"UForex"də vəsaitin hesaba mədaxil ve məxaric edilməsinin üsulları.
Mədaxil etmək üçün:
“Unibank”-ın istənilən filialına yaxınlaşıb, 10-15 dəqiqə ərzində Foreks hesabınıza mədaxil edə bilərsiniz;
“Unibank”-ın Cash-In aparatlarından (Ödəmə terminalından) istənilən vaxt istifadə edib Foreks hesabınızı artıra bilərsiniz;
Öz smartfonunuza “Unibank”ın mobil banking xidmətini - "Unibank Mobile"ı yükləyib istənilən pul köçürmələrini və həmçinin, Foreks mədaxil əməliyyatlarını heyata keçirə bilərsiniz. "Unibank"ın mobil banking xidməti ilə daha ətraflı www.unibank.az saytında tanış ola bilərsiniz.
Məxaricüçün isə:
Aşağıda qeyd olunan "Vəsaitin çıxarılması üçün ərizə" formasını doldurub, [email protected]elektron ünvanına göndərib və daha sonra “Unibank”ın hesab açdığınız filialına yaxınlaşaraq vəsaiti komissiyasız məxaric edə bilərsiniz (şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmağınız mütləqdir).
Vəsaitin hesabdan məxaric edilməsinin ikinci üsulu isə - "UForex"in təqdim etdiyi plastik kart vasitəsilə bankomatdan məxaric edilməsi.
Vəsaitin bu yolla məxaric edilməsi üçün də həmçinin, "Vəsaitin çıxarılması üçün ərizə"ni doldurmaq və [email protected] elektron ünvanına göndərmək zəruridir.
Sorğunuz uğurla göndərildi. Müraciətiniz üçün təşəkkür edirik!
Sorğunuz uğurla göndərildi! Mütəxəssislərimiz ən qısa zamanda sizilə əlaqə saxlayacaq.