Foreks bazarının həftəlik təqvimi və analitikası 30.10.2023 - 05.11.2023

Ötən həftə də öncəki həftə olduğu kimi yüksək dinamika müşahidə olundu.

AMB və Kanada Bankı Uçot faiz dərəcəsində dəyişikliyə getməsələr də,

Rusiya Bankı faiz dərəcəsini gözlənilmədən 200 baza vahidi qədər (13%-dən 15%-ə) yüksəltdi.

Cari həftə bazarın yüksək volatilliyi davam edəcək.

Belə ki, İngiltərə Bankı və FES Uçot faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək.

Eyni zamanda, ABŞ əmək bazarından oktyabr ayı üçün göstəricilər açıqlanacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

30 oktyabr

13:00 – Almaniya – ÜDM Göstəricisi;

17:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (oktyabr).

31 oktyabr

14:00 – İstehlakçı Qiymət İndeksi (oktyabr).

AMB ötən həftə gözlənildiyi kimi faiz artımına fasilə verdi.

Bank bu addımı atmasını, ardıcıl olaraq 10 dəfə artımdan sonra faiz dərəcəsinin pik səviyyəsində olması ilə əsaslandırılıb.

Avropada açıqlanan iqtisadi göstəricilər bir o qədər ürək açan olmadığı üçün

bank çox güman ki, hələ uzun müddət faiz dərəcəsini

yüksək səviyyədə saxlamalı olacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0640, 1.0740

- Eniş hədəfləri: 1.0450, 1.0350

Böyük Britaniya

16 oktyabr

16:00 – İngiltərə bankının Uçot faiz dərəcəsi ilə bağlı qərarı.

Funt ötən həftəni eniş mövqeyində tamamlayıb.

Belə ki, ABŞ iqtisadiyyatının müsbət istiqmətdə irəliləməsi,

bunun əksi olaraq, Britaniya iqtisadiyyatının geriləməsi funtu təzyiq altında saxlayır.

Digər tərəfdən istər AMB, istərsə də İngiltərə Bankının faiz artımında artıq son mərhələdə olmaları

öz növbəsində valyutanın artım istiqamətində hərəkətinə əks təsir göstərir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2280, 1.2450

- Eniş hədəfləri: 1.2000, 1.1850

ABŞ

31 oktyabr

18:00- İstehlakçı Güvən İndeksi (oktyabr).

01 noyabr

18:00- İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (oktyabr);

18:00 – JOLTS əmək birjasında yeni iş yerlərinin sayı (sentyabr);

18:30 – Xam neft ehtiyatları;

22:00 – FOMS-un açıqlaması;

22:00 – FES-in Uçot faiz dərəcəsi ilə bağlı qərarı

22:30 – FOMS-un mətbuat konfransı

02 noyabr

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

03 noyabr

16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi;

16:30 – İşsizlik səviyyəsi;

17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (oktyabr).

Dollar ötən həftəni artım istiqamətində bitirib.

Ötən həftə cümə axşamı açıqlanan məlumatlara görə,

ABŞ iqtisadiyyatı 3-cü rübdə son iki ilin ən sürətli tempi ilə yüksəlib.

Bu da öz növbəsində FES üçün faiz dərəcəsini yüksək sərhədlərdə saxlamaq və

növbəti sərt addımlara getmək üçün şərait yaradır.

Dollar indeksi ötən həftə 2 həftəlik maksimum səviyyəsi olan

106.80 sərhədinə yaxınlaşa bilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 107.00, 107.90

- Eniş hədəfləri: 105.80, 105.00

Qızıl

Qızıl artıq 3 həftə ar-arda bahalaşmağa davam edir.

Belə ki, Yaxın Şərqdə davam edən gərginlik nəticəsində qızıl ötən həftə

2000$ səviyyəsi üzərində ticarət olunub.

Qeyd edək ki, oktyabrın 7-dən başlayan gərginlik fonunda qızıl artıq 8%

və ya 140$ bahalaşıb.

Fiziki qızıl bazarında Hindistanda mövsümi festivallarda alış həcmi yüksəlsə də,

ən böyük istehlakçı sayılan Çində alış templərində geriləmə müşahidə olunub.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2020.00, 2045.00

- Eniş hədəfləri: 1950.00, 1925.00

Neft

Neftin qiymətində ötən həftənin əvvəlində qismən geriləmə müşahidə olunsa da,

həftə sonuna artım yenidən bərpa olundu.

Belə ki, ABŞ hərbi qüvvələrinin Suriyanın İranla bağlı olan 2 obyektinə zərbə endirməsi regionda gərginliyin artmasına və

gərginlik nəticəsində neft təchizatında fasilələrin yaranmasına səbəb olub.

Nəticədə dekabr müqaviləli həm Brent, həm də WTI markalı neftin qiyməti 1.8% bahalaşıb.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 94.00, 98.00

- Eniş hədəfləri: 85.00, 81.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 89.00, 94.00

- Eniş hədəfləri: 81.00, 77.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close