət səviyyəsi isə qiymət artımının yavaşladığı və satıcıların fəallığının artdığı nöqtədir.
  • İndikatorlar - Moving Average (hərəkət edən ortalama) və RSI (Nisbi Güc İndeksi) kimi texniki göstəricilər trendin gücünü, həddindən artıq alış və ya həddindən artıq satış səviyyələrini qiymətləndirməyə kömək edir. İndikatorların köməyi ilə treyderlər əməliyyat açmaq və ya bağlamaq baradə siqnallar ala bilərlər.

Texniki təhlil xüsusilə qısa və ortamüddətli ticarət edən treyderlər arasında populyardır, çünki o, cari məlumatlar əsasında tez qərarlar qəbul etməyə imkan verir. Bununla belə, fundamental təhlillə birgə uzunmüddətli strategiyalara da uğurla tətbiq oluna bilər.

Treyd (trade) zamanı texniki analiz necə edilir və nələrə diqqət edilməlidir?


Foreks ticarətində texniki analizi düzgün istifadə etmək üçün qrafiklər vasitəsilə ötürülən siqnalları görmək və onları düzgün anlamaq vacibdir. Texniki analizin tətbiqi ilə bağlı əsas addımlar bunlardır:

  1. 1. Trendi müəyyənləşdirin

İlk addım qiymətin hansı istiqamətdə hərəkət etdiyini anlamaqdır:

  • Yüksələn trend – qiymət yüksək maksimum və minimumlar formalaşdırır.
  • Enən trend – qiymət aşağı maksimum və minimumlar formalaşdırır.
  • Yana doğru hərəkət (flat) – qiymət üfüqi istiqamətdə hərəkət edir.
  1. 2. Dəstək və müqavimət səviyyələrindən istifadə edin

Bu səviyyələr qiymətin harada geri dönüş edə biləcəyini və ya öz hərəkətinə davam edə biləcəyini müəyyən etməyə kömək edir. Məsələn, qiymət bir neçə dəfə dəstək səviyyəsindən yuxarı sıçrayarsa, bu, sərfəli satış nöqtəsi ola bilər. Müqavimət səviyyəsinin qırılması, əksinə, yüksəliş trendinin davam etdiyinə işarə edə bilər.

  1. Texniki indikatorları tətbiq edin

RSI (Nisbi Güc İndeksi): alışa “doyma” həddi (70 səviyyəsindən yuxarı) və satışa “doyma” həddi (30 səviyyəsindən aşağı) səviyyələrini göstərir.

MACD (Moving Average Convergence Divergence): trendin gücünü və mümkün geri dönüşləri müəyyən etməyə kömək edir.

  1. Ticarət strategiyanıza uyğun vaxt aralığı seçin

Qısa intervallar (M1, M5, M15) gün ərzindəki ticarət üçün uyğundur.

Uzunmüddətli strategiyalar üçün gündəlik (D1) və ya həftəlik (W1) qrafiklərdən istifadə etmək daha düzgündür.

  1. Riskləri idarə edin

Texniki analiz “stop-loss” və “take-profit”i müəyyən etməyə kömək edir. Məsələn, “stop-loss” dəstək səviyyəsindən aşağı, “take-profit” isə növbəti müqavimət səviyyəsində təyin edilə bilər.

Forex-də trading üçün texniki analiz kursu


Texniki analiz hər bir foreks treyderi üçün vacib bir bacarıqdır. Lakin qrafiklərin və indikatorların müstəqil şəkildə mahiyyətini mənimsəmək çətin ola bilər. Buna görə bir çox yeni başlayanlar və hətta təcrübəli treyderlər ixtisaslaşdırılmış kurslara müraciət edirlər.

Foreksdə texniki analiz kursları ilə maraqlanan şəxslər UForex-in təqdim etdiyi “Texniki analiz” kursunu seçə bilərlər. Təlimin proqramı əsaslı ticarət qərarları qəbul etməyə kömək edən praktiki analiz üsullarına yönəlib. Təlim əsnasında şam analizi, trend növləri və səviyyələri, indikatorlar kimi mövzular ətraflı izah olunur, real praktiki tapşırıqların birgə təhlili həyata keçirilir.

Treydinqdə (trading-də) fundamental analiz və texniki analiz arasındakı fərqlər nələrdir?


Fundamental və texniki analiz treyderlərin Forex-də qiymət hərəkətlərini proqnozlaşdırmaq üçün istifadə etdikləri iki əsas yanaşmadır. Hər iki metodun öz üstünlükləri mövcuddur. Gəlin bu analiz növləri arasındakı fərqi daha asan anlamaq üçün aşağıdakı cədvələ nəzər yetirək:

Fundamental analiz

Texniki Analiz

Əsas prinsip

İqtisadi və siyasi amillərin təhlili

Qrafiklərin və daha öncəki göstəricilərin təhlili

Analiz alətləri

İqtisadi xəbərlər, makroiqtisadi göstəricilər, mərkəzi bank hesabatları

Qrafiklər, indikatorlar, dəstək və müqavimət səviyyələri

Zaman amili

Uzunmüddətli ticarət

Qısa və ortamüddətli ticarət

Məqsəd

Aktivin dəyərini müəyyən etmək

Bazara giriş və çıxış nöqtələrini tapmaq


Texniki və fundamental analiz arasında seçim treyderin ticarət tərzindən asılıdır. Uzunmüddətli investorlar fundamental təhlilə diqqət yetirirlər, qısamüddətli treyderlər isə texniki təhlilə üstünlük verirlər. Ancaq ən yaxşı nəticə hər iki üsulu birləşdirməklə əldə edilir.

Fundamental və texniki təhlil Forex ticarətində uğur qazanmaq üçün iki əsas metoddur. Fundamental analiz iqtisadi və siyasi amillərin bazara təsirini qiymətləndirməyə kömək edir, treyderləri uzunmüddətli qərarlar üçün məlumatla təmin edir. Texniki təhlil isə qrafiklərə və öncəki məlumatlara fokuslanır, qısamüddətli qiymət hərəkətlərini proqnozlaşdırmağa yardımçı olur. Ticarət strategiyasında hər iki metodun birgə istifadəsi proqnozların düzgünlüyünü artıra və riskləri azalda bilər. İstər bir, istərsə də hər iki metoddan istifadə etməyinizdən asılı olmayaraq, öyrənməyə və bacarıqlarınızı təkmilləşdirməyə davam etmək vacibdir. Unutmayın ki, uğurlu Forex ticarəti nizam-intizam, təhlil və bazardakı dəyişikliklərə uyğunlaşma bacarığı tələb edir.

Fundamental analizlə ticarət planınızı qurun, texniki analizlə isə onu reallaşdırın! UForex-də hesab açın, nəzəri biliklərinizi real ticarətdə tətbiq edin!

Ətraflı məlumat üçün sorğu göndər

Type us

close

Ask a question

close

Müştəri müraciətləri

close