{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}Ötən həftə maliyyə bazarlarında yüksək dinamika müşahidə olundu.
Belə ki, ABŞ Dolları həftəni lider mövqelərdə tamamladı.
Cari həftə daha iki bank - Avstraliya və Yeni Zelandiya Ehtiyat Bankları faiz dərəcəsi ilə bağlı qərarlarını açıqlayacaqlar.
Həmçinin, ABŞ əmək bazarında önəmli göstəricilər açıqlanacaq.
UForexcari həftənin mühüm xəbərlərini Sizin nəzərinizə çatdırır:
02 oktyabr
18:00 – İstehsal sektorunda Biznes Aktivliyi İndeksi;
19:00 – FES rəhbəri Pauellin çıxışı.
03 oktyabr
18:00 – JOLTS əmək birjasında yeni vakansiyaların sayı.
04 oktyabr
17:45 – Xidmət sektorunda Biznes Aktivliyi İndeksi;
18:30 – Xam neft ehtiyatları.
05 oktyabr
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı.
06 oktyabr
16:30 – Qeyri kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (sentyabr);
16:30 – İşsizlik səviyyəsi (sentyabr).
ABŞ-da inflyasiyanın baza göstəricisi yay ayları ərzində əsaslı şəkildə geriləyib.
Eyni zamanda, qiymət təzyiqi 3 ay ard-arda zəifləyib.
Bu göstəricilər payız aylarında da eyni templə geriləyərsə,
bu FES üçün faiz artımının dayandırılması istiqamətində əsas səbəb hesab oluna bilər.
3 ay ərzində baza qiymətləri illik göstərici ilə müqayisədə 2.2% yüksəlib ki,
belə davamlılıq müşahidə olunduğu halda inflyasiya FES-in arzuladığı 2% səviyyəsinə yaxınlaşa bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 106.55, 107.10
- Eniş hədəfləri: 105.30, 104.20
03 oktyabr
07:30 – Avstraliya Ehtiyat Bankının faiz dərəcəsi ilə bağlı qərarı (sentyabr).
Avstraliya Dolları ötən həftəni neytrallıqda bitirib.
Lakin valyuta təzyiq altında qala bilər.
Belə ki, zəif Çin iqtisadiyyatı Avstraliyanın iqtisadi inkişaf perspektivlərini təzyiq altında saxlayır.
Cari həftə AEB çox güman ki faiz dərəcəsini olduğu kimi saxlayacaq.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6540, 0.6700
- Eniş hədəfləri: 0.6350, 0.6270
04 oktyabr
05:00 – Yeni Zelandiya Ehtiyat Bankının faiz dərəcəsi ilə bağlı qərarı (sentyabr).
Yeni Zelandiya Dolları ABŞ Dollarına nisbətdə ötən həftə dəyər itirib.
Lakin digər valyutalara, xüsusilə də AUD-yə nisbətdə mövqeyini qoruyub saxlaya bilib.
Cari həftə Mərkəzi Bank faiz dərəcəsi ilə bağlı qərar qəbul etməlidir və ehtimallara görə,
heç bir dəyişiklik gözlənilmir.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 0.6070, 0.6170
- Eniş hədəfləri: 0.5900, 0.5800
Qızıl ötən həftə 2021-ci ildən indiyədək ən pis həftəsini tamamlayıb.
Artıq 2-ci rübdür ki, dolların güclənməsi və 10 illik xəzinə istiqrazlarının dəyər qazanması fonunda qızıl ard-arda ucuzlaşır.
Ümumilikdə, sentyabr ayı ərzində 4% dəyər itirdiyi halda, 3-cü rübdə 3.7% ucuzlaşıb.
Qiymətin 1900$ səviyyəsinin alt sərhədlərini test etməsi əsaslı satışlara siqnal vermir.
Həmçinin ABŞ-da inflyasiyanın arzuolunan sərhəddə yaxınlaşması faiz dərəcəsinin geriləməsinə,
bununla da qızıla marağın yenidən yüksəlməsinə səbəb ola bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1880.00, 1900.00
- Eniş hədəfləri: 1820.00, 1800.00
Neft 2022-ci ilin yaz ayından indiyədək ən güclü rübünü tamamlayıb.
Bu əsasən “OPEK+”in qiymət siyasəti ilə bağrı qərarı fonunda baş verib.
Ötən həftə açıqlanan məlumata görə,
Rusiya oktyabr ayında ölkə daxilində qiyməti aşağı salmaq məqsədilə dizel yanacağı ixrac etməyəcək.
WTI markalı neft ötən həftəni 91$ altında bağlasa da,
Brent markalı neft həftəni, ayı və rübü 95$ sərhəddi üzərində tamamlayıb.
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 97.00, 103.00
- Eniş hədəfləri: 89.00, 84.00
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 97.00, 102.00
- Eniş hədəfləri: 87.00, 83.00
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!