{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
FED-in prezidenti Cerom Pauelin ötən həftəki çıxışından sonra Dollar indeksi güclənməyə davam edir.
Rusiya və Ukrayna arasındakı gərginliyin yüksəlməsi nəticəsində qızıla olan tələbin artıracağı ehtimal olunur.
Həmçinin bu vəziyyət neft tədarükünün kəsilməsi ilə bağlı narahatlığı artırıb.
Digər tərəfdən, Dolların güclənməsi onun əsas rəqibləri - Avro və Funtun dəyər itirməsinə səbəb olmağa davam edir.
ABŞ-nin Siyahıyaalma Bürosu cümə günü bildirdi ki, pərakəndə satışlar oktyabr ayında ötən aya nisbətən 0.4% artaraq
0.3% bazar konsensusunu üstələyib. FED-in sədri C.Pauel keçən cümə axşamı söyləyib ki, dayanıqlı iqtisadiyyat,
güclü iş bazarı və inflyasiyanın hələ də 2%-lik hədəfin üzərində olması fonunda faiz dərəcələrini azaltmağa tələsməyə ehtiyac yoxdur.
Əlavə olaraq, NY Empire State-in İstehsal İndeksi noyabr ayı üçün gözlənilən 0,7 azalma ilə müqayisədə
31,2 səviyyəsinə çatan gözlənilməz bir artım göstərdi. Bu da, öz növbəsində, güclü istehsal fəaliyyəti barədə siqnal verdi.
Boston FED-inin prezidenti Syuzan Kollins cümə günü qeyd etdi ki, pul siyasəti üçün əvvəlcədən müəyyən edilmiş bir yol yoxdur və
iqtisadiyyat hazırda çox yaxşı yerdədir. Çikaqo FED-inin prezidenti Ostan Qulsbi inflyasiya rəqəmlərinin yaxşılaşmağa davam etməli olduğunu
və son CPI açıqlamalarının hədəfdən bir qədər yüksək olduğunu söylədi. CME Group-nun FedWatch Tool-na görə,
treyderlər hazırda dekabr ayında keçirilən pul siyasəti iclasında FED tərəfindən daha 25% baza bəndi endirmi ehtimalını yüksək görürlər.
20 noyabr
19:30 – Xam neft ehtiyatları haqqında məlumatın açıqlanması
21 noyabr
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
17:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (noyabr)
19:00 – Təkrar mənzil bazarında satışlar (oktyabr)
22 noyabr
18:45 –İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (noyabr)
18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (noyabr)
Avropa Mərkəzi Bankının (ECB) qarşıdan gələn dekabr iclasında “göyərçinli” mövqeyini saxlaması və
uçot faiz dərəcəsini endirməsi gözlənilir. Bu səbəbdən də Avro aşağı istiqamətli təzyiqlə üzləşir.
Avrozonada əsas inflyasiyanın 2024-cü ildə 2023-cü ildəki 5,4%-dən kəskin şəkildə 2,4%-ə düşəcəyi,
2025-ci ildə 2,1%-ə və 2026-cı ildə 1,9%-ə qədər tədricən azalacağı proqnozlaşdırılır.
2025-ci il üçün artım proqnozu 1,4%-dən 1,3%-ə qədər azaldılıb. Buna rəğmən,
Avrozona iqtisadiyyatının 2026-cı ildə 1,6% böyüməsi proqnozlaşdırılır.
19 noyabr
14:00 – İstehlak qiymətləri indeksi (oktyabr)
22 noyabr
11:00 – Almaniyada ümümi daxili məhsul göstəricisi (3-cü rüb)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1,0651;1.0881; 1,1004,
- Eniş hədəfləri: 1,0469; 1,0424; 1.0400
Funt (GBP) İngiltərə Bankının (BoE) faiz dərəcələri ilə bağlı irəliləyiş yolundakı
qeyri-müəyyənlik fonunda alıcıları cəlb etmək üçün mübarizə aparır.
Keçən həftə açıqlanan məlumatlar göstərdi ki, Böyük Britaniyada maaş artımı, bonuslar istisna olmaqla,
sentyabr ayında zəifləyib və işsizlik nisbəti 4,1%-dən 4,3%-ə çatıb.
Bundan əlavə, Böyük Britaniyanın ÜDM-i gözlənilmədən sentyabr ayında son beş ayda ilk dəfə azalaraq,
BoE-nin faiz endirimi gözləntilərini artırdı.
20 noyabr
11:00 – İstehlak qiymətləri indeksi (oktyabr)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3214; 1.3304; 1.3368
- Eniş hədəfləri: 1.2551; 1.2459; 1.2367
West Texas Intermediate (WTI) neftinin qiyməti Rusiya-Ukrayna arasında gərginliyin artması fonunda
(mümkün tədarükün kəsilməsi ilə bağlı narahatlığın olduğu üçün) son itkiləri nisbətən bərpa edərək, dəyər qazandı.
Bundan əlavə, Federal Ehtiyatlar Sisteminin sədri C.Pauel iqtisadiyyatın dayanıqlılığını,
güclü əmək bazarını və davam edən inflyasiya təzyiqlərini vurğulayaraq,
gözlənilən faiz endirimləri ilə bağlı gözləntiləri azaltdığı üçün xam neft qiymətləri təzyiqlə üzləşdi.
Pauel "İqtisadiyyat faizləri aşağı salmağa tələsməyimiz lazım olduğuna dair heç bir siqnal göndərmir" deyə bildirib.
Uzunmüddətli yüksək borclanma xərcləri dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-də iqtisadi fəaliyyətə mənfi təsir göstərə bilər.
Dünyanın ən böyük neft idxalçısı olan Çində tələbin zəifləməsi ilə bağlı narahatlıqlar xam neft bazarında aşağı əhvali-ruhiyyəni gücləndirib.
Birbaşa iqtisadi stimullaşdırma tədbirləri olmayan Çində son 10 trilyon Yuan borc paketi bazar narahatlığını daha da gücləndirdi.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 72,32;78.83; 82.11
- Eniş hədəfləri: 65.32; 64.97; 63.55
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 75,15; 77,96; 80,66
- Eniş hədəfləri: 68,31; 67,55; 65,78
Qızılın qiyməti 2023-cü ilin sentyabrından bəri həftəlik ən yüksək enişini yaşadı. Eyni zamanda,
ABŞ Dollarının son bir ilin ən yüksək səviyyəsinə yüksəlməsi fonunda, qızıl keçən həftə iki ayın ən aşağı səviyyəsinə düşdü.
Həftəsonu geosiyasi hadisələr qızılın güvənli liman funksiyasını gücləndirdi və
qiymətli metalın yeni həftənin başlanğıcında müsbət təsir qazanmasına kömək etdi.
Müharibəni gücləndirmək üçün Şimali Koreya qoşunlarını münaqişəyə cəlb edən Rusiyaya cavab olaraq,
ABŞ prezidenti Co Bayden Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.
Bu isə geosiyasi vəziyyətin 2025-ci ilin əvvəlində gərgin olaraq qalacağına dair təxminləri artırır.
10 illik ABŞ dövlət istiqrazının gəlirliliyi çox aylıq zirvədə möhkəm dayanır ki, bu da USD “buğalarına” üstünlük verə, eyni zamanda,
qızıl üzrə gəlirləri məhdudlaşdıra bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2.741,78; 2.761,45; 2.783,29
- Eniş hədəfləri: 2.517,74; 2.485,74; 2.419,94;
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!