Forex" maliyyə bazarı haqda məlumat kifayət qədər çoxdur.

Bilikləri sistemləşdirmək üçün isə yeni başlayan treyderlərə bir neçə kitab tövsiyə edə bilərik:

1. Bill Vilyams "Ticarət xaosu"
Kitab treyderlər arasında bestsellerdir. Bill Vilyams bildirir ki, bazarlar - riyaziyyat, fizika və statistika qanunlarına tabe olan təbiət hadisəsidir. Həmçinin, kitabda treydinqin psixologiyasına geniş yer ayrılıb.

2. Cim Braun - Forex treydinqi: Sadə dildə izah olunan əsaslar
Adından da aydın olduğu kimi, kitab yeni başlayan treyderlər üçün birjanın əsaslarını izah edir. Müəllif kitabda treydinq psixologiyası, müxtəlif strategiyalar, bazarın xüsusiyyətləri haqda bəhs edir.

3. Keti Lin - Valyuta bazarında Deytreydinq və Svinq treydinq
Kitab qısamüddətli zaman intervalında treyd etmək və strategiya qurmaq istəyən şəxslər üçün faydalı vəsaitdir.

Bəs Sizin maliyyə bazarları haqda favorit kitablarınız və müəllifləriniz hansıdır?

Təcrübənizi digər treyderlərlə şərhdə bölüşün!

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close