Azərbaycanda Foreks Şirkətləri - Brokerləri

Foreks şirkətləri və ya foreks brokerləri Azərbaycanın investisiya bazarında mühüm rol oynayır, treyderlərə qlobal valyuta cütlükləri və əmtəələr kimi müxtəlif maliyyə alətlərinə çıxış imkanı verir. Foreks ticarətinin populyarlığının artması ilə müştərilərə bu cür xidmətlər təqdim edən investisiya şirkətlərinin sayı da günü-gündən çoxalır. Etibarlı brokerin seçilməsi uğurlu əməliyyatlar və vəsaitlərin təhlükəsizliyi üçün vacib amillərdən hesab olunur. Düzgün qərar qəbul etmək üçün şirkətin lisenziyasının olub-olmamasını, ticarət şərtlərini, göstərdiyi texniki dəstəyi nəzərə almaq lazımdır.

Foreks şirkətlərinin fəaliyyəti nədən ibarətdir?

Foreks şirkətlərinin fəaliyyəti treyderlərin dünyanın ən böyük və ən likvid maliyyə bazarlarından biri olan beynəlxalq valyuta bazarına çıxışını təmin etməkdən ibarətdir. Bu şirkətlər hər bir treyderin dollar, avro və yen kimi müxtəlif valyuta məzənnələrinin dinamikasından istifadə edərək investisiya strategiyasını həyata keçirməsi və mənfəət əldə etməsi üçün müvafiq inftrastruktur yaradırlar. Valyutalardan savayı, foreks xidməti təqdim edən şirkət qızıl, gümüş və neft kimi müxtəlif əmtəələrlə də ticarət etmək imkanı təklif edir. Bu aktivlər portfelin diversifikasiyası və iqtisadi qeyri-sabitlikdən qorunması üçün etibarlı vasitələr hesab olunurlar.

Foreks brokerlərinin əsas məqsədi treyderlərə əməliyyatları tez və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verən platforma və alətlərlə təmin etməkdir. Bu platformalar kotirovkalara, diaqramlara, iqtisadi xəbərlərə və digər analitik alətlərə çıxışı təmin edərək, istifadəçilərə ən aktual məlumatlara əsaslanan qərarlar qəbul etməyə imkan verir. Ticarətin həm yeni başlayanlar, həm də təcrübəli treyderlər üçün əlçatan olması məqsədilə xidmətin keyfiyyətinə və interfeysin rahatlığına diqqət yetirilir.

Həmçinin yeni başlayan treyderlərin risk almadan və vəsait itirmədən təcrübə qazanmaları üçün brokerlər demo hesablar da təqdim edirlər.

Bundan əlavə, foreks şirkətləri öz müştərilərinə risklərin idarə edilməsi və mənfəətin optimallaşdırılması üçün “stop-order”lər kimi müxtəlif sifariş növləri təklif edirlər. Treyderlərin bilik səviyyəsini artırmağa və onların bacarıqlarını inkişaf etdirməyə kömək edən vebinar, dərslik və bloqlar da daxil olmaqla, təlim resurslarının mövcudluğunu da qeyd etmək lazımdır.

Foreks şirkətləri hansı biznes modelləri əsasında fəaliyyət göstərir?

Foreks şirkətləri özünəməxsus xüsusiyyətləri və faydaları olan bir neçə fərqli biznes modeli əsasında fəaliyyət göstərirlər. A-book və B-book ən geniş yayılmış biznes modellərindən hesab olunurlar. Bu modellərin iş prinsipini anlamaq treyderlərə ən uyğun brokeri seçməkdə kömək ola bilər.

A-book modeli əsasında fəaliyyət göstərən investisiya şirkəti bütün müştəri sifarişlərini, o cümlədən ticarət terminalında formalaşan kotirovkaların müəyyən edilməsi prosedurunu tərəfdaşlıq etdiyi likvidlik təminatçılarına ötürməklə icra edir. A-book brokerləri müştərilərə bazardakı ən uyğun qiymətlərə çıxışı və "oder"lərin yüksək sürətlə icrasını təmin edirlər. Bu model əsasında işləyən investisiya şirkətləri əməliyyatlar üzrə komissiyalardan qazanırlar. Bu da xidmət keyfiyyətinin daima artırılmasını stimullaşdırır. A-book modeli treyderlərə daha şəffaf ticarət şəraiti və daha geniş alət seçimi ilə təmin etmək istəyən brokerlər tərəfindən istifadə olunur.

B-book müştəri əməliyyatlarının şirkət daxilində emal edildiyi bir modeldir. Bu zaman broker müştərilərin əməliyyatları üzrə riskləri öz üzərinə götürür ki, bu da ona likvidliyi idarə etməyə imkan verir. B-book brokerləri öz spredlərini təyin edə və treyderlərə sabit ticarət şərtləri təklif edə bilərlər. Bu model sadə və aydın şərtlərlə treyd etmək istəyənlər üçün cəlbedici ola bilər.

Hər iki modelin öz üstünlükləri var və seçim treyderin nələrə önəm verməsindən asılıdır. A-book daha yaxşı bazar qiymətləri və şəffaflıq axtaranlar üçün, B-book isə sabit ticarət şəraitinə üstünlük verənlər üçün uyğun ola bilər.

Azərbaycanda foreks xidməti təklif edən investisiya şirkətlərinin fəaliyyəti necə tənzimlənir?

Azərbaycanda foreks brokerlərinin fəaliyyəti müştərilərin təhlükəsizliyini və əməliyyatların şəffaflığını təmin etmək üçün tənzimlənir. Ölkədə foreks bazarını tənzimləyən qanunvericilik hələ inkişaf mərhələsində olsa da, şirkətlərin riayət etməli olduqları ümumi qayda və tələblər var.

Azərbaycanda fəaliyyət göstərən foreks brokerləri beynəlxalq standartlara və tələblərə, o cümlədən çirkli pulların yuyulmasına və maliyyə fırıldaqçılığına qarşı mübarizə siyasətlərinə əməl etməlidirlər. Bu, müştəri vəsaitlərini qorumağa və bazara inamı artırmağa kömək edir. Həmçinin maliyyə hesabatlarına dair olan tələblər əhəmiyyətli rol oynayır. Bu, müştərilərə şirkətin ümumi vəziyyəti və maliyyə dayanıqlığı barədə məlumat ötürür.

Onu da qeyd etmək lazımdır ki, hazırda əsas tənzimləyici orqan qismində Azərbaycan Respublikasının Mərkəzi Bankı çıxış edir.Mərkəzi Bank foreks xidməti təklif edən investisiya şirkətlərinə lisenziyanın verilməsi, onların maliyyə hesabatlarına, fəaliyyətinin şəffaflığına və beynəlxalq standartlara uyğunluğuna nəzarət edir.

Azərbaycanda foreks brokerləri hansı xidmətləri təklif edir?

Azərbaycanda foreks brokerləri öz müştərilərinə beynəlxalq maliyyə bazarlarına çıxış təmin edən geniş xidmətlər təklif edirlər. Foreks brokerlərinin təqdim etdiyi əsas xidmətlərə aşağıdakılar daxildir:

  • Valyuta cütlükləri ilə ticarət: Bu xidmət foreks brokerlərinin əsas fəaliyyət istiqaməti hesab olunur. Treyderlərə EUR/USD, GBP/USD kimi yüzlərlə valyutaları alıb-satmağa və məzənnə dəyişikliyindən gəlir əldə etməyə imkan yaradılır.
  • Əmtəələrlə ticarət: Valyutalardan savayı, bir çox brokerlər neft, qızıl, gümüş kimi əmtəələr və indekslərlə ticarət etmək imkanı təklif edirlər. Bu, müştərilərin investisiya imkanlarını genişləndirir, onlara öz portfellərini diversifikasiya etməyə və müxtəlif strategiyalar qurmağa imkan verir.
  • Ticarət platformaları: Brokerlər geniş analitik alətlərə və qrafiklərə malik MetaTrader kimi platformalar təklif edərək, istifadəçilərə rahat analiz etmək üçün şərait yaradırlar. Sözügedən platformalar treyderlərə əsaslandırılmış qərarlar qəbul etməyə və cari bazar tendensiyalarını qiymətləndirməyə kömək edir.
  • Təlim xidmətləri: Yerli foreks brokerləri vebinarlar, video-dərslər, gündəlik bazar araşdırmaları daxil olmaqla, müxtəlif tədris materialları da təqdim edirlər. Bu, ticarətə ilk addımlarını atan şəxslər üçün vacib dəstəkdir. Həmçinin yeni başlayanlar üçün demo hesablar da təklif edilir ki, bu da onlara virtual vəsaitlərlə, yəni itki riski olmadan ticarət fürsəti yaradır.

Etibarlı foreks brokeri seçərkən nələrə diqqət etmək lazımdır?

Foreks provayderini seçərkən rahat və təhlükəsiz ticarət şəraitini təmin etmək üçün bir neçə məqama diqqət yetirmək vacibdir.

Birincisi, şirkətin lisenziyasının olub-olmamasına nəzər yetirmək lazımdır. Bu, təhlükəsizlik standartlarına əməl olunmasını və treyderlərin maraqlarının qorunmasını təmin edir.

İkincisi, ticarət şərtləri barədə məlumat alın: spredlər, komissiyalar, mədaxil/məxaric üsulları. Bu, gözlənilməz xərclərdən qaçmağa və xidmətlərin real dəyərini qiymətləndirməyə imkan verir.

Həmçinin ticarət platformalarına və alətlərinə diqqət edin. Müasir və funksional platforma analiz etməyə və əməliyyatların rahat şəkildə icrasını təmin edir.

Nəhayət, brokerin müştəri dəstəyi xidmətinin və təlim materiallarının olduğundan əmin olun. Bu həm yeni başlayanlar, həm də təcrübəli treyderlər üçün faydalı olacaq.

Unicapital İnvestisiya Şirkətinin UForex xidmətinin üstünlükləri

UForex 10 ildən artıqdır ki, müştərilərinə “MetaTrader4” platforması üzərindən qlobal foreks bazarlarına çıxış təmin edir. Xidmətin əsas üstünlüklərinə aşağıdakılar daxildir:

  1. Geniş çeşidli alətlər - UForex müştəriləri təkcə USD/JPY, GBP/USD kimi populyar valyuta cütlükləri ilə deyil, qızıl, gümüş, neft və digər maliyyə alətləri ilə də ticarət edə bilərlər ki, bu da investisiya portfelinin diversifikasiyasına kömək edir.
  2. Onlayn hesab açılışı Treyderlər hesab açılışını bank filialına yaxınlaşmadan, sadəcə uforex.az saytına daxil olub onlayn şəkildə həyata keçirə bilərlər. SİMA vasitəsilə bir neçə dəqiqə ərzində qeydiyyatdan keçib, UForex hesabına sahib olmaq və anında ticarətə başlamaq mümkündür.
  3. Şəxsi kabinet – uforex.az saytında qeydiyyatdan keçən hər bir treyder “Şəxsi kabinet” adlanan multifunksional platformadan istifadə edə bilər. “Şəxsi kabinet” vasitəsilə investorlar istənilən bankın AZN və USD kartları ilə hesablarına mədaxil edə bilərlər. Həmçinin bir neçə UForex ticarət hesabını vahid interfeys üzərindən izləmək və platformanın veb-versiyası ilə rahat ticarət etmək mümkündür. Müştərilər platformaya yerləşdirilən izahlı video-dərslərə baxa, iqtisadi təqvimi izləyə, investisiya dünyasındakı ən aktual xəbərlərdən məlumat ala və sahə üzrə maarifləndirici bloq yazılarını oxuya bilərlər.
  4. Kredit çiyni - UForex müştərilərinə 1:100-dək kredit çiyni təqdim edir. Bu, treyderlərə daha kiçik girov məbləği üzərindən yüksək həcmlərlə treyd etmək imkanı yaradır.
  5. Təlim və seminarlar - UForex tədris proqramları həm investisiya sahəsinə ilk addımlarını atan, həm də təcrübəli treyderlər üçün nəzərdə tutulub. Dərslər illərlə treyd edən peşəkar təlimçilər tərəfindən keçirilir. Tədrisi başa vuran hər bir şəxsə UForex tərəfindən sertifikat təqdim olunur.
  6. Peşəkar texniki dəstək – Göstərilən texniki dəstək sayəsində əməliyyatlar rahat şəkildə icra olunur, “oreder”lər anında bazara yerləşdirilir. Treyderlər 5/24 yüksək kvalifikasiyaya malik mütəxəssislərimizə müraciət edə, suallarını ünvanlaya bilərlər.

Ümumiləşdirsək, onu qeyd edə bilərik ki, Azərbaycanda foreks şirkətləri treyderlərə geniş imkanlar təklif edirlər. Etibarlı broker seçmək uğurlu və təhlükəsiz ticarət üçün ilk addımdır. Yaxşı foreks brokeri təkcə valyuta bazarına çıxışı təmin etmir, həm də müasir platformalar, keyfiyyətli xidmət və şəffaf şərtlər təklif edir. Bu səbəbdən də seçim edərkən sahəni araşdırmaq, təklif olunan xidmətlərlə maraqlanmaq və lisenziyanı yoxlamaq çox önəmlidir.

Hədsiz imkanları seçin! UForex ilə ticarətə başlayın və məqsədinizə doğru ilk addımı atın.

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close