Foreks bazarının həftəlik təqvimi və analitikası 29.07.2024 - 04.08.2024

UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Bu həftə bazarlar üçün intensiv keçəcək: ABŞ Federal Ehtiyat Sistemi
(FED), İngiltərə Bankı və Yaponiya Bankı monetar siyasət iclasları
keçirəcəklər. Həmçinin, cümə günü dərc olunacaq ABŞ-da məşğulluq
haqqında hesabat və texnologiya sektorundakı şirkətlərin maliyyə
hesabatları da diqqət mərkəzində olacaq. Bu həftə maliyyə bazarlarında
baş verəcək hadisələrin qısa icmalını təqdim edirik.


ABŞ



Hal-hazırda bazarda 88% ehtimalla sentyabr ayında faiz dərəcəsinin
endirilməsi qiymətləndirilir. Buna səbəb inflyasiyanın azalması
və işsizlik səviyyəsinin artmasıdır. Çərşənbə günü İyul ayının son
iclasını yekunlaşdıracaq FED, faiz dərəcəsini endirmədən əvvəl,
inflyasiyanın 2% hədəf səviyyəsinə davamlı bir şəkildə yaxınlaşdığına
əmin olmaq istəyir. Keçən Cümə günündə inflyasiya ilə bağlı yayımlanan
məlumatlar, ABŞ Mərkəzi Bankının bu həftə dərc ediləcək faiz dərəcələrinin
Sentyabr ayında endirilməsi üçün zəmin hazırlayacağına dair gözləntiləri artırdı.
FED 2022-ci ildən bəri faiz dərəcəsini 525 baza bəndi artırıb.
Həmçinin FED ötən ilin İyul ayından bəri overnight baza faiz
dərəcəsini 5,25%-5,50% intervalında saxlayır.

30 iyul
18:00 – "CB" istehlakçı inamı
18:00 – Boş iş yerləri hesabatı (JOLTS)
31 iyul
16:15 – ADP qeyri-kənd təsərrüfatı sektoru üzrə məşğulluğun dəyişməsi
18:30 – Xam neft ehtiyatları
22:00 – Açıq Bazar Komitəsinin bəyanatı
22:30 – Faiz qərarı
22:30 – Açıq Bazar Komitəsinin mətbuat konfransı

1 avqust
16:30 – İşsizlik üçün ilk müraciətlərin sayı
17:45 – İstehsal Sektoru üzrə Biznes Aktivlik İndeksi (PMI)
18:00 – ISM İstehsal Sektoru üzrə Biznes Aktivlik İndeksi (PMI)

2 avqust
16:30 – orta saatlıq əmək haqqı (aylıq)
16:30 – qeyri-kənd təsərrüfatı sektoru üzrə məşğulluğun dəyişməsi
16:30 – İşsizlik səviyyəsi (İyul)


Avrozona



EUR/USD cütlüyündə cümə axşamı və cümə günləri kiçik artımlar
qeyd olunsada, həftəni itkilərlə başa vurdu. Cütlük Avropa
sessiyasının başlanğıcında təxminən 1.0850 səviyyəsində
sabit qalır. Avropa iqtisadi təqviminə görə, çərşənbə axşamı
Almaniya və Avrozona üçün ikinci rüb Ümumi Daxili Məhsul (ÜDM)
məlumatları və İyul ayı üçün Almaniya inflyasiya məlumatları təqdim olunacaq.

30 iyul
12:00 – Almaniyada ÜDM-də dəyişiklik (Rüblük)
16:00 – İstehlak qiymətləri (Aylıq) - Almaniya

31 iyul
13:00 – İstehlak Qiymətləri İndeksi (illik)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1,0899, 1,0940, 1,0977
- Eniş hədəfləri: 1,0821, 1,0784, 1,0743

Böyük Britaniya



GBP/USD cütlüyü keçən həftə təxminən 0.4%
dəyər itirdi və ardıcıl ikinci həftəni mənfi zonada
başa vurdu. Cütlük bazar ertəsi günü 1.2850 səviyyəsinin
üzərində konsolidasiya mərhələsində qalır. Cümə axşamı
günü İngiltərə Bankı (BoE) faiz dərəcəsi qərarlarını açıqlayacaq.
1 avqust
15:00 – Faiz qərarı

Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1,2927, 1,2982, 1,3021
- Eniş hədəfləri: 1,2833, 1,2794, 1,2740

Neft



Son üç həftədir qiyməti düşən “Brent” markalı neft keçən
həftəyə 83.30$ səviyyəsində başlamasına baxmayaraq,
azalmağa davam etdi və həftəni 80.70$-da tamamladı.
Bununla belə, Livanın İsrailə raket zərbələri endirməsindən
sonra Yaxın Şərqdə münaqişənin daha da genişlənəcəyi narahatlıqları
fonunda neftin qiyməti cari həftəyə yüksəlişlə başladı.

Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 79,88, 82,61, 84,53
- Eniş hədəfləri: 75,23, 73,31, 70,58

Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 82,87, 84,61, 86,00
- Eniş hədəfləri: 79,74, 78,35, 76,61

Qızıl



Qızılın qiyməti cümə günü bir qədər artdı və həftəlik
itkilərinin bir hissəsini bərpa etdi. Həftənin əvvəlində
XAU/USD Asiya ticarət saatlarında $2,400 səviyyəsini
keçsə də, Avropa səhərində həmin səviyyədən aşağı düşdü.
Hazırda qızılın qiyməti təxminən $2,390 səviyyəsində
azca artmış vəziyyətdədir.

Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2.425,36 , 2.469,73, 2.506,46
- Eniş hədəfləri: 2.344,26, 2.307,53, 2.263,16

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close