{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}Ötən həftə Türkiyə mərkəzi bankı uçot faiz dərəcəsini növbəti dəfə 50 baza vahidi qədər aşağı endirdi.
Cari həftə AMB, Yaponiya, Kanada və Rusiya uçot faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
24 oktyabr
11:30 – Almaniya - İstehsal sektorunda Biznes Aktivliyi indeksi (oktyabr).
25 oktyabr
12:00 – Almaniya – Biznes əhval-ruhiyyəsi indeksi İFO (oktyabr).
27 oktyabr
16:15 – AMB-nın uçot faiz dərəcəsi ilə bağlı qərarı;
16:45 – AMB-nın mətbuat konfransı;
18:15 – AMB -nın sədri Laqardın çıxışı.
28 oktyabr
12:00 – Almaniya – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb);
12:00 – Almaniya – İstehlakçı Qiymət indeksi (oktyabr).
Almaniya parlamenti 200 mld avro həcmində yardım paketi haqqında qərar qəbul etməyə hazırlaşır.
Belə ki, bu yardım paketi enerji böhranının qarşısını almaq üçün təcili atılan addımdır.
Bu xəbər Almaniya xəzinə istiqrazlarının 2011-ci ildən ən yüksək qiymət səviyyəsinədək bahalaşmasına təkan verib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0060, 1.0300
- Eniş hədəfləri: 0.9600, 0.9350
24 oktyabr
12:30 – İstehsal sektorunda Biznes Aktivliyi indeksi;
12:30 – Xidmət sektorunda Biznes Aktivliyi indeksi.
Funt ötən həftə Baş nazir Liz Trasın istefasında sonra nisbətən artım istiqamətində dəstəkləndi.
Yeni rəhbərliyin seçimi prosesi cari həftə tamamlanacaq.
İngiltərə bankının hökümətin vergi və xərclərlə bağlı qərarlarına necə reaksiya verəcəyi bəlli deyil.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1700, 1.1950
- Eniş hədəfləri: 1.0900, 1.0500
26 oktyabr
18:30 – Xam neft ehtiyatları.
27 oktyabr
16:30 – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb);
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
Ötən həftə ABŞ dolları FES -in bəzi məsul şəxslərinin açıqlamaları əsasında geriləyib.
Belə ki, açıqlamalarda bildirilir ki, FES uçot faiz dərəcəsi ilə bağlı sərt qərarlarını qismən yumşalmalıdır.
Gözləntilərə görə, noyabr toplantısında FES faiz dərəcəsini 75 baza vahidi qədər artırmağa niyyətli olsa da,
dekabr toplantısında qismən yumşalmaya keçid edə bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 113.50, 115.00
- Eniş hədəfləri: 111.00, 110.50
26 oktyabr
18:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama;
18:00 – Kanada bankının Pul-kredit siyasəti ilə bağlı hesabatı;
19:00 – Kanada bankının mətbuat konfransı.
28 oktyabr
16:30 – Ümumi Daxili Məhsul göstəricisi (avqust);
Kanada dolları ötən həftəni yüksəliş istiqamətində tamamlayıb.
Belə ki, cari həftə Kanada bankının faiz dərəcəsi ilə bağlı qərarı kanada dollarının bahalaşmasını dəstəkləyir.
Ehtimallara görə, cari həftə bank faiz dərəcəsini 75 baza vahidi qədər yüksəldəcək.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3850, 1.4000
- Eniş hədəfləri: 1.3500, 1.3250
26 oktyabr
04:30 – İstehlakçı Qiymət indeksi (3-cü rüb).
Avstraliyanın cənub şərqində baş verən daşqınlar ölkə iqtisadiyyatına mənfi təsir göstərir.
Ehtimal olunur ki, ÜDM göstəricisinin cari ilin 4-cü rübündə aşağı düşməsinə,
inflyasiyanın isə 0.1% yüksəlməsinə səbəb ola bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6540, 0.6650
- Eniş hədəfləri: 0.6200, 0.5980
Yaponiya
28 oktyabr
07:00 – Yaponiya bankının iqtisadi gözlənti ilə bağlı hesabatı;
07:00 – Yaponiya bankının pul-kredit siyasəti ilə bağlı açıqlaması;
07:30 – Yaponiya bankının mətbuat konfransı.
Yaponiyada İstehlakçı qiymətləri hələ də yüksək olaraq qalmaqdadır.
Belə ki, göstərici sentyabr ayında 3% üzərində qeydə alınıb ki, bu göstərici sonuncu dəfə 2014-cü ildə qeydə alınıb.
Cari həftə Yaponiya bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 150.00, 152.50
- Eniş hədəfləri: 146.00, 142.50
Rusiya
28 oktyabr
14:30 – Rusiya bankının uçot faiz dərəcəsi ilə bağlı açıqlaması.
Rus rublu ötən həftə artım sərgiləyib. Buna səbəb əsasən ay sonu vergi ödənişləri əsasında olub.
Belə ki, ixracat təyinatlı şirkətlərin əldə etdikləri gəlirlərdən dövlət büdcəsinə ödənilən vergilər rus rublunu dəstəkləyib.
Cari həftə Rusiya bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 65.00, 68.50
- Eniş hədəfləri: 56.00, 53.00
Qızıl ötən həftə qismən enişdə fasilə yaratsa da, hələ də təzyiq altındadır.
Belə ki, FES-in aqressiv siyasəti qızılın dəyər itirməsinə səbəb olur.
Digər tərəfdən, İsveçrə Gömrük mərkəzinin açıqladığı sentyabr hesabatına görə,
Asiya ölkələri tərəfindən qızılın idxal həcmi yüksələrək 150 tona çatıb.
Ümumi həcmin 44 tonu Çinin payına düşür.
İdxalçı digər ölkələrin arasında Hindistan (34t), Türkiyə (32t), Tayland (13t), BƏƏ (10 t) adları qeyd olunub.
Beləliklə, sentyabr ərzində İsveçrə tərəfindən ixrac olunan qızılın dəyəri 9.43 mld avro təşkil edib.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1685.00, 1730.00
- Eniş hədəfləri: 1615.00, 1585.00
Neft
Ötən həftə Co Bayden administrasiyası Amerikanın strateji neft ehtiyatlarından 15 mln barelin boşaldılması ilə bağlı qərar qəbul edib.
Cari ilin mart - oktyabr aylarında administrasiya 180 mln barel neftin boşaldılmasını planlaşdırırdı.
Növbəti və sonuncu 15 mln barelin boşaldılması planlaşdırıldığı kimi oktyabr ayına deyil, dekabr ayına planlaşdırılır.
Digər tərəfdən, OPEK+ üzv ölkələrin noyabr toplantısında günlük hasilat həcminin azaldılması qərarını qəbul edəcəyi gözlənilir.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 96.00, 103.00
- Eniş hədəfləri: 87.00, 82.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 93.00, 101.00
- Eniş hədəfləri: 81.00, 75.00
Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!