{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}
UForex cari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə bazarlarda əsas mövzu ABŞ-də hökumət maliyyələşməsi
ətrafında yaranan qeyri-müəyyənlik, əsas makroiqtisadi göstəricilərin
gecikdirilməsi və FED-in gələcək siyasəti ilə bağlı gözləntilər oldu.
Dollar bu qeyri-müəyyənlik fonunda zəifləsə də, riskli aktivlərdə güclü
impuls formalaşmadı. Avrozona-da açıqlanan göstəricilər iqtisadi
aktivliyin tədricən sabitləşdiyini göstərsə də, Avropa Mərkəzi Bankının
(ECB) neytral mövqeyi bazarda əlavə stimul yaratmadı. Qızıl və enerji
bazarlarında isə yüksək volatillik qorunub saxlanıldı.
Bu həftə bazarların əsas diqqəti ABŞ-də açıqlanacaq əmək bazarı və
inflyasiya göstəricilərinə yönələcək. Bu məlumatlar FED-in faiz siyasətinə
dair gözləntiləri formalaşdıracaq və valyuta, qızıl və neft bazarlarında
istiqaməti müəyyən edəcək.
ABŞ iqtisadiyyatı artım baxımından güclü qalmaqda davam edir, lakin əmək
bazarında tədrici soyuma əlamətləri görünür. Gecikdirilmiş NFP və CPI
məlumatları bazarda qeyri-müəyyənliyi artırıb. FED üzvlərinin açıqlamaları
göstərir ki, faiz endirimləri gündəmdə olsa da, bu proses tələskən şəkildə
aparılmayacaq. Kevin Vorş amili FED-in gələcəkdə daha sərt monetar siyasətə
keçə biləcəyi ehtimalını gücləndirir.
Bu həftə açıqlanacaq güclü əmək bazarı və inflyasiya məlumatları dolları
dəstəkləyə, zəif rəqəmlər isə dollar üzərində təzyiq yarada bilər.
10 fevral
17:30 – Pərakəndə satış həcmi (aylıq) (dekabr)
17:30 – Pərakəndə satışın baza indeksi (aylıq) (dekabr)
11 fevral
17:30 – Saatlıq orta əmək haqqı (aylıq) (yanvar)
17:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (yanvar)
17:30 – İşsizlik göstəricisi (yanvar)
19:30 – Xam neft ehtiyatları
12 fevral
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
19:00 – Təkrar mənzil bazarında satışlar (yanvar)
13 fevral
17:30 – İstehlak qiymətlərinin indeksi (aylıq) (yanvar)
17:30 – İstehlak qiymətlərinin indeksi (illik) (yanvar)
17:30 – İstehlak qiymətlərinin baza indeksi (aylıq) (yanvar)
Avrozonada iqtisadi göstəricilər tədricən yaxşılaşsa da, bu dinamika hələ güclü
kapital axını yaratmaq üçün kifayət etmir. PMI və inflyasiya rəqəmləri
sabitləşməni göstərir, lakin ECB-nin faizləri dəyişməməsi və ehtiyatlı mövqeyi
avronun yüksəliş potensialını məhdudlaşdırır. Kristin Laqardın açıqlamaları
göstərir ki, mərkəzi bank mövcud siyasəti kifayət qədər balanslı hesab edir.
Qısa müddətdə avro əsasən dolların dinamikasından asılı qalacaq.
Cari həftənin gözləntiləri:
Neft bazarında qiymətlər eniş trendində qalsa da, qısa müddətli texniki korreksiya
ehtimalı mövcuddur. Brent və WTI-də son həftələrdə alıcıların aktivləşməsi müşahidə
edilsə də, ümumi struktur hələ də zəifdir. Geosiyasi risklər və spekulyativ mövqelər
qısamüddətli dalğalanmaları artırır, lakin fundamental baxımdan bazar hələ də
təzyiq altındadır.
Yüksəliş yalnız əsas müqavimət zonalarının qırılması ilə təsdiqlənə bilər.
Cari həftənin gözləntiləri (Brent):
Cari həftənin gözləntiləri (WTI):
Qızıl bazarı yüksək volatillik mərhələsindədir. Güclü satış dalğasından
sonra qiymətlər bərpa olunsa da, 5000 səviyyəsinin üzərində sabitlik
formalaşmayıb. FED-in siyasəti, ABŞ əmək bazarı məlumatları və geosiyasi
risklər əsas istiqamətverici faktorlar olaraq qalır. Dolların möhkəmlənməsi
qızılda korreksiyanı dərinləşdirə bilər, lakin uzunmüddətli struktur yüksəliş
trendi hələ pozulmayıb.
Cari həftənin gözləntiləri:
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!