Dəyərli "Unibank" istiqrazları. Illik 6% gəlir

Bu gün, 26 oktyabr 2021-ci il tarixində “Unibank Kommersiya Bankı” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. İstiqraz buraxılışın ümumi məbləği 15 000 000 (on beş milyon) ABŞ dolları təşkil edir. Tədavül müddəti 6 il olan bu qiymətli kağızların ödəniş müddəti 3 aydan bir nəzərdə tutulmuşdur.

Yerləşdirmə üzrə anderrayterlər “Unicapital İnvestisiya Şirkəti” ASC və “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Emissiyanın həcmi: 15 000 000 ABŞ dolları;
Say: 15 000;
Nominal dəyər: 1000 USD;
İllik faiz dərəcəsi: 6 % təşkil edir.
Faiz ödənişi: rüblük

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close