Foreks bazarının həftəlik təqvimi və analitikası 16.10.2023 - 22.10.2023

Ötən həftə maliyyə bazarlarında yüksək dinamiklik müşahidə olundu.

Belə ki, dünyanın geosiyasi fonunda baş verən gərginlik əmtəə bazarlarının

daha çox hərəkətliliyinə səbəb olaraq neftin və qızılın bahalaşmasına təkan verib.

Cari həftə bu gərginlik davam edə bilər.

Eyni zamanda, Avrozona və Britaniyadan inflyasiya ilə bağlı göstəricilər açıqlanacaq.

UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

18 oktyabr

13:00 – İstehlakçı Qiymət İndeksi (sentyabr).

Ötən həftə Bundes Bankın rəhbəri Nagel öz çıxışında bildirib ki,

yüksək inflasiyaya qarşı mübarizə davam edir.

Almaniyada əmək bazarı güclüdür, İstehlakçı tələblərinin yüksək olması gözlənilir.

İnflyasiya ən yüksək həddinə çatıb və yalnız 2025-ci ildə 2.7%-ə enəcəyi gözlənilir.

Pul-kredit siyasətinin sərtləşdirilməsi inflyasiyanın müsbətə doğru irəliləməsi istiqamətində öz bəhrəsini göstərir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0630, 1.0750

- Eniş hədəfləri: 1.0430, 1.0320

Britaniya

18 oktyabr

10:00 – İstehlakçı Qiymət İndeksi (sentyabr).

Ötən həftə açıqlanan statistik göstəricilərə əsasən, avqust ayında sənaye sektorunda

daha da geriləmə müşahidə olunub.

Həmçinin, Britaniyanın avqust ayı üçün ticarət balansında 15.95 mld funt sterlinq saldo qeydə alınıb.

Bundan başqa, ÜDM göstəricisi avqust ayı üzrə 0.2% yüksəlib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2270, 1.2400

- Eniş hədəfləri: 1.1900, 1.1730

ABŞ

17 oktyabr

16:30 – Pərakəndə Satış Həcmi (sentyabr);

18 oktyabr

18:30 – Xam neft ehtiyatları;

19 oktyabr

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

20:00 – FES sədri Pauelin çıxışı.

Ötən həftə ABŞ-da açıqlanan sentyabr ayı üzrə İstehlakçı indeksində 0.4% yüksəliş müşahidə olunub.

Bu səbəblə dollar indeksi ötən həftə 1 gün ərzində 0.8% bahalaşıb.

Bu göstərici FES-in dekabr toplantısında faiz dərəcəsini

daha 25 baza vahidi qədər yüksəldəcəyi ehtimalını gücləndirir.

Eyni zamanda 10 illik xəzinə istiqrazlarının dəyərində yüksəlmə qeydə alınıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 107.00, 107.70

- Eniş hədəfləri: 105.50, 104.50

Qızıl

Ötən həftə qızılın qiymətində bahalaşma müşahidə olunub.

Çin yenə də qızıla olan marağını gücləndirib.

Belə ki, ölkə valyutasının cari ildə 6% dəyər itirməsi

Mərkəzi Bankın öz ehtiyatlarını qızıl istiqamətində diversifikasiyasını gücləndirib.

Digər tərəfdən, ötən həftə İsrail ilə Fələstin arasında münasibətlərin gərginləşməsi

qızılın dəyərinin sürətli artımına təkan verib.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1945.00, 1970.00

- Eniş hədəfləri: 1905.00, 1880.00

Neft

Ötən həftə cümə günü neftin qiymətində 3$ bahalaşma müşahidə olundu.

Buna səbəb, ABŞ-ın rusiya neftinə qarşı sanksiyalar paketini sərtləşdirməsi və

bununla da mövcud gərgin bazarın daha da təzyiq altında qalması,

nəticədə də 4-cü rübdə də hasilat həcminin azalması göstərilir.

Beləliklə, ötən həftə ərzində Brent markalı neftin dekabr fyuçersi 2.9%,

WTI markalı neftin noyabr fyuçersi isə 3% bahalaşıb.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 93.50, 98.00

- Eniş hədəfləri: 87.00, 83.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 91.00, 95.00

- Eniş hədəfləri: 84.00, 80.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close