{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə bazarda yüksək volatillik müşahidə olundu. Bunun əsas səbəbləri geosiyasi gərginlik və açıqlanan iqtisadi göstəricilər oldu.
ABŞ dolları qeyri-müəyyən ticarət siyasəti və qarışıq iqtisadi göstəricilər fonunda dəyər itirdi.
Avro Almaniyada keçirilən seçkilərdə Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) blokunun qələbəsindən sonra möhkəmləndi.
Yaponiya yeninin məzənnəsi inflyasiyanın gözlənilməz artması səbəbilə yüksəldi.
Avstraliya dolları və digər əmtəə valyutaları qlobal ticarət qeyri-müəyyənliyi səbəbindən təzyiq altında qaldı.
Bu həftə treyderlər ABŞ-nin ticarət siyasətinə və yeni tariflərin tətbiqi ehtimalına diqqət yetirəcəklər. ABŞ-də ÜDM və inflyasiya göstəricilərinin açıqlanması FED-in gələcək siyasəti barədə yeni siqnallar verəcək.
Avrozonada isə inflyasiya göstəriciləri və ECB-nin iclas protokolları əsas diqqət mərkəzində olacaq.
Neft və digər əmtəələrin qiymətləri geosiyasi hadisələrə və tələb-təklif balansına uyğun dəyişəcək.
ABŞ
ABŞ dolları ilin əvvəlindən bəri ən aşağı səviyyəyə düşdü.
Donald Trampın avtomobil, yarımkeçirici və əczaçılıq məhsulları idxalına 25% rüsum tətbiq edəcəyini elan etməsi bazarda qeyri-müəyyənlik yaratdı.
Yanvar ayı üçün pərakəndə satış göstəriciləri 0,9% azaldı – bu, 2023-cü ilin mart ayından bəri ən böyük geriləmədir.
Bu cür vəziyyət istehlak xərcləri və ümumi iqtisadi vəziyyətlə bağlı narahatlıqları artırdı.
FED inflyasiya risklərinə görə ehtiyatlı mövqeyini qoruyur və faiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı qərarları diqqətlə ölçüb-biçməyə üstünlük verir.
Bu həftə ABŞ-nin ÜDM göstəriciləri və şəxsi istehlak xərcləri (PCE) indeksi açıqlanacaq.
Bu məlumatlar FED-in gələcək addımları ilə bağlı daha dəqiq proqnoz verməyə kömək edəcək.
25 fevral
19:00 – İstehlakçı güvən indeksi (fevral)
26 fevral
19:00 – Xam neft ehtiyatları
19:00 – Yeni mənzil satışları (yanvar)
27 fevral
17:30 – Ümumi daxili məhsul göstəricisi (4-cü rüb)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
28 fevral
17:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (yanvar)
17:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (yanvar)
Avrozonа
Avro güclənərək $1.0528 səviyyəsinə çatdı.
Bunun əsas səbəbi Almaniyada keçirilən seçkilərdə CDU/CSU blokunun qalib gəlməsi oldu.
Bu qələbənin siyasi sabitliyi artıracağı, hökumətin müdafiə və infrastruktur layihələrinə daha çox vəsait ayırması ilə nəticələnəcəyi gözlənilir.
Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri iqtisadi göstəricilər olmadan siyasətin həddindən artıq yumşaldılmasının riskli olduğunu bildirirlər.
Yanvar ayında ECB depozit faizini 25 baza bəndi azaldaraq 2,75%-ə endirib.
Mart ayında isə zəif iqtisadi artım və inflyasiya risklərinə görə növbəti faiz endirimi mümkündür.
Bu həftə diqqət ECB-nin iclas protokolları və Avrozonanın inflyasiya (CPI) göstəricilərinin açıqlanmasına yönələcək.
Bu məlumatlar ECB-nin növbəti qərarlarını müəyyənləşdirəcək.
24 fevral
14:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (yanvar)
25 fevral
11:00 – Almaniyada ümumi daxili məhsul göstəricisi (4-cü rüb)
28 fevral
17:00 – Almaniyada istehlak qiymətləri indeksi (fevral)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.0486; 1.0497; 1.0509
- Eniş hədəfləri: 1.0463; 1.0451; 1.0440
Neft
Neftin qiyməti sabit qalıb – Brent nefti $74.76 səviyyəsində ticarət olunur.
İnvestorlar ABŞ-nin yeni tarif qərarlarının mümkün nəticələrini və Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı perspektivləri qiymətləndirirlər.
İraqın Neft Nazirliyi Kürdüstan neft yataqlarından İraq-Türkiyə neft boru kəməri vasitəsilə gündəlik ixracı 185 000 barrel artırmağı planlaşdırır.
Bu qərar dünya bazarında tələb-təklif balansına təsir edə bilər.
Eyni zamanda, Rusiya və ABŞ rəsmiləri arasında ikitərəfli münasibətlərin gücləndirilməsi ilə bağlı müzakirələr gedir.
Bu görüşlərin nəticələri geosiyasi vəziyyətə təsir edərək, neft qiymətlərinin gələcək dinamikasını müəyyən edə bilər.
Bundan əlavə, “OPEC+”un siyasətindəki mümkün dəyişikliklərin də bazarda qiymətlərin hərəkətinə təsir edəcəyi ehtimal onunur.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 70.53;70.68; 70.89
- Eniş hədəfləri: 70.17; 69.96 ; 69.81
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 75.64; 77.24; 78.16
- Eniş hədəfləri: 73.12; 72.20; 70.60
Qızıl
Qızılın qiyməti yüksəlməyə davam edir və bu yaxınlarda tarixi maksimuma – $2 954.81-ə çatıb.
Bunun əsas səbəbləri iqtisadi qeyri-sabitlik, ticarət müharibələri və inflyasiya riskləridir.
Bu amillər investorları qızıl kimi təhlükəsiz aktivlərə yönəldir.
“Goldman Sachs” və “UBS” il sonu üçün qızıl üzrə proqnozlarını müvafiq olaraq $3 100 və $3 200-ə qədər artırıblar.
Onların fikrincə, qızılın bahalaşmasının əsas səbəbi mərkəzi bankların artan tələbi və investorların qoruyucu aktivlərə marağıdır.
Eyni zamanda, “JPMorgan Chase” və “HSBC” London və Nyu-York arasında böyük həcmdə qızıl köçürürlər ki, bu da qiymət fərqlərindən qazanc əldə etmək və fyuçers müqavilələrindən mümkün itkiləri azaltmaq məqsədi daşıyır.
Bu həftə qızılın qiymətinə ABŞ-nin makroiqtisadi göstəriciləri təsir edəcək.
Əgər açıqlanacaq iqtisadi məlumatlar zəif olarsa, qızıla olan tələbat daha da artacaq. Əks halda, güclü iqtisadi göstəricilər qızılın bahalaşmasını məhdudlaşdıra bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 2954.03; 2958.13; 2960.95;
- Eniş hədəfləri: 2947.11; 2944.29; 2940.19;
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!