Foreks bazarının həftəlik təqvimi və analitikası 08.05.23 - 14.05.23

Ötən həftə maliyyə bazarlarında yüksək volatillik müşahidə olundu.

Belə ki, AMB, FES və Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini gözlənildiyi kimi 25 baza vahidi qədər yüksəltdilər.

Eyni zamanda, ABŞ əmək bazarından dolları dəstəkləyən pozitiv göstəricilər açıqlandı.

Cari həftə diqqətlər İngiltərə Bankının faiz dərəcəsi ilə bağlı açıqlamasına yönlənəcək.

UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

10 may

10:00 – İstehlakçı Qiymət İndeksi (aprel).

AMB-nın faiz dərəcəsi ilə bağlı qərarına avronun ilkin reaksiyası ucuzlaşma istiqamətində oldu.

Belə ki, AMB açıqlamasına görə faiz dərəcəsi artımına fasilə verilə bilər, lakin bu son deyil.

Avro qismən ucuzlaşsa da, Almaniyanın 2 illik istiqrazları bu xəbərdən sonra dəyər qazanıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.1100, 1.1230

- Eniş hədəfləri: 1.0900, 1.0820

Böyük Britaniya

11 may

15:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama (may);

15:00 – Pul-kredit siyasəti ilə bağlı Komitə toplantısının protokolu;

15:30 – İngiltərə Bankının sədri Beylinin çıxışı.

12 may

10:00 – ÜDM Göstəricisi (1-ci rüb);

10:00 – Təkrar emal sektorunda istehsal həcmi (mart).

GBP/USD cütlüyü ötən həftəni artım istiqamətində tamamlayıb.

Ehtimallara görə, bu tendensiya cari həftə də qorunub saxlanılacaq.

Belə ki, cari həftə İngiltərə Bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq və gözləntilərə əsasən,

bank faiz dərəcəsini 25 baza vahidi qədər yüksəldə bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2800, 1.3100

- Eniş hədəfləri: 1.2400, 1.2200

ABŞ

10 may

16:30 – İstehlakçı Qiymət İndeksi (aprel);

18:30 – Xam neft ehtiyatları.

11 may

16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı;

16:30 – İstehsalçı Qiymət İndeksi (aprel).

Ötən həftə dollar üçün yüksək dinamiklikli hesab oluna bilər.

Belə ki, həftənin ilk yarısında FES faiz dərəcəsini 25 baza vahidi qədər yüksəltdi.

Pauel açıqlamasında bildirdi ki, əmək bazarında hələ də yüksək gərginlik müşahidə olunur və

inflyasiyanın gərəkli səviyyəyə çatması üçün hələ uzun müddət tələb oluna bilər.

Həftənin son iş günü açıqlanan əmək bazarı göstəriciləri isə dolları artım istiqamətində dəstəklədi.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 101.60, 102.40

- Eniş hədəfləri: 100.50, 100.00

Avstraliya

09 may

05:30 – Pərakəndə Satış Həcmi.

AUD/USD cütlüyünün gələn ilə qədər stabil səviyyədə qalacağı proqnozlaşdırılır.

Belə ki, dəmir filizinin qiymətinin ucuzlaşması və

Çin iqtisadiyyatının zəif templə bərpası Avstraliya Dollarını təzyiq altında saxlaya bilər.

Digər tərəfdən isə, Çin ilə ticarət əlaqələrini bərpası və büdcənin müsbət göstəriciləri valyutanın ucuzlaşmasının qarşısını ala bilər.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6800, 0.6920

- Eniş hədəfləri: 0.6620, 0.6500

Qızıl

Qızıl stabil olaraq 2000 $ sərhəddinin bir qədər üzərində stabilləşib.

Proqnozlara görə, qızıl növbəti 2 rüb ərzində bu sərhəd ətrafında ticarət oluna bilər.

Yalnız ilin sonuna doğru qızıl artım istiqamətində güclənə bilər.

Buna səbəb olaraq, FES-in faiz dərəcəsi ilə bağlı planlarında geriyə doğru daha dəqiq addımlara keçid etməsi göstərilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 2045.00, 2085.00

- Eniş hədəfləri: 1965.00, 1900.00

Neft

Ötən cümə günü neftin qiymətində artım müşahidə olundu.

Belə ki, Brent markalı neft 3.9%, WTI markalı neft isə 4% bahalaşıb.

Ümumilikdə isə ötən həftə ərzində 5.3% dəyər itirərək 3-cü həftə ardıcıl olaraq eniş sərgiləyib.

Neftin 75$ qiymət sərhəddinin altında ticarət olunması OPEK+ üzv ölkələri hasilat həcmini yenidən azaltmağa təhrik edə bilər.

Qeyd edək ki, OPEK+ üzv ölkələrin növbəti toplantısı 3-4 iyunda Vyanada keçiriləcək.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 80.00, 85.00

- Eniş hədəfləri: 71.00, 65.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 76.00, 81.00

- Eniş hədəfləri: 67.00, 62.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close