Foreks bazarının həftəlik təqvimi və analitikası 22.05.23 - 28.05.23

Ötən həftə Mərkəzi Bank sədrlərinin çıxışları əsasında bazarda qeyri-stabil dinamika müşahidə olundu.

Cari həftə bazarın hərəkət dinamikasında eyni temp müşahidə oluna bilər.

Belə ki, bir sıra ölkələr inflyasiya ilə bağlı göstəricilərini açıqlayacaq.

Eyni zamanda, Yeni Zelandiyadan faiz dərəcəsi ilə bağlı açıqlama gözlənilir.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

23 may

11:30 – Almaniya - İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (may).

24 may

12:00 – Almaniya – Biznes əhval-ruhiyyəsi İndeksi (may).

25 may

10:00 – Almaniya – ÜDM Göstəricisi (1-ci rüb).

Ötən həftə AMB-nın sədri Laqard çıxışında bildirib ki,

Mərkəzi Bank inflyasiyanın tələb olunan 2% enməsi istiqamətində gərəkli bütün addımları atmağa hazırdır.

Yaxın gələcəkdə bank daha loyal addımlara keçid edəcək.

Qeyd edək ki, AMB faiz dərəcəsi artımına cari period üçün son qoyulması qərarı alıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0900, 1.1050

- Eniş hədəfləri: 1.0700, 1.0500

Böyük Britaniya

23 may

12:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (may);

12:30 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (may).

24 may

10:00 – İstehlakçı Qiymət İndeksi (aprel);

13:30 – İngiltərə bankının sədri Beylinin çıxışı.

26 may

10:00 – Pərakəndə Satış Həcmi (aprel).

Cari həftə İngiltərədə aprel ayı üzrə inflyasiya göstəriciləri açıqlanacaq.

Gözləntilərə görə, inflyasiya göstəricilərinin artımında ləngimə müşahidə oluna bilər.

Buna səbəb olaraq enerji daşıyıcılarının dünya bazarında qiymətinin kəskin ucuzlaşması göstərilir.

Bu da öz növbəsində funtun qiymətində enişə təkan verə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2550, 1.2700

- Eniş hədəfləri: 1.2300, 1.2100

ABŞ

23 may

17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (may).

24 may

18:30 – Xam neft ehtiyatları;

22:00 – FOMS protokolunun dərci.

25 may

16:30 - ÜDM Göstəricisi (1-ci rüb);

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

FES rəhbəri Pauel ötən həftə çıxışında bildirib ki,

bank sektorunda baş verən gərginlik kredit standartlarını sərtləşdirməyə gətirib çıxarıb.

Bu da öz növbəsində faiz dərəcəsi artımı tələbini zəiflədib.

Pauelin çıxışı zamanı dollar dəyər itirib.

Belə ki, bazar iştirakçıları üçün FOMS-un ilin sonunadək faiz artımına fasilə verəcəyi ehtimalı güclənib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 103.80, 104.20

- Eniş hədəfləri: 102.60, 102.00

Avstraliya

26 may

05:30 – Pərakəndə Satış Həcmi (aprel).

Ötən həftə Avstraliya statistika bürosunun açıqlamasına görə,

ölkənin məşğulluq göstəricisində kəskin azalma müşahidə olunub.

Belə ki, ölkədə işsizlik səviyyəsi 3.5%-dən 3.7% ə qədər yüksəlib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6700, 0.6800

- Eniş hədəfləri: 0.6550, 0.6400

YeniZelandiya

24 may

06:00 – Uçot faiz dərəcəsi ilə bağlı qərar;

06:00 – Yeni Zelandiya Ehtiyat Bankının açıqlaması;

07:00 – YZEB-nın mətbuat konfransı.

Cari həftə YZEB uçot fazi dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Ehtimallara görə, bank cari ildə son dəfə faiz dərəcəsini 25 baza vahidi qədər artıra bilər.

İnflyasiyanın tələb olunan 1-3% sərhəddinə qayıtması 2024-cü ilin 2-ci yarısına qədər gözlənilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6400, 0.6530

- Eniş hədəfləri: 0.6170, 0.6080

Türkiyə

25 may

15:00 – Overnight üzrə faiz dərəcəsi (may);

15:00 – Həftəlik REPO faiz dərəcəsi (may).

Seçki öncəsi Türkiyə Mərkəzi Bankının xarici valyutya ehtiyatı təqribən 4.45 mld dollar azalıb.

Mart ayından etibarən Mərkəzi Bankın qızıl ehtiyatları 9 mld azalaraq 44.3 mld-a çatıb.

Buna əsas səbəb, idxala tətbiq olunan məhdudiyyətlər səbəbilə ölkədaxili tələbatı ödəmək məqsədilə

Mərkəzi Bankın öz ehtiyatlarının bir qismini satışa çıxarmasıdır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 19.9000, 21.1000

- Eniş hədəfləri: 19.4000, 19.1000

Qızıl

Qızıl cari ilin əvvəlində 8.2% dəyər qazanıb.

Proqnozlara görə, qızıl ilin sonunadək yenidən tarixi maksimumları test edə bilər.

Buna əsas kimi 3 səbəb göstərilir: 1-Mərkəzi banklar cari ilin sonunadək 700 ton qızıl almaq niyyətindədirlər.

2-Dolların zəifləməsi qızılın dəyər qazanmasını dəstəkləyə bilər.

3-ABŞ iqtisadiyyatında ləngimə daha stabil yatırım alətinə tələb yarada bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2000.00, 2030.00

- Eniş hədəfləri: 1950.00, 1920.00

Neft

Bren və WTI markalı neftlərin iyul fyuçersləri ötən həftə nəticəsində müvafiq olaraq 4.2% və 4.6% bahalaşıb ki,

bu da aprel ayından indiyədək 4 həftə sonra ilk artım həftəsidir.

Qiymətlərin yüksəlməsinə əsas səbəb isə qara qızıla həddindən artıq tələbin yaranması oldu.

Qeyd edək ki, cari ilin əvvəlindən neft Çin iqtisadiyyatının qeyri-stabilliyi və ləng artımı səbəbilə 10% ucuzlaşıb.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 79.00, 83.00

- Eniş hədəfləri: 71.00, 68.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 75.00, 79.00

- Eniş hədəfləri: 68.00, 64.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close