Foreks | Maliyyə bazarlarında ən çox istifadə edilən ticarət terminləri

Öncəki bloqlarımızda “foreks nədir?”, “onunla harada və necə ticarət etmək olar?” məsələlərinə açıqlama gətirmişdik. Bu gün isə maliyyə bazarlarında ticarət terminlərindən söhbət açacağıq.

Ticarət zamanı seçdiyiniz platforma və brokerdən asılı olmayaraq həmin maliyyə bazarlarının öz ticarət əlifbası var. Buradakı terminlər əksərən ingilis dilindəki mənaları ilə geniş istifadə olunur.

Terminlər əsasən əmrlərin növünü, xeyiri və zərəri, bazarın mövcud vəziyyətini ifadə edir.

Əgər ticarətə başlamaq fikrindəsinizsə ilkin olaraq bu terminlərin adları və xüsusiyyətləri ilə tanış olmağınız zəruri şərtlərdəndir.

Foreks ticarətində "ask" və "bid" nədir və nəyi ifadə edir?


Bütün ticarətlərdə olduğu kimi foreks bazarında da ticarət alqı və satqı əsasında formalaşır. Bu zaman əsas prinsip ən aşağı qiymətdən alıb, ən yüksək qiymətdən satmaqdır.

Bu prinsipi foreks ticarətinə şamil etsək qarşımızda iki qiymət növü əmələ gələcəkdir. Alış əməliyyatı icra edərkən olan qiymət “ask”, satış əməliyyatı zamanı isə yaranan qiymət “bid” adlanır.

Alış (ask) və satış (bid) qiymətləri arasında yaranan fərqi ifadə etmək üçün “Spred” terminindən istifadə edilir.

Spredin aşağı olması sizin xərclərinizə müsbət təsir edəcək faktorlardan biridir. Bu fərq əsasən ticarət zamanı seçdiyiniz brokerin gəlirini formalaşdırır.

Foreks ticarətində "pip" və “point” nədir və nəyi ifadə edir?


Foreks ticarəti zamanı ən çox qarşılaşacağınız terminlərdən əsası bunlardır desək yanılmarıq. Ümumilikdə foreks ticarəti ən aşağı xərcli və münasib ticarət hesab edilir. Belə ki, burada sizin xərciniz yalnız spred əsasında formalaşır. Bildiyiniz kimi spred fərqi alış-satış qiymətləri arsında yaranan qiymətdir. Bu nisbət ən kiçik qiymət dəyişkliyi göstəricisi hesab edilən “pip” ilə ölçülür.

İngilis dilindən “Price Interest Point” mənasını ifadə edən bu vahid, dördüncü onminlikdəki dəyişimi ifadə edir.

“Pip” vahidindən 0.1 dəfə çox olan digər ölçü vahidi isə “point”-dir. “Point” qiymətin beşinci onminlikdəki dəyişimini göstərir.

Foreks ticarətində "lot" nədir və nəyi ifadə edir?


Foreks ticarəti zamanı aparılan əməliyyatın həcmi “lot”la ifadə olunur. 1 lot 100 000 şərti vahidin cəmindən yaranan həcmdir. Sadə dildə desək valyuta cütlüyünün sol tərəfində olan 100 000 ədədlik valyuta vahidi 1 lota bərabər göstərilir. 1 lot kiçik büdcələr üçün olduqca böyük həcm hesab olunduğu üçün, siz istəyinizə uyğun lot həcmi seçərək ticarətə başlaya bilərsiniz.

Lotlar əsasən 2 cür qruplaşdırılır: Mikro və Mini lot.
Mikro lot dedikdə 0,01 lot nəzərdə tutulur. Bu həcm 1000 şərti vahidə ekvivalentdir.

Mini lot isə 0,1 lot, yəni 10 000 şərti vahidi ifadə edir.

Foreks ticarətində "spread" nədir və nəyi ifadə edir?


Foreks ticarətində "spread" alış və satış qiymətləri arasında fərqi ifadə edən termindir.

Digər ticarət növlərindən vərqli olaraq foreks alətləri ilə ticarət zamanı sizdən heç bir komissiya tələb olunmur. Burada sizin yeganə ticarət xərciniz spred hesab edilir. Spred sizin qlobal bazara çıxışınızı təmin edən vasitəçi tərəfin (broker) qazancını təşkil edir.

Foreks ticarətində "swap" nədir və nəyi ifadə edir?


Swap foreks ticarətində açılmış əməliyyatın növbəti günə keçirilməsi zamanı tətbiq olunan komissiyadır. Bu göstərici alış və satış əməliyyatından asılı olaraq müsbət və ya mənfi ola bilər.

Foreks ticarətində leverage (kredit çiyni) nədir və nəyi ifadə edir?


Foreks ticarətinin digər ticarət növlərindən fərqləndirən əsas üstünlüklərdən biri də məhs kredit çiynidir. Kredit çiyni investorlara aşağı məbləğlərlə də ticarətə başlamaq üçün imkan yaradır. Belə ki, kredit çiyni vasitəçi tərəfin təyinatına əsasən, investorlar və alətlərə görə 1:20, 1:30, 1:50 və 1:100 nisbətində dəyişiklik göstərə bilər. Kredit çiyni investora vəsaitindən dəfələrlə böyük həcmdə əməliyyat açmağa imkan verdiyi kimi, riski də olduqca artırır. Bunun üçün kreidt çiyniylə əməliyyatlar aprarkən riskinizi nəzərə alaq analiz edilmiş addımlar atmalısınız.

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close