Foreks bazarının həftəlik təqvimi və analitikası 19.12.2022 - 25.12.2022

Ötən həftə bir sıra Mərkəzi Banklar ilin son kritik qərarlarını qəbul etdilər.

AMB, İngiltərə Bankı, FES, İsveçrə Mərkəzi Bankı hər biri faiz dərəcəsini 50 baza vahidi qədər yüksəltdiyi halda,

Rusiya Bankı göztəricini sabit saxladı. Cari həftədə Rusiya və Yaponiya Mərkəzi Banklarından önəmli göstəricilər açıqlanacaq.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

19 dekabr

13:00 – Almaniya - Biznes əhval-ruhiyyəsi indeksi (dekabr).

Avropada ötən həftə inflyasiya göstəriciləri açıqlandı.

Avrozona üzrə inflyasiya noyabr ayında 10.1%-ə yüksəlib.

İstehlakçı qiymətlərində müşahidə olunan artım tempi oktyabr (10.6%) ayı ilə müqaisədə nisbətən zəifləyib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0720, 1.0900

- Eniş hədəfləri: 1.0200, 1.0400

Böyük Britaniya

22 dekabr

11:00 – Ümumi Daxili Məhsul göstəricisi (rüb və illik).

İngiltərə Bankı ötən həftə faiz dərəcəsini 50 baza vahidi qədər yüksəltdi.

Həmçinin açıqlanan məlumatlara görə, noyabr ayında inflyasiya öncəki aylarla müqaisədə (11.1%) 10.7%-dək azalıb.

Lakin əmək bazarında vəziyyət hələ də gərgin olaraq qalmaqdadır.

Belə ki, avqust-oktyabr ayları ərzində 3.7%-dək yüksəlib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2450, 1.2800

- Eniş hədəfləri: 1.1900, 1.1500

ABŞ

21 dekabr

19:00 – İstehlakçı Güvən indeksi (dekabr);

19:30 – Xam neft ehtiyatları.

22 dekabr

17:30 – Ümumi Daxili Məhsul göstəricisi (3-cü rüb);

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

Ötən həftə FES faiz dərəcəsini 50 baha vahidi qədər yüksəltdi.

Açıqlamalara görə, növbəti ilin ilk rübündə faiz dərəcəsi 25 baza vahidi qədər artırılacağı ehtimal olunsa da,

artımın davam etdiriləcəyi və hədəf olaraq 4.75-5% səviyyəsinə çatdırılacağı proqnozlaşdırılır.

Dollarindeksi FES-in aqressiv siyasəti nəticəsində cari ildə 9% bahalaşıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 105.50, 107.00

- Eniş hədəfləri: 103.00, 102.00

Kanada

20 dekabr

17:30 – Pərakəndə Satış Baza indeksi (oktyabr).

21 dekabr

17:30 – İstehlakçı Qiymət Baza indeksi (noyabr).

23 dekabr

17:30 - Ümumi Daxili Məhsul göstəricisi (oktyabr).

USD/CAD cütlüyü ötən həftəni artım istiqamətində tamamlayıb.

Buna səbəb olaraq dolların FES açıqlamasından sonra qismən dəyər qazanması, eyni zamanda neftin dəyər itirməsini göstərmək olar.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3840, 1.4000

- Eniş hədəfləri: 1.3500, 1.3220

Avstraliya

20 dekabr

04:30 – Pul-kredit siyasəti ilə bağlı toplantı protokolu.

Ötən həftə AUD/USD cütlüyü ilk günlərdə dəstək alsa da, həftənin son günlərində sürətlə eniş yaşadı.

Qeyd edək ki, Avstraliya Ehtiyat Bankı dekabr toplantısında faiz dərəcəsini 25 baza vahidi qədər artırmışdı və

2023-cü ildə bu siyasətin davam edəcəyinə siqnal vermişdi.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6850, 0.7050

- Eniş hədəfləri: 0.6565, 0.6365

Yaponiya

20 dekabr

07:00 – Yaponiya Bankının pul-kredit siyasəti ilə bağlı hesabatı.

07:00 – Yaponiya Bankının mətbuat konfransı.

Yaponiya Bankı cari həftə faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək.

Hər hansı dəyişikliyin olacağına ehtimal az olduğu halda, yenanın sürətli dəyər itirəcəyi gözlənilmir.

Əsas diqqətlər 2023-cü ilin aprel ayında yeni bank sədrinin təyinatı və bankın yeni siyasətinə yönləndirilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri 138.00, 141.00

- Eniş hədəfləri 134.50, 132.00

Türkiyə

15:00 – Overnight üzrə faiz dərəcəsi (dekabr);

15:00 – Həftəlik REPO faiz dərəcəsi (dekabr).

Cari həftə Türkiyə mərkəzi bankı faiz dərəcəsi ilə bağlı qərar qəbul edəcək.

Gözləntilərə görə bank dəyişiklik etməyəcək.

Proqnozlara görə, 2023-cü ilin ilk 3 ayında bank faiz dərəcəsini olduğu kimi saxlayacaq.

USD/TRY cütlüyü isə 22.70 – 23.00 səviyyələri ətrafında qərarlaşa bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 18.8500, 19.1000

- Eniş hədəfləri: 18.3000, 17.9000

Qızıl

Qızıl ötən həftənin cümə günü təqribən 1% bahalaşsa da, ümumilikdə həftə ərzində 3 həftəlik artımdan sonra 0.6% dəyər itirib.

Proqnozlara görə, qızıl 2023-cü ilin ilk rübündə artım tempini qoruyub saxlaya bilər.

Lakin növbəti mərhələlərdə mövcud geo-siyasi problemlər və eləcə də,

FES-in pul-kredit siyasəti istiqamətində addımları qızılın artım tempinə əsaslı təsir göstərə bilər.

Qeyd edək ki, cari ilin martında ən pik səviyyəyə (2000$) yüksələn qızıl 3-cü rübdə 20% dəyər itirərək 1619$-dək ucuzlaşıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1825.00, 1875.00

- Eniş hədəfləri: 1765.00, 1720.00

Neft

Neft ötən həftənin cümə günü təqribən 3%-dən çox dəyər itirdi.

Brent markalı neft 3.3%, WTI markalı neft isə 3.4% ucuzlaşıb.

Dəyər itirməsinə baxmayaraq, ümumilikdə ötən həftəni neft müsbət nəticə ilə tamamlayıb.

Digər tərəfdən, ABŞ xam neft ehtiyatlarını bərpa etmək üçün yeni müqavilələr imzalamağa artıq hazırdır.

Bu müqavilələrin 2023-cü ilin yanvar ayının 13-dən gec olmayaraq imzalanması planlaşdırılır.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 83.00, 90.00

- Eniş hədəfləri: 75.00, 68.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri; 78.00, 86.00

- Eniş hədəfləri: 70.00, 64.00

Valyuta bazarında baş tutacaq bütün xəbərlərdən gündəlik olaraq məlumatlı olmaq üçün “Telegram” kanalımızı izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close