Foreks bazarının həftəlik təqvimi və analitikası 29.05.23 - 04.06.23

Ötən həftə Yeni Zelandiya Ehtiyat Bankı faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdiyi halda,

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini olduğu kimi saxladı.

Lakin seçki öncəsi türk lirəsi dollara nisbətdə ucuzlaşaraq artıq 20 TRY səviyyəsində ticarət olunub.

Cari həftə ABŞ əmək bazarı göstəriciləri diqqət mərkəzində olacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

31 mart

11:55 – Almaniya – İşsizlik Göstəricisi (may)

16:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (may)

01 iyun

11:55 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (may)

13:00 – İstehlakçı Qiymət İndeksi (may)

15:30 – AMB-nın Pul-kredit siyasəti ilə bağlı toplantı protokolunun dərci

Bazar proqnozlarına görə, EUR/USD cütlüyündə yaxın gələcəkdə artım müşahidə oluna bilər.

Belə ki, AMB-nın pul-kredit siyasəti ilə bağlı qərarları sərt ola bilər,

yəni bank faiz dərəcəsi artımını davam etdirə bilər.

Lakin uzun müddətli perspektivlərdə cütlüyün daha çox enişə meyilli olması ehtimal olunur və

enişə keçid cari ilin sonunda gözlənilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0830, 1.0920

- Eniş hədəfləri: 1.0650, 1.0560

Böyük Britaniya

01 iyun

12:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (may)

Funt ötən həftə enişə doğru meyilli olsa da,

cümə günü həftənin minimum sərhəddindən geriyə doğru addım ata bilib.

Belə ki, Pərakəndə Satış Göstəriciləri aprel ayı üzrə müsbət nəticə ilə açıqlanıb ki,

bu da funtu dəstəkləyib. Bu göstərici İngiltərə Bankının

22 iyun tarixində keçirəcəyi toplantıda faiz artımı üçün əsas hesab oluna bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2430, 1.2540

- Eniş hədəfləri: 1.2270, 1.2080

ABŞ

30 may

18:00 – İstehlakçı Güvən İndeksi (may)

31 may

18:00 – JOLTS əmək bazarında yeni vakansiyaların sayı (aprel)

01 iyun

16:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi -ADP (may)

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

18:00 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (may)

19:00 – Xam neft ehtiyatları

02 iyun

16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (may)

16:30 – İşsizlik Göstəricisi (may)

Ötən həftə ABŞ-ın iqtisadi təhlil bürosunun açıqlamasına görə,

inflyasiyanın əsas göstəricisi sayılan İstehlak Xərcləri Qiymət İndeksi gözləntinin (4.6%) üzrərində (4.7%) açıqlandı.

İstehlakçıların şəxsi gəlirləri aprel ayı ərzində 0.4% artıb,

şəxsi xərclər isə 0.8% yüksəlib.

Nəticədə dollar indeksi həftəni 104 sərhəddi üzərində tamamlayıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 104.70, 105.40

- Eniş hədəfləri: 103.70, 103.00

Kanada

31 may

16:30 – ÜDM Göstəricisi (mart)

Bazar proqnozlarına görə, USD/CAD cütlüyü ilin sonuna qədər 1.30 sərhəddi altında ticarət oluna bilər.

Belə ki, neft bazarında qeyri müəyyənlik və risklərin qeyri-stabilliyi Kanada Dollarını təzyiq altında saxlayır.

Lakin ABŞ dollarının cari ilin 2-ci yarısında zəifləyəcəyi gözləntiləri cütlüyü enişə sövq edə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3700, 1.3800

- Eniş hədəfləri: 1.3550, 1.3470

Avstraliya

01 iyun

05:30 – Pərakəndə Satış Həcmmi

Avstraliya Dolları ötən həftə 4 gün ard-arda dəyər itirərək digər valyutalarla müqayisədə həftənin ən zəif nəticələrini sərgiləyib.

Hazırda AUD/USD cütlüyü kritik səviyyə sayılan 0.6500 sərhəddində ticarət olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6560, 0.6640

- Eniş hədəfləri: 0.6480, 0.6350

Qızıl

Ötən həftə sonu qızıl 2 aylıq minimum səviyyəsinədək eniş edərək 1950$ -1980$ sərhədləri arası ticarət olunurdu.

Hazırda investorların diqqət mərkəzində ABŞ borc limitinin yüksəldilməsi mövzusunda aparılan müzakirələr durur.

Bu səbəbdən hazırda dollara maraq yüksəkdir.

Lakin müzakirələr nəticəsiz olarsa və defolt təhlükəsi güclənərsə, qızıl yenidən 2000$ sərhəddinə geri qayıda bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1985.00, 2010.00

- Eniş hədəfləri: 1930.00, 1890.00

Neft

Ötən həftə neftin qiymətində artım müşahidə olunub.

Belə ki, artımı dəstəkləyən göstəricilər kimi bazar iştirakçılarının

OPEK+ üzv ölkələrin 4 iyun tarixində keçiriləcək növbəti toplantılarında yenidən hasilat həcminin azaldılması qərarının qəbul edilməsi,

eyni zamanda ABŞ xam neft və yanacaq ehtiyatlarının kəskin azalması qeyd olunur.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 79.00, 83.00

- Eniş hədəfləri: 75.00, 71.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 75.00, 79.00

- Eniş hədəfləri: 70.00, 66.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close