Foreks bazarının həftəlik təqvimi və analitikası 26.12.2022 - 01.01.2023

Ötən həftə maliyyə bazarlarının cari il üçün son dinamik həftəsi hesab olundu.

Çünki ötən həftə həm hesabat, həm də maliyyə qurumlarının cari il üçün son qərarları qəbul olunan həftəsi oldu.

Cari həftə bayram həftəsi olduğu üçün bir sıra ölkələrdə qeyri iş günləri əlaqədar olaraq maliyyə bazarlarında zəif volatillik

və erkən bağlanmalar müşahidə olunacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

26 dekabr

Almaniya“Baksinq Günü” (Bayram);

Böyük Britaniya “Baksinq Günü” (Bayram);

İsveçrə– Müqəddəs Stefan günü (Bayram);

ABŞ– Milad bayramı;

Kanada– Milad bayramı;

Avstraliya “Baksinq Günü” (Bayram);

Yeni Zelandiya“Baksinq Günü” (Bayram).

27 dekabr

Böyük BritaniyaMilad bayramı;

Kanada– “Baksinq Günü” (Bayram);

Avstraliya Milad bayramı;

Yeni ZelandiyaMilad bayramı.

30 dekabr

Böyük Britaniya Yeni il;

Avstraliya Yeni il;

Yeni ZelandiyaYeni il.

ABŞ

29 dekabr

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

20:00 – Xam neft ehtiyatları.

Ötən həftə ərzində dollar indeksi ümumilikdə eniş sərgiləsə də, həftə sonuna doğru enişin bir hissəsini geri qaytara bilmişdir.

Ötən həftə ABŞ senatı 2023-cü il üçün 1.7 trln. dollarlıq büdcə layihəsini təsdiq etdi.

Bu layihə növbəti mərhələdə təsdiq üçün Konqreslər Palatasına və imzalanması üçün prezidentə təqdim olunacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 104.40, 105.20

- Eniş hədəfləri: 103.40, 103.00

Qızıl

Dünya Qızıl Birliyinin təqdim etdiyi məlumata görə, 2022-ci il ərzində qızıl bazarında xüsusi neqativ dəyişiklik müşahidə olunmayıb.

Belə ki, qızıla yüksək tələbin müşahidə olunduğu seqmentlər olaraq zərgərlik məmulatları,

qızıl külçə və sikkələr, eləcə də Mərkəzi Bankların qızıl ehtiyatlarını qeyd etmək olar.

Qızıla nisbətən zəif marağın müşahidə olunduğu bazar seqmentləri kimi ETF fond səhmləri və fyuçers bazarı göstərilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1835.00, 1870.00

- Eniş hədəfləri: 1770.00, 1735.00

Neft

Neft bazarında ötən həftə ərzində davamlı artım müşahidə olunub.

Belə ki, neftin bahalaşmasını dəstəkləyən əsas səbəb kimi ABŞ-da xam neft ehtiyatlarının gözlənildiyindən daha çox azalması göstərilir.

Eyni zamanda, mazut və aviayanacaq ehtiyatlarında da azalma qeyd olunub.

Ehtiyatların azalması isə ABŞ-da soyuq hava şəraitinin hökm sürməsi nəticəsində yanacaq məhsullarına tələbin yüksəlməsinə gətirib çıxarıb.

Ehtimal olunur ki, COVİD sonrası uçuşların artması da aviayanacağa tələbi yüksəldə bilər.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 86.00, 89.00

- Eniş hədəfləri: 81.00, 78.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 82.00, 85.00

- Eniş hədəfləri: 77.00, 74.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close