{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə qlobal maliyyə bazarları üçün əsas mövzu ABŞ dollarının
struktur möhkəmlənməsi, geosiyasi risklərin artması və mərkəzi banklar
ətrafında yaranan siyasi qeyri-müəyyənlik oldu. ABŞ-də inflyasiya
göstəriciləri gözləntilərlə üst-üstə düşsə də, qiymət artımının hələ də
kifayət qədər zəifləməməsi Federal Rezervin ehtiyatlı mövqeyini
dəyişməsinə səbəb olmadı. Tramp administrasiyasının Venesuela, İran və
Qrenlandiya ətrafında yaratdığı gərgin fon investorları müdafiə mövqeyinə
keçməyə vadar etdi. Avrozonada açıqlanan makroiqtisadi göstəricilər
sabitlik nümayiş etdirsə də, artımın zəif olduğunu göstərdi və bu, avronun
məzənnəsinə əlavə dəstək yaratmadı.
Cari həftədə bazarların diqqəti əsasən ABŞ PCE inflyasiyası, PMI
göstəriciləri və Davos İqtisadi Forumu çərçivəsində səslənəcək açıqlamalara
yönələcək. Ümumi risk fonu hələlik dəyişməyib: investorlar aqressiv risk
almaqdansa, mövqelərini qorumağa üstünlük verirlər. Bu isə dollar və qızıl
üçün dəstək, risk aktivləri üçün isə məhdud hərəkət deməkdir.
ABŞ iqtisadiyyatı tədricən yavaşlayır, lakin kəskin geriləmə və ya böhran
əlamətləri göstərmir. Əmək bazarı zəifləmə siqnalları versə də, sistemli
risk hələ görünmür. İnflyasiya hədəfdən yuxarı qalmaqda davam edir və bu,
Federal Rezervin tələsmədən hərəkət etməsinə səbəb olur. Əlavə olaraq,
FED sədrinin gələcəyi ilə bağlı siyasi qeyri-müəyyənlik bazarda yeni
uzunmüddətli mövqelərin açılmasını məhdudlaşdırır.
Bu həftə açıqlanacaq PCE inflyasiya göstəriciləri dollar üçün əsas istiqamətverici
faktor olacaq. Gözləntilərdən yüksək rəqəmlər dolların mövqeyini daha da
gücləndirə, zəif rəqəmlər isə yalnız qısamüddətli korrektiv hərəkət yarada bilər.
21 yanvar
17:30 – ABŞ Prezidenti D.Trampın çıxışı
22 yanvar
17:30 – Ümumi Daxili Məhsul göstəricisi (rüblük) (3-cü rüb)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
19:00 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (noyabr)
19:00 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (noyabr)
21:00 – Xam neft ehtiyatları
23 yanvar
18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (yanvar)
18:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (yanvar)
Avrozona iqtisadiyyatı balanslı, lakin aşağı templə inkişaf edir. İnflyasiya artıq
nəzarət altındadır, lakin sənaye və daxili tələbin zəifliyi davam edir. Avropa
Mərkəzi Bankının (AMB) rəsmiləri açıq şəkildə gözləmə mövqeyini saxlayır və
bazara yeni monetar siqnal vermir. Bu fonda avro üçün əsas problem ABŞ-lə
faiz və artım fərqinin davam etməsidir.
Bu həftə Almaniya və Avrozona üzrə iqtisadi əhvali-ruhiyyəni əks etdirən göstəricilər
açıqlanacaq. Lakin bu məlumatların avronun ümumi trayektoriyasını dəyişmək
potensialı məhduddur. EUR/USD-də hər yüksəliş daha çox satış fürsəti kimi
qiymətləndirilir.
19 yanvar
14:00 – İstehlak qiymətləri indeksi (illik) (dekabr)
20 yanvar
14:00 – Avropa İqtisadi Tədqiqatlar Mərkəzi (ZEW) tərəfindən açıqlanan
Almaniyada iqtisadi əhval indeksi
Cari həftənin gözləntiləri:
Neft bazarında qiymətlərin davranışı əsasən geosiyasi səs-küy üzərində formalaşır.
İran və Venesuela ətrafında xəbərlər qiymətlərdə kəskin, lakin davamlı olmayan
hərəkətlər yaradır. Bununla yanaşı, qlobal təklif hələ də yüksəkdir və bu, orta
müddətli yüksəlişi məhdudlaşdırır.
WTI-də volatillik yüksək qalır və bazar xəbərlərə həssasdır. Brent isə texniki olaraq
enən kanalda hərəkət edir və yüksəlişlər daha çox korrektiv xarakter daşıyır. Cari həftədə
neft bazarında dalğalanma davam edəcək, lakin fundamental dönüş ehtimalı aşağıdır.
Cari həftənin gözləntiləri (Brent):
Cari həftənin gözləntiləri (WTI):
Qızıl bazarı hazırda qlobal qeyri-müəyyənlikdən maksimum faydalanan əsas aktivdir.
FED-in gələcək siyasəti ilə bağlı suallar, geosiyasi risklər və dolların siyasi təsirlərə
məruz qalması qızılı güclü saxlayır. Texniki baxımdan trend açıq şəkildə yuxarı
yönlüdür və geri çəkilmələr daha çox alış fürsəti kimi qəbul olunur.
Bu həftə inflyasiya və PMI məlumatları qızıl üçün qısamüddətli volatillik yarada bilər.
Lakin ümumi struktur dəyişmir: qızıl portfellər üçün əsas qoruyucu alət olaraq qalır.
Cari həftənin gözləntiləri:
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!