Foreks bazarının həftəlik təqvimi və analitikası 26.01.2026 - 01.02.2026

UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:

Keçən həftə qlobal bazarlarda qiymət hərəkətlərinin əsas istiqamətini
yenə də geosiyasi xəbərlər və ABŞ administrasiyasının ziddiyyətli
açıqlamaları müəyyən etdi. Trampın İranla bağlı hərbi müdaxilə mesajları,
Avropaya qarşı tarif təhdidləri və Qrenlandiya məsələsi bazarda riskdən
qaçış davranışını artırdı. Dolların zəifləməsi məhz bu siyasi qeyri-müəyyənlik
fonunda baş verdi. EUR/USD isə yanvar maksimumlarına yaxın səviyyələrdə
müsbət istiqamətini qorusa da, ümumi bazar dinamizmi əsasən ABŞ-dəkı
pul siyasəti qərarlarına fokuslanıb.

Yeni həftədə bazarların əsas diqqəti Federal Ehtiyat Sisteminin (FED) ilin ilk
iclasına yönəlib. Faizlərin dəyişməz saxlanılması gözlənsə də, bazar üçün əsas
siqnal C.Pauelin gələcək addımlarla bağlı verəcəyi mesajlar olacaq. Paralel olaraq,
qızıl təhlükəsiz liman kimi rekordlara yaxın ticarət olunur, neft isə İran riskləri
səbəbilə volatilliyini saxlayır. Ümumi mənzərə göstərir ki, bazarlar hazırda
xəbərlərə həssas və istiqamət baxımından isə qeyri-sabit mərhələdədir.

ABŞ

ABŞ bazarlarında əsas təzyiq məhz siyasi faktorlardan qaynaqlanır. Trampın
həm xarici siyasətdə (İran, Qrenlandiya), həm də ticarət müharibəsi isə bağlı
sərt mövqe nümayiş etdirməsi dollar üzərində qeyri-müəyyənlik yaradır. Bundan
əlavə, Federal Ehtiyat Sisteminə qarşı artan təzyiqlər və C.Pauel ətrafında hüquqi
proses xəbərləri bazarda FED-in müstəqilliyi ilə bağlı suallar doğurur.

Bu həftə diqqət tam şəkildə FED-in qərarına yönələcək. Faizlər dəyişməz qalsa belə,
C.Pauelin mətbuat konfransında inflyasiya və əmək bazarı ilə bağlı verəcəyi mesajlar
mart ayı üçün gözləntiləri formalaşdıracaq. ABŞ-dən açıqlanacaq bəzi orta səviyyəli
göstəricilər (istehlakçı etimadı, uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar)
ikinci plandadır.

27 yanvar

17:00 – Prezideni D.Trampın çıxışı
19:00 – İstehlakçı güvən indeksi (yanvar)

28 yanvar

17:30 – Prezident D.Trampın çıxışı
19:30 – Xam neft ehtiyatları
23:00 – Uçot faiz dərəcəsi ilə bağlı qərarı
23:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) açıqlaması
23:30 – Federal Açıq Bazar Komitəsinin (FOMC) mətbuat konfransı

29 yanvar
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı

30 yanvar

17:30 – İstehsalçı qiymətlərinin indeksi (dekabr)

Avrozona

Avrozona tərəfdən xəbərlər əsasən inflyasiya risklərinin aşağı istiqamətli olmasına işarə
edir. Avropa Mərkəzi Bankının (AMB) protokolları göstərdi ki, bəzi üzvlər inflyasiyanın
daha da zəifləyəcəyini düşünür və tənzimləyici addımlarda tələsməmək mövqeyi güclənir.
Dekabr HICP göstəricisinin 1.9%-ə təsdiqlənməsi qiymət artımının artıq nəzarət altında
olduğunu göstərir.

Almaniyada iqtisadi gözləntilər indeksinin yaxşılaşması müəyyən müsbət siqnal versə də,
real iqtisadi aktivlik hələ də zəifdir. PMI göstəriciləri qeysi-müəyyən qalır və avroya sistemli
dəstək yaratmır. Ümumilikdə EUR/USD-də hərəkət daha çox ABŞ dollarının gücü və
bazar risk əhvalına bağlıdır.

30 yanvar

13:00 – Almaniyada ümumi daxili məhsul göstəricisi (4-cü rüb)

17:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (aylıq) (yanvar)

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 1.1918; 1.2000; 1.2100
  • Eniş hədəfləri: 1.1800; 1.1730; 1.1660

Neft

Neft bazarında qiymətlər İran ətrafında yaranan risklər fonunda yüksək volatillik
nümayiş etdirir. Hərbi eskalasiya ehtimalı qısamüddətli alış dalğaları yaratsa da,
qlobal təklifin yüksək qalması qiymətlərin davamlı şəkildə yüksəlməsini məhdudlaşdırır.
Brent texniki olaraq enən trend daxilindədir və yüksəlişlər əsasən korrektiv
xarakter daşıyır.

WTI isə həftə ərzində 60 dollar üzərində qalmağa çalışsa da, bazar hər dəfə xəbərlərə
bağlı kəskin geri dönüşlər göstərir. İranla bağlı real müdaxilə baş vermədiyi müddətdə
neft qiymətləri daha çox dalğalı və qeyri-sabit strukturda qalacaq.

Cari həftənin gözləntiləri (Brent):

  • Artım hədəfləri: 68.45; 72.55; 78.65
  • Eniş hədəfləri: 62.85; 58.45; 52.65

Cari həftənin gözləntiləri (WTI):

  • Artım hədəfləri: 61.30; 64.10; 68.00
  • Eniş hədəfləri: 59.00; 58.70; 56.00

Qızıl

Qızıl bazarı bu həftə geosiyasi gərginliyin yenidən artması və Federal Ehtiyat Sisteminin
qərarı ərəfəsində təhlükəsiz aktivlərə güclü axın fonunda tarixi zirvələrini genişləndirərək
5,100 dollar zonasına qədər yüksəlib. ABŞ-Avropa ticarət münasibətlərində tarif riski,
İran ətrafında mümkün eskalasiya ehtimalı və Tramp administrasiyasının qeyri-sabit
siyasi ritorikası investorları riskdən qaçmağa vadar edir. Paralel olaraq ABŞ dollarının
zəifləməsi və mərkəzi bankların davamlı qızıl alışları yüksəliş trendini struktur olaraq
dəstəkləyir. Qiymət texniki baxımdan “həddən artıq alış” zonada qalsa da, bazarda
ciddi satış təzyiqi formalaşmayıb və ümumi impuls alıcıların tərəfində qalır.

Bu həftənin əsas katalizatoru iki günlük FOMC iclasıdır. Faizlərin dəyişməz saxlanılması
gözlənilsə də, C.Pauelin çıxışında gələcək faiz endirimi ilə bağlı veriləcək mesajlar qızılın
növbəti istiqamətini müəyyən edəcək. Yumşaq və ehtiyatlı ton dolları daha da zəiflədərək
qızılı 5,200-5,300 dollar zonalarına doğru daşıya bilər. Əksinə, inflyasiya risklərinə
fokuslanan sərt mövqe qiymətdə qısamüddətli korreksiya yarada bilər, lakin geosiyasi
faktorlar və təhlükəsiz liman tələbi qızıl üçün əsas dəstək olaraq qalmağa davam edir.

Cari həftənin gözləntiləri:

  • Artım hədəfləri: 5100; 5200; 5300
  • Eniş hədəfləri: 4935; 4800; 4720

Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!

https://t.me/uforex_az

Ətraflı məlumat üçün sorğu göndər

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close