{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə qlobal bazarların diqqəti ABŞ inflyasiya göstəricilərinə, Federal Ehtiyat Sisteminin (FED) siyasətinə və “Jackson Hole” iqtisadi simpoziumu öncəsi gözləntilərə yönəldi. ABŞ-də açıqlanan İstehlak Qiymətləri İndeksi (CPI) 2.7% səviyyəsində qalaraq, bazar gözləntisini (2.8%) doğrultmadı.
Bu isə FED-in sentyabrda faiz dərəcəsini endirəcəyi fikrini gücləndirdi. Lakin istehsal qiymətləri (PPI) 3.3%-ə yüksələrək bazarlarda narahatlıq yaratdı və dolların qısa müddətli güclənməsinə səbəb oldu.
Avrozonada vəziyyət zəif olaraq qaldı. Belə ki, Almaniyanın ZEW indeksi gözləntilərdən daha çox düşdü, sənaye istehsalı isə 1.3% azaldı. Bu isə Avropa iqtisadiyyatının zəifliyini bir daha göstərdi.
Neft bazarında təklif sabit qalsa da, qiymətlər zəif tələb fonunda təzyiq altında idi: WTI 62 dollara, Brent isə 67 dollara yaxınlaşdı.
Qızıl həftəni qarışıq siqnallarla keçirdi. Belə ki, həftənin əvvəlində geosiyasi gərginliyin yumşalması ilə eniş oldu, sonradan isə FED-in mümkün faiz endirimləri ilə 3350 dollar dəstək səviyyəsində möhkəmləndi.
Bu həftə isə diqqətlər “Jackson Hole” toplantısına, FED-in protokollarına və avqust PMI göstəricilərinə yönələcək. Əgər Cerom Pauel “yumşaq” (dovish) tonla çıxış edərsə, dollar zəifləyə, EUR/USD və qızıl isə arta bilər. Əksinə, “sərt” (hawkish) ton avro və qızıl üzərində təzyiq göstərə bilər”.
ABŞ iqtisadiyyatı bazarlara zidd siqnallar göndərir. CPI-nin gözləntiləri doğrultmaması FED-in faizləri endirəcəyi ümidini artırdı. Lakin istehsal qiymətlərində (PPI) kəskin sıçrayış inflyasiya təzyiqlərinin davam edə biləcəyini göstərdi. ABŞ-də pərakəndə satışlar 0.5% artdı, sənaye istehsalı isə 0.1% gerilədi, istehlakçı əhvalı isə avqustda 58.6-ya enərək zəif qaldı.
Siyasi cəbhədə isə Prezident Trampın FED rəhbərliyinə təzyiqləri davam edir. C.Pauelin 2026-cı ildə bitəcək mandatının daha tez dəyişdirilə biləcəyi xəbərləri bazarlarda əlavə qeyri-müəyyənlik yaradır. Bununla yanaşı, ABŞ-Çin arasında 90 günlük “tarif atəşkəsi” və ABŞ-Rusiya liderlərinin görüşü geosiyasi risklərin yumşalmasına səbəb oldu.
Bu həftə FED-in toplantı protokolları, avqust PMI-ları və “Jackson Hole” çıxışları dolların istiqamətini müəyyən edəcək. Əgər C.Pauell “yumşaq” (dovish) tonla danışarsa, dollar zəifləyəcək, risk aktivləri güclənəcək. Əks halda, dolların qısamüddətli güclənməsi mümkündür.
20 avqust
18:30 – Xam neft ehtiyatları
22:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci
21 avqust
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
16:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (avqust)
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (avqust)
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (avqust)
18:00 – Təkrar mənzil bazarında satışlar (PMI) (iyul)
22 avqust
18:00 – FED-in rəhbəri C.Pauelin çıxışı
Avrozonanın iqtisadi göstəriciləri zəif qalmağa davam edir. Almaniyanın ZEW iqtisadi gözləntilər indeksi avqustda 34.7-yə enərək (iyulda 52.7 idi) ciddi azalma nümayiş etdirdi. Eyni zamanda, Avrozonanın sənaye istehsalı da 1.3% azaldı. İqtisadi artım isə ikinci rübdə cəmi 0.1% təşkil edib.
İnflyasiya göstəricisi (HICP) 1.8% səviyyəsində qalsa da, zəif sənaye və biznes inamı avronu təzyiq altında saxlayır. Avrozonada əsas diqqət Kristin Laqardın çıxışına və avqust PMI-larına yönələcək. Əgər PMI-lar zəif olarsa, EUR/USD cütlüyündə eniş riskləri arta bilər.
20 avqust
13:00 – İstehlak qiymətləri indeksi (illik) (iyul)
22 avqust
10:00 – Almaniyada ümumi daxili məhsul göstəricisi (2-ci rüb)
Cari həftənin gözləntiləri:
Neft qiymətləri ötən həftə zəif tələbat fonunda aşağı istiqamətdə hərəkət etdi. WTI 62 dollar civarında, Brent isə 67 dollar yaxınlığında möhkəmləndi. ABŞ və Rusiya liderlərinin Alaska görüşünün bazara ciddi təsiri olmadı, çünki təklif sabit qalır. Rusiya hələ də Hindistan və digər ölkələrə davamlı tədarükü təmin edir, bu isə qlobal bazarda balansı qoruyur.
Texniki baxımdan Brent 70.25 müqavimətini yoxlaya bilər, lakin əsas ssenari enişin davam etməsidir. Aşağıda 63.05 dəstəyi qırılarsa, qiymətlər 55.65 dollara qədər enə bilər. WTI üçün 62 dollar kritik səviyyədir, onun altında 61.50-59.50 diapazonu hədəf ola bilər.
Cari həftənin gözləntiləri (Brent):
Cari həftənin gözləntiləri (WTI):
Qızıl ötən həftə 3400 dollar müqavimətini keçə bilmədi və 3350 dollar civarında dayandı. Geosiyasi gərginliklərin azalması və ABŞ-Çin tarif atəşkəsi qızılın “güvənli liman” statusunu zəiflətdi. Bununla yanaşı, FED-in faiz endirimi gözləntiləri qızıla dəstək oldu.
Texniki olaraq, 3355-3360 dollar zonası əsas pivot rolunu oynayır. Bu səviyyə üzərində möhkəmlənərsə, növbəti hədəf 3400-3430 dollar ola bilər. Əks halda, 3305-3200 dollar dəstək səviyyəsinə doğru eniş ehtimalı qalır. Əsas istiqaməti isə “Jackson Hole”da Pauelin çıxışı müəyyən edəcək.
Cari həftənin gözləntiləri:
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!