Foreks bazarının həftəlik təqvimi və analitikası 27.02.2023 - 05.03.2023

Ötən həftə Türkiyə Mərkəzi bankı faiz dərəcəsini 50 baza vahidi qədər azaldaraq 8.5%-ə çatdırdı.

Lakin bu qərar zəlzələdən sonra lirəyə əsaslı təsir göstərmədi.

Belə ki, Türkiyə höküməti və Mərkəzi bank valyutanın sürətli ucuzlaşmasının qarşısını ala bilib.

Cari həftə maliyyə bazarlarında önəmli göstəricilərin açıqlanması əsasında dinamik hərəkətlilik gözlənilir.

UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

01 mart

12:55 – Almaniya – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (fevral);

12:55 – Almaniya – İşsizlik göstəricisi;

17:00 – Almaniya – İstehlakçı Qiymət indeksi (fevral).

02 mart

14:00 – İstehlakçı Qiymət indeksi (fevral);

16:30 – AMB-nın pul-kredit siyasəti ilə bağlı toplantı protokolu.

Ötən həftə avro dolların güclənməsi fonunda qismən dəyər itirib.

Qeyd edək ki, ötən ilin sentyabrında müşahidə olunan minimum səviyyə ilə müqaisədə avro cari ildə 11% dəyər qazanıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0730, 1.0930

- Eniş hədəfləri: 1.0420, 1.0220

Britaniya

01 mart

13:30 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (fevral);

14:00 – İngiltərə bankının sədri Beylinin çıxışı.

03 mart

13:30 – Xidmət sektorunda Biznes Aktivliyi indeksi (fevral).

Funt ötən həftə dollara nisbətdə qismən dəyər itirib.

Digər tərəfdən, İngiltərədə biznes aktivliyinin yüksəlməsi Mərkəzi bankın növbəti faiz artımlarına ehtimalı gücləndirir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2150, 1.2330

- Eniş hədəfləri: 1.1840, 1.1670

ABŞ

28 fevral

19:00 – İstehlakçı güvən indeksi (fevral).

01 mart

19:00 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi (fevral);

19:30 – Xam neft ehtiyatları.

02 mart

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Dollarindeksi artıq 4-cü həftədir ki, bahalaşmağa davam edir.

Cari ay ərzində dollar indeksi 2.5% dəyər qazanıb.

Proqnozlara görə, FES cari ilin iyul ayına qədər faiz dərəcəsini 5.35% çatdırmağı və cari ilin sonunadək 5% üzərində saxlamağı planlaşdırır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 105.70, 106.70

- Eniş hədəfləri: 104.40, 103.70

Kanada

28 fevral

17:30 – Ümumi Daxili Məhsul göstəricisi (dekabr).

Kanada Dolları ötən həftə ABŞ dollarına nisbətdə geriləyib.

Belə ki, dünya bazarında neftin qiymətində müşahidə olunan qeyri-stabillik və eləcə də, dollar indeksinin ardıcıl olaraq bir neçə həftə dəyər qazanması Kanada Dollarını təzyiq altında saxlayır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3700, 1.3800

- Eniş hədəfləri: 1.3480, 1.3380

Avstraliya

28 fevral

04:30 – Pərakəndə Satış Həcmi (yanvar).

01 mart

04:30 – Ümumi Daxili Məhsul göstəricisi (4-cü rüb).

AvstraliyaDollarıötən həftə dollara nisbətdə dəyər itirsə də, biznesdə sərmayələrin yüksəlməsi və idxal həcminin azalması Avstraliya Dollarının dəyərində stabillik yaradıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6850, 0.6950

- Eniş hədəfləri: 0.6650, 0.6550

Qızıl

İsveçrə gömrük xidmətinin açıqladığı məlumata görə, cari ilin yanvar ayı ərzində 58 t qızıl Türkiyəyə, 50 t isə Asiya regionu ölkələrinə göndərilib. İsveçrəyə daxil olan qızılın həcmi 4 ayın maksimum səviyyəsinə çatıb.

Belə ki, ölkəyə əsas tədarükçülər sayılan BƏƏ-dən 40 t, ABŞ-dan 40 t, Özbəkistandan 30 t qızıl ixrac olunub.

Dünya Qızıl Birliyinin məlumatına görə, cari ildə Hindistanın qızıla olan tələbi 800 t-na çata bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1850.00, 1890.00

- Eniş hədəfləri: 1780.00, 1730.00

Neft

Ötən həftənin cümə günü neftin qiymətində yüksəliş müşahidə olunub.

Belə ki, Brent markalı neft 0.73%, WTI markalı neft isə 0.69% bahalaşıb.

Hazırda dünya bazarında Çin tərəfindən neftə olan tələbat artmaqda davam edir.

Digər tərəfdən, Rusiya mart ayında sutkalıq hasilat həcmini 0.5 mln barel azaltmağı planlaşdırır.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 87.00, 90.00

- Eniş hədəfləri: 80.00, 77.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 80.00, 83.00

- Eniş hədəfləri: 74.00, 71.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close