{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə qlobal bazarlarda müsbət tendensiyalar özünü göstərməyə başladı.
ABŞ və Böyük Britaniya arasında ticarət sazişinin ilkin şərtlərinin elan olunması, ABŞ-Çin danışıqlarının bərpası və əsas indekslərin ardıcıl dördüncü həftə yüksəlməsi,
investorların risk iştahının müvəqqəti də olsa bərpa olunduğunu göstərdi. Buna baxmayaraq, iqtisadi təməl göstəricilər və ticarət siyasətinə dair qeyri-müəyyənliklər
bu həftə daha dəyişkən dinamikaların müşahidə olunacağına işarə edir. Əsas diqqət inflyasiya məlumatlarına və ABŞ-nin başlatdığı ticarət razılaşmalarının
real iqtisadi effektinə yönələcək.
ABŞ
ABŞ-də diqqət bu həftə tam şəkildə inflyasiya göstəricilərinə və ticarət danışıqlarına yönəlib. ABŞ dolları son həftələrdəki zəifləmədən sonra bərpa mərhələsinə keçib.
Bu proses həm ABŞ və Çin arasında müsbət siqnalların verilməsi, həm də ABŞ-də gəlirlilik əyrisinin yenidən yüksəlməsi ilə bağlıdır.
Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini dəyişməyərək ehtiyatlı davranmağa davam etdi, lakin qərarların gələcəkdə inflyasiya və məşğulluq göstəricilərindən asılı olaraq dəyişəcəyi açıq şəkildə bildirildi.
Ticarət sahəsində isə ABŞ prezidentinin bəzi tarifləri yumşaltmağa dair açıqlamaları fonunda risk iştahı bir qədər güclənib.
ABŞ və Çin arasında danışıqların irəliləməsi, inflyasiya təzyiqlərinin azalması ilə birləşərsə, bu, dollar və səhm bazarlarına müsbət təsir göstərə bilər.
Lakin əks halda, xüsusilə tariflər və vergi qərarları yenidən sərtləşərsə, bu, ABŞ iqtisadiyyatı və istehlakçısı üçün yeni təzyiqlər yarada bilər.
13 may
16:30 – İstehlak qiymətlərinin baza indeksi (aprel)
16:30 – İstehlak qiymətlərinin indeksi (illik) (aprel)
16:30 – İstehlak qiymətlərinin indeksi (aylıq) (aprel)
14 may
18:30 USD – ABŞ-də xam neft ehtiyatları
15 may
16:30 – Pərakəndə satışın baza indeksi (aylıq) (aprel)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
16:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (may)
16:30 – İstehsalçı qiymətlərinin indeksi (PPI) (aprel)
16:30 – Pərakəndə satış həcmi (aylıq) (aprel)
16:40 – FED-in rəhbəri C.Pauelin çıxışı
Avrozona iqtisadiyyatında zəiflik davam edir. Avropa Mərkəzi Bankının artıq ikinci dəfə faiz endirimi etməsi və bazarların yaxın aylarda yeni endirim gözləntiləri avronun dollar qarşısında mövqeyini zəiflədib.
İnflyasiyanın aşağı templə irəliləməsi, sənaye istehsalında durğunluq və aşağı istehlak göstəriciləri pul siyasətində daha yumşaq addımların davamını qaçılmaz edir.
Bu həftə təqdim olunacaq ÜDM və sənaye istehsalı məlumatları iqtisadi artımın hansı sürətlə irəlilədiyini dəqiqləşdirəcək. Eyni zamanda, Avropa Komissiyasının yeni iqtisadi proqnozları
Aİ daxilindəki fiskal və struktur problemləri bir daha gündəmə gətirə bilər. ABŞ-lə müqayisədə pul siyasətindəki fərq, EUR/USD cütlüyünün təzyiq altında qalmasına səbəb olur və yaxın
perspektivdə bu tendensiyanın davam etməsi gözlənilir.
14 may
10:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aprel)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1254; 1.1361; 1.1440
- Eniş hədəfləri: 1.1018; 1.0989; 1.0882
Böyük Britaniyada funt sterlinqin son həftədəki yüksəlişi ABŞ dollarının güclənməsi ilə əngəlləndi.
ABŞ və Böyük Britaniya arasında yeni ticarət çərçivəsinin razılaşdırılması müəyyən sektorlarda tarif azaldılmasını əhatə etsə də,
bu razılaşma ümumi anlamda məhdud xarakter daşıyır və Birləşmiş Krallıq üçün ciddi iqtisadi üstünlük yaratmır.
İngiltərə Bankı (BoE) son iclasında faiz dərəcəsini 25 b.p. endirdi və qərar komitə daxilində fikir ayrılığı ilə müşayiət olundu.
Bu, gələcək pul siyasətinin qeyri-müəyyənliyini artırır. Bu həftə açıqlanacaq əmək bazarı göstəriciləri və ÜDM statistikası funtun yaxın dövrdəki trayektoriyasını müəyyənləşdirəcək.
Texniki baxımdan 1.3200 səviyyəsi əsas dəstək kimi çıxış edir, bu səviyyənin qorunması funtda artım potensialını saxlaya bilər.
15 may
10:00 – Ümumi daxili məhsul göstəricisi (illik) (1-ci rüb)
10:00 – Ümumi daxili məhsul göstəricisi (aylıq) (mart)
10:00 – Ümumi daxili məhsul göstəricisi (rüblük) (1-ci rüb)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.3303; 1.3400; 1.3496
- Eniş hədəfləri: 1.3010; 1.2914; 1.2817
Neft bazarında qiymətlər yenidən 60 dollar səviyyəsinin üzərinə qalxıb. Bu artım, əsasən, ticarət risklərinin azalması, regional gərginliklər və təkliflə bağlı
bəzi qeyri-müəyyənliklər ilə izah olunur. Hindistan və Pakistan arasında hərbi gərginliyin artması fiziki tədarükə birbaşa təsir etməsə də, bazarda risk qiymətləndirməsini yüksəldir.
ABŞ-Çin danışıqlarından müsbət nəticə alınarsa, bu, qlobal enerji tələbatı ilə bağlı proqnozların yaxşılaşmasına səbəb ola bilər. OPEC-in buaykı hesabatında istehsalın mərhələli
şəkildə artırılacağı elan edilsə də, bazar bu xəbəri artıq nəzərə alıb. ABŞ-də açıqlanacaq inflyasiya məlumatları və dolların hərəkəti də neft bazarında volatilliyə səbəb ola bilər.
Texniki olaraq 61.25 dollar müqavimət zonası kimi önə çıxır. Bu səviyyə keçildiyi halda daha yuxarı hədəflərə doğru hərəkət mümkün ola bilər.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 63,00;67,00; 70,00
- Eniş hədəfləri: 60,00; 55,00; 52,00
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 67,00; 70,00; 72,50
- Eniş hədəfləri: 60,00; 57,50; 55,00
Qızılın qiyməti son həftədə 3200 dollar səviyyəsindən bərpa olunaraq 3%-lik artım göstərdi və 3300-ə doğru hərəkət etdi. Bunun əsas səbəbi inflyasiya riskləri, ticarət qeyri-müəyyənlikləri
və bazarlardakı ehtiyatlı risk iştahıdır. Həmçinin ABŞ dollarının hərəkəti də qızıl üçün əsas istiqamətverici faktor olaraq qalır. Bu həftə açıqlanacaq ABŞ inflyasiya göstəriciləri və ticarətlə
bağlı danışıqların nəticələri qızıl bazarının qısa müddətli trayektoriyasını müəyyən edəcək. Texniki baxımdan 3333 müqaviməti kritik zona olaraq qalır və bu səviyyənin üzərində bağlanış
yeni yüksəliş mərhələsini başlada bilər. Əgər qiymət 3202-nin altına düşərsə, bu, daha dərin bir düzəlişin başlanğıcı ola bilər. Bu səbəbdən investorların ehtiyatlı mövqe seçməsi tövsiyə olunur.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 3301.46; 3349.88; 3395.41
- Eniş hədəfləri: 3200.51; 3161.98; 3123.56
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!