Foreks bazarının həftəlik təqvimi və analitikası 24.04.2023- 30.04.2023

Ötən həftə bir sıra ölkələrdə inflyasiya bağlı göstəricilər açıqlandı və

bu göstəricilər inflyasiyanın geriləməsi istiqamətində heç də ürəkaçıcı nəticələr sərgiləmədi.

Cari həftə investorlar üçün Yaponiya, Rusiya və Türkiyə Mərkəzi banklarının faiz dərəcəsilə bağlı açıqlamalar maraqlı olacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

24 aprel

12:00 – Almaniya – Biznes əhval-ruhiyyə İndeksi İFO (aprel).

28 aprel

11:55 – Almaniya – İşsizlik Göstəricisi (aprel);

12:00 – Almaniya – Ümumi Daxili Məhsul Göstəricisi (1-ci rüb);

16:00 – Almaniya – İstehlakçı Qiymət İndeksi (aprel).

Avropa iqtisadiyyatı zəif templə yüksəlməyə davam edir.

Aprel ayında bu tempi dəstəkləyən əsas göstərici, xidmət sektorunda aktivliyin artması olub.

Digər tərəfdən, bank sektorunda yaşanan gərginlik fonunda biznes perspektivliyi öz dayanıqlığını qoruyub saxlaya bilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1100, 1.1270

- Eniş hədəfləri: 1.0800, 1.0650

ABŞ

25 aprel

18:00 – İstehlakçı Güvən İndeksi (aprel).

26 aprel

18:30 – Xam neft ehtiyatları.

27 aprel

16:30 – Ümumi Daxili Məhsul Göstəricisi (1-ci rüb);

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Dollar indeksində ötən həftə 5 həftəlik enişdən sonra fasilə yaranıb və 0.3% dəyər qazanıb.

Ümumilikdə, dollar avstraliya, yeni zelandiya və kanada dollarına qarşı bahalaşsa da, avro qarşısında mövqeyi dəyişməz qalıb.

Cümə günü dolların bahalaşmasına təkan verən əsas göstərici isə ABŞ dövlət istiqrazlarının 4.20%-dək yüksəlməsi olub.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 102.00, 103.00

- Eniş hədəfləri: 101.10, 100.50

Kanada

28 aprel

16:30 – Ümumi Daxili Məhsul Göstəricisi (fevral).

Ötən həftə USD/CAD cütlüyü dayanıqlı artım sərgilədi.

Kanada Dollarının ucuzlaşmasına təsir edən əsas göstərici Pərakəndə Satış Həcminin zəifləməsi oldu.

Bu da öz növbəsində, Kanada iqtisadiyyatının ləng artım sürətinə işarədir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3620, 1.3750

- Eniş hədəfləri: 1.3400, 1.3250

Avstraliya

26 Aprel

05:30 - İstehlakçı Qiymət İndeksi (1-ci rüb).

Avstraliya Dolları ötən həftə ABŞ dollarına nisbətdə geriləyib. Lakin ümumilikdə öz dayanıqlılığını qoruya bilib.

Belə ki, Avstraliyada mart ayı üzrə inflyasiya göstəriciləri açıqlanıb və bu göstəricilər

2022-ci ilin iyun ayından ən yüksək nəticə hesab olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6800, 0.6950

- Eniş hədəfləri: 0.6600, 0.6420

Yaponiya

28 aprel

07:00 – Yaponiya bankının pul-kredit siyasəti ilə bağlı hesabatı;

07:00 - Yaponiya Bankının iqtisadiyyatın imkanları haqda hesabatı;

09:00 - Yaponiya Bankının mətbuat konfransı.

Cari həftə Yaponiya bankı pul-kredit siyasəti ilə bağlı toplantı keçirəcək və ehtimallara görə,

bank faiz dərəcəsi ilə bağlı öncədən təyin olunan məqsədə dəyişiklik etmədən “yumşaq” siyasətini qoruyub saxlayacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 135.60, 138.00

- Eniş hədəfləri: 132.00, 130.50

Türkiyə

27 aprel

15:00 – Overnight üzrə faiz dərəcəsi (aprel);

15:00 – Həftəlik REPO faiz dərəcəsi (aprel).

Türkiyə höküməti tərəfindən xarici valyutalar üzrə əməliyyatların icrasına limitlərin tətbiqi alıcıları,

xüsusilə də iri şirkətləri “qara bazar”a müraciət etməyə məcbur edir.

Bildiyimiz kimi, bu növ bazarlarda nəzarət sistemi yoxdur və

ABŞ dollarının məzənnəsi Mərkəzi Bank tərəfindən təyin olunan sərhəddən 5% yüksəkdir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 19.5000, 19.8000

- Eniş hədəfləri: 19.2000, 19.0000

Rusiya

28 aprel

13:30 – Rusiya bankının Uçot faiz dərəcəsi ilə bağlı açıqlaması (aprel).

Rus rublu ötən həftənin sonlarına doğru dollara nisbətdə dəyər qazanıb.

Rublun bahalaşmasını ticarət aktivliyini dəstəkləyən əsas səbəb isə

ixracatla məşğul olan şirkətlərin dövlət büdcəsinə ödəyəcəkləri yerli vergilərin həcmi ilə bağlıdır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 83.5000, 85.0000

- Eniş hədəfləri: 79.5000, 77.5000

Qızıl

Qızıl hazırda tarixi maksimum səviyyəyə yaxın sərhədlərdə ticarət olunur.

13 aprel tarixində qızıl ilk dəfə 2022-ci ilin mart ayından indiyədək 2063$ səviyyəsinə qədər yüksələ bilib.

Və beləliklə də, qızıl 2020-ci ilin avqust tarixi maksimumu sayılan 2075$ sərhəddinə yaxınlaşır.

Qızılın bahalaşmasını dəstəkləyən əsas səbəblər kimi FES-in siyasəti və dolların ucuzlaşması,

mərkəzi bankların qızıl ehtiyatlarını sürətlə artırması, investisiya fondlarının qızıl pay həcmlərini çoxaltması göstərilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2030.00, 2070.00

- Eniş hədəfləri: 1940.00, 1890.00

Neft

Ötən həftə neft dəyər itirərək dəstək səviyyəsi sayılan 80$-a yaxınlaşıb.

Neftin qiymətində təqribən 8% ucuzlaşma müşahidə olunub və eniş meyilliliyi hələ də qorunub saxlamaqdadır.

Hazırda neft dəyəri təzyiq altındadır. Belə ki, bazar iştirakçıları mərkəzi bankların sərt pul-kredit siyasəti fonunda

dünya iqtisadiyyatının hazırki vəziyyətinə görə narahatdırlar.

Digər tərəfdən, Çinin cari ilin 1-ci rübü üzrə sənaye istehsal həcmi və

ÜDM göstəricilərinin müsbət nəticələri neftə olan yüksələn tələbatı dəstəkləyir.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 84.00, 89.00

- Eniş hədəfləri: 77.50, 72.50

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 81.00, 85.00

- Eniş hədəfləri: 73.00, 69.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close