Foreks bazarının həftəlik təqvimi və analitikası 30.01.2023 - 05.02.2023

Ötən həftə Kanada bankı faiz dərəcəsini yüksəldərək bankların faiz dərəcəsi istiqamətində rallini davam etdirdi.

Cari həftə maliyyə bazarlarının kifayət qədər dinamik olacağı gözlənilir. Əsas diqqətlər isə İngiltərə bankı, AMB,

FES-in faiz dərəcəsi ilə bağlı qərarlarına yönlənəcək.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

30 yanvar

13:00 – Almaniya - Ümumi Daxili Məhsul göstəricisi (4-cü rüb).

31 yanvar

12:55 – Almaniya - İşsizlik göstəricisi (yanvar);

17:00 – Almaniya - İstehlakçı Qiymət indeksi (yanvar).

01 fevral

12:55 – Almaniya - İstehsal sektorunda Biznes aktivliyi indeksi (yanvar);

14:00 – İstehlakçı Qiymət indeksi (yanvar);

17:45 – AMB-nın mətbuat konfransı.

02 fevral

17:15 – AMB-nın Uçot faiz dərəcəsi ilə bağlı açıqlama;

17:45 – AMB-nın mətbuat konfransı;

19:15 – AMB-nın sədri Laqardın çıxışı.

Avro ötən həftə 0.17% dəyər qazanaraq, artıq 3-cü həftədir ki, dollara nisbətdə yüksəlməyə davam edir.

Cari həftə AMB uçot faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək və gözləntilərə görə,

nəticə olaraq faiz dərəcəsi 50 baza vahidi qədər artırıla bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0930,1.1100

- Eniş hədəfləri: 1.0750, 1.0550

Böyük Britaniya

01 fevral

13:30 – İstehsal sektorunda Biznes aktivliyi indeksi (yanvar).

02 fevral

16:00 – İngiltərə bankınınUçot faiz dərəcəsi ilə bağlı açıqlama (yanvar);

16:00 – Pul-kredit siyasəti ilə bağlı komitə toplantısının protokolu;

18:15 – İngiltərə bankının sədri Beylinin çıxışı.

03 fevral

13:30 – Xidmət sektorunda Biznes aktivliyi indeksi (yanvar).

Funt ötən həftə 0.23% ucuzlaşaraq, dollara nisbətdə qismən dəyər itirib.

Buna baxmayaraq, funt 7 aylıq maksimum səviyyədə ticarət olunub.

İngiltərə bankı hazırda inflyasiya ilə mübarizədə müəyyən çətinliklərlə üzləşir.

Cari həftə bank uçot faiz dərəcəsi ilə bağlı qərar qəbul etməlidir və ehtimallara görə,

fazi dərəcəsi 50 baza vahidi qədər yüksəldilə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2560, 1.2800

- Eniş hədəfləri: 1.2160, 1.1850

ABŞ

31 yanvar

19:00 – İstehlakçı Güvən indeksi (yanvar).

01 fevral

17:15 – Qeyri - kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi – ADP (yanvar);

19:00 – İstehsal sektorunda Biznes aktivliyi indeksi (yanvar);

19:00 – JOLTS əmək bazarında yeni vakansiyaların sayı (dekabr);

19:30 – Xam neft ehtiyatları;

23:00 – FES-in Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması;

23:00 – FOMS-un açıqlqması;

23:30 – FOMS-un mətbuat konfransı.

02 fevral

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

03 fevral

17:30 – İşsizlik səviyyəsi (yanvar);

17:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (yanvar).

Cari həftə FES uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və gözləntilərə görə,

faiz dərəcəsi 25 baza vahidi qədər artırıla bilər.

Lakin əsas diqqətlər FES-in mart toplantısına yönləndirilib.

Belə ki, məhz mart toplantısında pul-kredit siyasəti ilə bağlı növbəti addımlar açıqlana bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 102.40, 103.00

- Eniş hədəfləri: 101.25, 100.70

Kanada

31 yanvar

17:30 – Ümumi Daxili Məhsul göstəricisi (noyabr).

Kanada dolları ötən həftəni yüksəlmə istiqamətində tamamladı.

Belə ki, Kanada bankının yanvar toplantısında gözlənildiyi kimi faiz dərəcəsi 25 baza vahidi qədər qaldırıldı.

Bu da öz növbəsində Kanada dollarını dəstəklədi.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3450, 1.3550

- Eniş hədəfləri: 1.3230, 1.3100

Avstraliya

31 yanvar

04:30 – Pərakəndə Satış Həcmi (dekabr).

Risklərə qarşı həssas olan Avstraliya dolları ötən həftə dollara nisbətdə əsaslı hərəkət sərgiləməyib.

Ötən həftə açıqlanan inflyasiya göstəriciləri göstərir ki, istehlakçı qiymətləri son 33 ildə ən sürətli templə yüksəlməkdədir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.7180, 0.7300

- Eniş hədəfləri: 0.6960, 0.6850

Yeni Zelandiya

01 fevral

01:45 – Məşğulluq göstəricisi (4-cü rüb).

Yeni Zelandiya dolları ötən həftə sonunu dollara nisbətdə 0.06% dəyər qazansa da,

bütün həftəni neytrallığını qoruyub saxlaya bilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6550, 0.6650

- Eniş hədəfləri: 0.6350, 0.6230

Qızıl

Qızıl ötən həftə artım tempini qismən qoruyub saxlaya bilib.

Qısa müddətli perspektivdə qızılın 2000$ səviyyəsinə doğru yüksəldiyi ehtimal olunur.

Cari ildə həm fiziki şəxslərin, həm də Mərkəzi bankların qızıla olan marağı yüksələn temp üzrə qalacağı gözlənilir.

Buna əsas səbəblər olaraq qlobal resessiya, inflyasiyanın nisbətən zəifləməsi, dolların qismən gücünü itirməsi,

eləcə də Çin və Hindistan tərəfindən yüksək tələbin bərpa olunması qeyd olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1960.00, 2000.00

- Eniş hədəfləri: 1890.00, 1840.00

Neft

Neft ilin əvvəlindən ucuzlaşsa da, son 10 gün ərzində artım istiqamətində hərəkətini bərpa edə bilib.

Hazırda neft 88$ qiymət sərhəddi üzərində ticarət olunur.

Hazırda neft ehtiyatlarının həcmi 18 ayın maksimum səviyyəsi hesab olunan 448.00 mln barelə yaxınlaşıb.

Gözləntilərə görə, mövcud geosiyasi proseslər və COVİD19 fonunda neftə olan tələbat azalmayacaq və

bu artım tempi 2030-cu ilədək davam edə bilər.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 90.00, 95.00

- Eniş hədəfləri: 83.00, 79.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 83.00, 89.00

- Eniş hədəfləri: 77.00, 72.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close