Foreks bazarının həftəlik təqvimi və analitikası 30.06.2025 - 06.07.2025

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Keçən həftə bazarlar əsasən Yaxın Şərqdə İran-İsrail arasında

atəşkəs və ABŞ-Çin arasında ticarət razılaşmasının bərpası istiqamətində

verilən siqnallarla pozitiv ruhda hərəkət etdi. ABŞ dolları zəifləyərək

2022-ci ildən bəri ən aşağı səviyyəyə düşdü,fond bazarları və riskli aktivlər gücləndi.

Bu həftə isə investorların diqqəti ABŞ əmək bazarına yönələcək – JOLTS, ADP və

Nonfarm Payrolls (NFP) göstəriciləribazarın istiqamətini təyin edəcək. Eyni zamanda,

Sintrada keçiriləcək ECB Forumunda FED sədri Pauell, ECB prezidenti

Laqard, BOE rəhbəri Beyli və BOJ rəhbəri Ueda-nın çıxışları da bazarlarda

dəyişkənlik yaradacaq. ABŞ-da təklif olunan büdcə paketi və ticarət razılaşmaları da gündəmdədir.

ABŞ

Bu həftə ABŞ-da iqtisadi təqvim doludur: çərşənbə axşamı JOLTS Job Openings, çərşənbə günü

ADP Employment Change, cümə axşamı isə əsas göstərici olan Nonfarm Payrolls (NFP) açıqlanacaq.

May ayında 139.000 olan məşğulluq artımının bu dəfə 100.000 civarında olması gözlənilir.

Əgər göstəricilər 100.000-dən aşağı olarsa, bu, FED-in sentyabrda faiz endiriminə gedəcəyinə

dair gözləntiləri gücləndirəcək və dollar zəifləyə bilər. Əksinə, 150.000 və daha yuxarı nəticə dolların

güclənməsinə səbəb olacaq. ISM Manufacturing və Services PMI indeksləri də həftə ərzində inflyasiya

gözləntilərinə təsir göstərəcək.Pauellin forumdakı çıxışı da diqqətlə izlənəcək.


30 iyun
16:30 – Çikaqoda biznes aktivliyinin indeksi (iyun)

01 iyul

17:30 – FED-in rəhbəri C.Pauelin çıxışı

17:45 - Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) (iyun)

18:00 – İstehsalın Satınalma Menecerləri İndeksi (PMI) (İyun)

18:00 – Xidmətlərin Satınalma Menecerləri İndeksi (PMI) (İyun)

18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (may)

02 iyul

16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (iyun)

18:30 – Xam neft ehtiyatları

03 iyul

16:30 – Saatlıq orta əmək haqqı (iyun)

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

16:30 - Qeyri-kənd təsərrüfatı sektorunda əmək haqqı ( NFP ) (İyun)

16:30 – İşsizlik dərəcəsi (iyun)

17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyun)

18:00 - ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (iyun)

18:00 – ISM-dən qeyri-istehsal qiymətləri indeksi (iyun)

Avrozona

ECB rəhbərliyindən gələn mesajlara görə faiz siyasətində artıq fasilə mərhələsinə keçilib.

Bu həftə Almaniyanın ZEW İqtisadi Tədqiqatlar Mərkəzinin Sorğusu və Avrozonanın İstehlak

Qiymətləri İndeksi (HICP) açıqlanacaq. Əgər bu məlumatlar zəif qalarsa, Avro təzyiq altında qala bilər.

Lakin ECB-nin kəskin faiz endiriminə getməməsi avronu müəyyən qədər dəstəkləyə bilər.

EUR/USD hazırda 1.17 ətrafında ticarət olunur və texniki olaraq 1.1470 və 1.1380 səviyyələrində

dəstək tapır, müqavimət isə 1.1630 və 1.1700 ətrafındadır.

30 iyun
16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (may)

01 iyul

13:00 – İstehlak qiymətləri indeksi CPI (illik) (iyun)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1570, 1.1600, 1.1650

- Eniş hədəfləri: 1.1165, 1.0813, 1.0730

Böyük Britaniya

GBP/USD cütlüyü üçillik zirvələrinə yaxınlaşaraq 1.3770 ətrafında ticarət olunur.

ABŞ dollarının zəifləməsi və BoE-nin faiz endirimlərini avqustadək təxirə salması funtu gücləndirib.

Bu həftə diqqət BoE rəhbəri Beylinin ECB forumundakı çıxışına yönələcək. Əgər Beyli yumşaq mövqe sərgiləsə,

funt daha da güclənə bilər. Texniki olaraq cütlük 1.3643 və 1.3552 səviyyələrində dəstək,

1.3875 və 1.3983 səviyyələrində isə müqavimətlə qarşılaşır.

30 iyun

10:00 – Böyük Britaniyada ümumi daxili məhsul göstəricisi (illik) (1-ci rüb)

10:00 – Böyük Britaniyada ümumi daxili məhsul göstəricisi (rüblük) (1-ci rüb)

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3800, 1.3875, 1.3983

- Eniş hədəfləri: 1.3643, 1.3552, 1.3445

Neft

Yaxın Şərqdə atəşkəs razılaşmasının qüvvədə qalması və OPEC+ tərəfindən əlavə təkliflərin məhdudlaşdırılması

WTI və Brent markalı neft qiymətlərində sabitlik yaradıb. Hazırda İran və İsrail arasında risklər azaldığı üçün bazarlar

balanslı şəkildə hərəkət edir. Tramp administrasiyasının yumşaq ritorikası da risk mükafatını aşağı salır. Qiymətlər yalnız

yeni eskalasiya fonunda kəskin reaksiya verə bilər.


Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 76.50, 78.00

- Eniş hədəfləri: 73.00, 70.00

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 80.00, 82.00

- Eniş hədəfləri: 76.00, 74.00


Qızıl

Qızıl bu həftənin əvvəlində 3400 ABŞ dolları səviyyəsindən korreksiyaya başlayıb. ABŞ-da inflyasiyanın və əmək bazarının zəifləməsi

FED-dən faiz endirimi gözləntilərini gücləndirir ki, bu da qızıla tələbat yaradır. Əgər FED sədri Pauell sərt ritorikadan istifadə etməz

və NFP zəif açıqlanarsa, qızılın 3450–3500 ABŞ dolları zonalarını yenidən test etməsi mümkündür.

Əks halda isə 3285 ABŞ dolları və daha aşağı səviyyələr hədəf ola bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 3450, 3500

- Eniş hədəfləri: 3320, 3285, 3200

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndər

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close