Foreks bazarının həftəlik təqvimi və analitikası 17.04.2023- 23.04.2023

Ötən həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə olundu.

Belə ki, ABŞ-da əmək bazarından gələn pozitiv göstəricilərin ardından inflyasiya göstəriciləri açıqlandı ki,

bu göstəricilər gözləntinin altında açıqlandı.

Cari həftə bir çox ölkələrdə inflyasiya göstəriciləri açıqlanacaq ki,

bu da bazarın dinamikasının cari həftə də yüksək olacağına siqnaldır.

UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

17 aprel

19:00 – AMB-nın sədri Laqardın çıxışı.

18 aprel

13:00 – Almaniya-İqtisadi əhval-ruhiyyə indeksi ZEW (aprel).

19 aprel

13:00 – İstehlakçı Qiymət İndeksi (mart).

20 aprel

15:30 – AMB-nın pul-kredit siyasəti ilə bağlı toplantı protokolunun dərci.

21 aprel

11:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi (aprel).

Avro ötən həftə dollara nisbətdə 1.6% bahalaşıb.

Ötən həftə Fransa bankının rəsmisinin açıqlamasından sonra bazar iştirakçıları ehtimal edir ki,

AMB faiz dərəcəsi ilə bağlı siyasətinə qismən fasilə verə bilər.

Qeyd edək ki, Almaniyada inflyasiya fevral ayı (8.7%) ilə müqaisədə 7.4 %-ə geriləyib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1150, 1.1300

- Eniş hədəfləri: 1.0850, 1.0700

Böyük Britaniya

18 aprel

10:00 – Mükafatlar nəzərə alınmaqla orta aylıq əmək haqqı (fevral);

10:00 – İşsizlik müavinətləri üzrə müraciətlərin sayı (mart).

19 aprel

10:00 – İstehlakçı Qiymət İndeksi (mart).

21 aprel

11:00 – Pərakəndə Satış Həcmi (mart);

12:30 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi;

12:30 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi (aprel).

Funt ötən həftə dollara nisbətdə 10 aylıq maksimum səviyyəsinə yüksəlsə də,

ümumilikdə neytrallığını qoruyub saxlayıb.

İngiltərədə fevral ayında yanvar ayı ilə müqaisədə sənaye sektorunda istehsal həcmi 0.2% azalıb.

İllik göstərici isə 3.1% azalıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2600, 1.2800

- Eniş hədəfləri: 1.2200, 1.1950

ABŞ

19 aprel

18:30 – Xam neft ehtiyatları.

20 aprel

16:30 – İşsizlik müavinətləri üzrə müraciətlərin sayı.

Dollar indeksi ötən həftə təqribən 1% dəyər itirib.

İnflyasiyanı təcəssüm etdirən İstehsalçı və İstehlakçı Qiymət indekslərində geriləmə müşahidə olunub ki,

bu da 3 ilin ən zəif göstəriciləri hesab olunur.

Ümumilikdə isə illik inflyasiya göstəricisi 6%-dən 5%-ə geriləyib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 101.80, 102.50

- Eniş hədəfləri: 100.70, 100.00

Kanada

18 aprel

16:30 – İstehlakçı Qiymət Baza İndeksi (mart).

21 aprel

16:30 – Pərakəndə Satış Baza İndeksi (fevral).

Kanada Dolları ötən həftə dollara nisbətdə mövqeyini qoruyub saxlaya bilib.

Neftin 85$ üzərində ticarət olunması,

eyni zamanda dolların ardıcıl olaraq bir neçə həftə dəyər itirməsi Kanada Dollarını dəstəkləyib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3430, 1.3550

- Eniş hədəfləri: 1.3230, 1.3080

Avstraliya

18 aprel

05:30 – Pul-kredit siyasəti ilə bağlı toplantı protokolunun dərci.

Avstraliya Dolları ötən həftə 1.5% dəyər qazanıb.

Belə ki, Avstraliyada məşğulluq göstəricisinin stabilləşməsi,

eyni zamanda ölkənin ən böyük ticarət tərəfdaşı sayılan Çindən gələn optimistik göstəricilər

Avstraliya Dollarını dəstəkləyib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6790, 0.6920

- Eniş hədəfləri: 0.6500, 0.6400

YeniZelandiya

20 aprel

02:45 – İstehlakçı Qiymət İndeksi (mart).

Yeni Zelandiya Dolları da eyni zamanda ABŞ dollarına nisbətdə ötən həftə 1.4% dəyər qazansa da,

ümumilikdə öz neytrallığını qoruyub saxlaya bilib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6310, 0.6420

- Eniş hədəfləri: 0.6080, 0.5950

Qızıl

Qızıl artıq 7-ci həftədir ki, ardıcıl olaraq dəyər qazanmaqda davam edir.

Ötən həftə qızıl 1.7% dəyər qazanaraq 2040 $ səviyyəsi üzərinə yüksəlib.

Qızılın dəyər qazanmasını dəstəkləyən əsas səbəblər ABŞ inflyasiya göstəricilərində müşahidə olunan geriləmələr,

eyni zamanda FES-in faiz dərəcəsi ilə bağlı qərarlarında fasiləyə yer verə biləcəyi ehtimalının güclənməsidir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2030.00, 2070.00

- Eniş hədəfləri: 1980.00, 1950.00

Neft

Neft artıq 4-cü həftədir ki, yüksəliş sərgiləyir.

Ötən həftə ərzində Brent markalı neftin iyun fyuçersi 1.5%, WTI markalı neftin may fyuçersi isə 2.2% bahalaşıb.

Mart ayında OPEK və tərəfdaşları olan ölkələrin qəbul etdiyi qərardan sonra neft ilin maksimum səviyyəsinə yüksəldi.

Neftin bahalaşmasına təsir edən digər səbəblər isə ABŞ-da neft ehtiyatları həcminin azalması,

eyni zamanda Rusiyadan nəql olunan həcminin azalması və İraqdan nəqd olunan neftdə fasilələrin yaranmasıdır.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 92.00, 99.00

- Eniş hədəfləri: 82.00, 77.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 87.50, 94.00

- Eniş hədəfləri: 79.00, 73.00

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close