Foreks bazarının həftəlik təqvimi və analitikası 06.03.23 - 12.03.23

Ötən həftə maliyyə bazarlarında qeyri-stabil hərəkətlilik müşahidə olundu.

Belə ki, dolların qiymətində qismən geriləmə, neftin qiymətində isə əksinə yüksəlmə baş verdi.

Cari həftə Yaponiya, Avstraliya və Kanada bankları faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.

Eyni zamanda, ABŞ əmək bazarından açıqlanacaq göstəricilər diqqət mərkəzində olacaq.

UForex cari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:

Avrozona

08 mart

14:00 – AMB-nın sədri Laqardın çıxışı.

10 mart

11:00 – Almaniya – İstehlakçı Qiymət indeksi (fevral);

19:00 – AMB-nın sədri Laqardın çıxışı.

Avro ötən həftə dollara nisbətdə 0.62% dəyər qazanıb.

Avronun bahalaşmasına təkan verən səbəb yalnız dolların qismən geriləməsi deyil,

eləcə də AMB-nın növbəti toplantısında faiz dərəcəsini 50 baza vahidi qədər artırma ehtimalının güclü olmasıdır.

Bu qərar qəbul olunduğu halda, faiz dərəcəsi 3%-ə çatdırılacaq.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.0750, 1.0920

- Eniş hədəfləri: 1.0530, 1.0400

Böyük Britaniya

06 mart

13:30 – Tikinti sektorunda Biznes Aktivliyi indeksi (fevral).

10 mart

11:00 – Ümumi Daxili Məhsul göstəricisi (yanvar);

11:00 – Təkrar emal sektorunda istehsal həcmi (yanvar).

Funt ötən həftə dollara nisbətdə 0.3% bahalaşıb.

Funtun dolların ucuzlaşmasına zəif reaksiya verməsinin əsas səbəbi,

İngiltərə bankının sədri Beylinin faiz dərəcəsinin artırılması istiqamətində dəqiq qərarların olmaması açıqlaması idi.

Lakin eyni zamanda İngiltərə iqtisadiyyatında əsaslı irəliləyiş müşahidə olunur.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.2200, 1.2400

- Eniş hədəfləri: 1.1900, 1.1750

ABŞ

07 mart

19:00 – FES rəhbəri Pauelin çıxışı.

08 mart

17:15 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi – ADP (fevral).

19:00 – FES rəhbəri Pauelin çıxışı.

19:00 – JOLTS əmək birjasında yeni vakansiyaların sayı.

19:30 – Xam neft ehtiyatları.

09 mart

17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.

10 mart

17:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (fevral);

17:30 – İşsizlik səviyyəsi (fevral).

Dollar indeksi ötən həftə yanvar ayından indiyədək ən zəif həftəsini sərgiləyib.

Dolların zəifləməsinə təkan verən əsas səbəb,

FES nümayəndələrindən birinin açıqlamasında faiz dərəcəsi ilə bağlı addımlarda zəifləmə ehtimalının güclənməsi fikrini bildirməsidir.

Eyni zamanda, dövlət xəzinə istiqrazlarının dəyərində də geriləmə müşahidə olunub.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 105.50, 107.00

- Eniş hədəfləri: 104.00, 103.00

Kanada

06 mart

19:00 – Biznes Aktivliyi indeksi - İVEY (fevral).

08 mart

19:00 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama.

10 mart

17:30 – İşsizlik səviyyəsi (fevral).

Kanada Dolları ötən həftə neytrallığını qoruyub saxlaya bilib.

Cari həftə Kanada bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Ehtimallara görə, hər hansı dəyişiklik gözlənilmir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1.3700, 1.3850

- Eniş hədəfləri: 1.3480, 1.3350

Avstraliya

07 mart

04:30 – Pərakəndə Satış Həcmi;

07:30 – Uçot faiz dərəcəsi ilə bağlı açıqlama.

AvstraliyaDollarıABŞ dollarına nisbətdə ötən həftə 0.36% dəyər qazanıb.

Cari həftə Avstraliya Ehtiyat bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.

Ehtimallara görə, bankın faiz dərəcəsini 25 baza vahidi qədər artıracağı gözlənilir.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 0.6850, 0.6950

- Eniş hədəfləri: 0.6650, 0.6550

Yaponiya

09 mart

03:50 – Ümumi Daxili Məhsul göstəricisi (4-cü rüb).

10 mart

07:00 – Yaponiya bankının pul-kredit siyasəti ilə bağlı açıqlaması;

09:00 – Yaponiya bankının mətbuat konfransı.

Yapon Yenası dollara nisbətdə ötən həftə neytrallığını qoruyub saxlayıb.

Cari həftə Yaponiya bankı faiz dərəcəsi ilə bağlı qərarını açıqlasa da, əsaslı dəyişikliyin olacağı gözlənilmir.

Bankın sədri Kurodu növbəti ay istefa öncəsi son toplantısını keçirəcək.

Ehtimal olunur ki, bank faiz dərəcəsində əsaslı addımlara yeni sədrin təyinatından sonra gedəcək.

Qeyd edək ki, Yaponiya Böyük 10-da yeganə ölkədir ki, hələ də mənfi faiz dərəcəsini saxlamaqdadır.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 138.00, 140.50

- Eniş hədəfləri: 133.50, 131.00

Qızıl

Qızıl 4 həftəlik enişdən sonra ötən həftəni yüksəliş istiqamətində tamamlayıb.

Qızılın dəyər qazanmasının əsas səbəbi kimi FES-in qeyri-stabil siyasəti göstərilir.

Qeyd edək ki, cari həftə ABŞ əmək bazarının göstəriciləri açıqlanacaq ki, qızılı təzyiq altında saxlaya bilər.

Digər tərəfdən, Dünya Qızıl Birliyinin açıqlamasına görə, mərkəzi banklar cari ilin yanvar ayı ərzində 31 ton qızıl alınıb.

Cari həftənin gözləntiləri:

- Artım hədəfləri: 1890.00, 1940.00

- Eniş hədəfləri: 1805.00, 1750.00

Neft

Ötən həftə neftin qiymətində qeyri-stabillik müşahidə olunub.

Həftənin ilk günlərində neftin qiyməti bahalaşsa da, həftə sonuna doğru qismən gerilədi.

Belə ki, BƏƏ OPEK təşkilatından ayrılmaq istəyini açıqlayıb.

Buna əsas səbəb kimi BƏƏ ilə Səudiyyə Ərəbistan arasında gərginləşən fikir ayrılığı göstərilir.

BƏƏ təşkilatdan ayrıldığı halda neft hasilatı həcmini öz nəzarəti altında saxlaya biləcək.

Cari həftənin gözləntiləri: (Brent)

- Artım hədəfləri: 89.00, 93.00

- Eniş hədəfləri: 82.00, 79.00

Cari həftənin gözləntiləri: (WTI)

- Artım hədəfləri: 81.00, 84.00

- Eniş hədəfləri: 76.00, 73.00

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close