{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Dünya bazarları bu həftəyə gərginlik fonunda start verir. ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi aviazərbələrdən sonra investorlar Tehranın cavabını gözləyir. Eyni zamanda, ABŞ-də iqtisadi göstəricilər açıqlanacaq: FED-in sədri Cerom Pauellin çıxışı, ÜDM göstəricisi və inflyasiyanı əks etdirən əsas PCE indeksi. Bütün bu hadisələr bazarlarda yüksək dəyişkənliyə səbəb ola bilər. Kiçik bir açıqlama belə aktivlərin qiymətində kəskin hərəkətlərə yol aça bilər.
Həftənin əsas diqqət mərkəzi ABŞ olacaq. Çərşənbə axşamı və çərşənbə günü FED-in sədri C.Pauell Konqres qarşısında çıxış edəcək. Onun faiz dərəcələri və inflyasiya ilə bağlı verəcəyi siqnallar bazarlarda ciddi reaksiya doğura bilər.
Cümə günü may ayına dair əsas PCE inflyasiya indeksi açıqlanacaq. Proqnozlara görə, aylıq 0.1%, illik isə 2.6% artım gözlənilir.
Bundan əlavə, cümə axşamı ABŞ-nin birinci rüb üzrə yekun ÜDM məlumatı açıqlanacaq və iqtisadi tənəzzül təsdiqlənə bilər.
Əgər rəqəmlər zəif olarsa, bazar faiz endirimlərini daha da çox gözləməyə başlayacaq. Digər tərəfdən, ABŞ dolları hazırda geosiyasi risklər fonunda "təhlükəsiz liman" kimi güclənməyə davam edir.
23 iyun
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyun)
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (iyun)
18:00 – Təkrar mənzil bazarında satışlar (may)
24 iyun
18:00 – İstehlakçı güvən indeksi (iyun)
18:00 – FED-in rəhbəri C.Pauelin çıxışı
25 iyun
18:00 – FED-in rəhbəri C.Pauelin çıxışı
18:00 – Yeni mənzil satışları (may)
18:30 – Xam neft ehtiyatları
26 iyun
16:30 – Ümumi daxili məhsul göstəricisi (1-ci rüb)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
27 iyun
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (may)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (may)
Avropa və ABŞ arasında gömrük rüsumları ilə bağlı aparılan danışıqlar nəticəsiz qalır.
Prezident D.Tramp iyulun 9-na qədər razılaşma əldə olunmazsa, Avropa mallarına 50%-lik rüsum tətbiq edə biləcəyini bildirib.
Bu risklər fonunda EUR/USD məzənnəsi təxminən 1.1500 səviyyəsində qalır. Eyni zamanda, Avropa Mərkəzi Bankı faiz endirimi dövrünün sonuna gəldiyini açıqlayıb. K.Lagard və digər rəsmilər bildirir ki, indiki faiz səviyyələri kifayətdir və əlavə addımlar lazım deyil. Bazarlar bazar ertəsi günü dərc olunacaq PMI indekslərini izləyəcək.
Bu göstəricilər zəifləyərsə, avronun zəifləməsi mümkündür.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1560, 1.1630
- Eniş hədəfləri: 1.1435, 1.1380
Neft bazarı bu həftə əsasən İran ətrafında baş verən hadisələrlə idarə olunur. ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələr və İran parlamentinin Hörmüz boğazını bağlamaqla hədələməsi qiymətləri sürətlə yüksəltdi.
WTI nefti 78 dollar, Brent isə 77 dollar səviyyəsini keçdi. Qeyd edək ki, Hörmüz boğazı dünya neftinin 20%-nin daşındığı əsas strateji yoldur. Onun bağlanması qiymətləri 100 dollardan yuxarı qaldıra bilər. Hələlik bu, yalnız hədələrlə məhdudlaşır, amma vəziyyət hər an dəyişə bilər. İranın real cavabı və ya əksinə, danışıqlara qayıtması, bazarda kəskin dalğalanmalara səbəb olacaq.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 79.00, 85.00
- Eniş hədəfləri: 74.00, 70.00
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 78.00, 85.00
- Eniş hədəfləri: 75.00, 70.00
Qızıl
Gözlənildiyi kimi qızıl bu dəfə geosiyasi risklər fonunda güclənmədi. Qiymət 3400 dollar səviyyəsini aşa bilmədi və 3350 dollara qədər gerilədi. ABŞ dollarının güclü olması və müharibənin ABŞ-ni birbaşa cəlb etməməsi qızılın cazibəsini azaltdı.
Bu həftə Pauellin çıxışı və PCE inflyasiya göstəriciləri yenidən qızıl üçün həlledici ola bilər. Əgər çıxış "yumşaq" tonlarda olarsa və inflyasiya gözləniləndən aşağı çıxarsa, qızılın qiyməti arta bilər. Texniki baxımdan dəstək səviyyələri 3330 dollar, sonra isə 3300 və 3285 dollar ola bilər. Müqavimət isə 3400 və 3460 dollar səviyyələrində ola bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 3400, 3460
- Eniş hədəfləri: 3300, 3285
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!