Foreksdə birja heyvanları – Treyderlər üçün termin bələdçisi

Maliyyə dünyası hətta ən təcrübəli investorları belə çaşdıra biləcək foreks terminləri ilə doludur. Foreks terminlərinin əsas elementlərindən biri metaforlardır, daha dəqiq desək heyvan adlarıdır. Bəs necə oldu ki, “buğalar”, “ayılar” və “köpəkbalıqları” birjadakı mövqelərini bu qədər möhkəmləndirməyi bacardılar?

Cavab sadədir: heyvanlar mükəmməl şəkildə bazar iştirakçılarının davranışını əks etdirirlər. Aqressif buğa yüksəlişi, ayı ehtiyatlılığı və tənəzzülü, hiyləgər köpəkbalığı isə sürətli qazanc üçün ov edən amansız yırtıcını simvollaşdırır. Maliyyə bazarı terminləri iştirakçıların davranışını təcəssüm etdirir, mürəkkəb anlayışları başa düşülən və aydın edir. Heyvan metaforaları maliyyə dalğalanmalarını müşayiət edən dinamika və emosiyaları vizuallaşdırmaq, bununla da məlumatı effektiv şəkildə çatdırmaq üçün istifadə olunur. Gəlin birjada hər bir heyvan adının nə mənaya gəldiyini aydınlaşdıraq.

Buğalar və Ayılar: Birjanın əsas iştirakçıları


Birjada "buğa" və "ayı" ifadələri qiymət hərəkətinin iki əks istiqamətini təsvir etmək üçün əsas simvollara çevrilmişdir.

Foreksdə buğa nə deməkdir?

Buğa optimizm və artım simvoludur. İnsanlar buğa bazarı haqqında danışarkən, səhmlərin və ya digər aktivlərin qiymətlərinin sürətlə yüksəldiyi dövrü nəzərdə tuturlar. İnvestorlar gələcəyə inamla baxır, aktivlərin dəyərinin daha da artacağını gözləyərək onların alışını həyata keçirirlər. Foreksdə buğa termini, müsbət iqtisadi göstəricilər, şirkətlərin artan mənfəəti və maliyyə bazarlarının sabitliyi ilə xarakterizə olunur.

Foreksdə ayı nə deməkdir?

Ayı, əksinə, tənəzzülü və pessimizmi rəmzləşdirir. Ayı bazarı səhm qiymətlərinin düşdüyü və investorların öz itkilərini minimuma endirmək üçün aktivləri satmağa başladığı dövrdür. Bu, iqtisadi artımın yavaşlaması, korporativ mənfəətin azalması və bazar qeyri-müəyyənliyi ilə əlaqələndirilir. “Ayı” öz pəncəsi ilə bazarı “aşağı sıxır”, bu da treyderlər arasında ümumi təlaş və ya ehtiyatlılıq vəziyyəti yaradır.

“Buğa və ayı” bazarlarına nümunələr

Buğa bazarına misal olaraq 2009-cu ildən 2020-ci ilə qədər olan dövrü göstərmək olar ki, bu zaman qlobal fond bazarları maliyyə böhranından sonra əhəmiyyətli artım nümayiş etdirdi. Ayı bazarına misal olaraq isə 2008-ci ilin qlobal böhranını göstərmək olar. Həmin dövrdə aktivlərin qiymətləri kəskin şəkildə aşağı endi və investorlar gələcəkdə yarana biləcək itkiləri nəzərə alaraq, bazarı tərk etməyə çalışırdılar.

Dovşan və Tısbağalar: Bazar sürəti və strategiyaları


İnvestor və treyderlər maliyyə məqsədlərinə çatmaq üçün müxtəlif strategiyalardan istifadə edirlər. Dovşan və tısbağa obrazları da onların davranışını təsvir edən məşhur metaforlardan hesab olunur. Bu heyvanlar qərar qəbul etmə sürətinə əsaslanan iki əks investisiya strategiyasını simvollaşdırır.

Foreksdə dovşan nə deməkdir?

Foreksdə dovşanlar qısamüddətli mənfəətə yönələn treyderlərdir. Onların əsas strategiyası qiymət dəyişmələrindən faydalanmaq üçün aktivləri tez bir zamanda alıb-satmaqdır. Bu cür treyderlər ən qısa zamanda qərar qəbul edə bilmək üçün xəbərləri, analitikləri və bazar tendensiyalarını fəal şəkildə izləyirlər. “Dovşanlar”, adətən, bazarda ən kiçik dalğalanmalardan qazanc əldə etmək üçün gündəlik ticarət və ya skalpinq kimi üsullardan istifadə edirlər. Lakin belə strategiya yüksək diqqət və təcrübə tələb edir, çünki qısamüddətli əməliyyatlar son dərəcə risklidirlər və onların proqnozlaşdırılması olduqca çətindir.

Foreksdə tısbağa nə deməkdir?

"Tısbağalar" uzunmüddətli strategiyaya əsasən hərəkət edirlər. Bu investorlar dəyəri asta-asta, lakin sabit artan aktivləri almağa üstünlük verirlər. Gəlir əldə etmək üçün onlar bəzən bir neçə il, bəzən isə onilliklər ərzində gözləyirlər. Sözügedən treyderlər qısamüddətli dalğalanmalara daha az reaksiya verirlər. Onların əsas hədəfi güclü, perspektivli şirkətlərə uzunmüddətli investisiya yatıraraq qazanc əldə etməkdir. Bu yanaşma daha az risklə müşayiət edilir, lakin investorlardan səbr və düzgün aktivləri seçmək bacarığı tələb edir.

Bu iki strategiya maliyyə bazarına necə təsir göstərir?

“Dovşanlar” aktivlik və volalitlik gətirir, bazarı likvid saxlayır, bu da bazarın qiymət dəyişikliklərinə daha tez reaksiya verməsinə kömək edir. “Tısbağalar” isə uzunmüddətli sərmayələr vasitəsilə bazarı sabitləşdirirlər. Hər ikisi birlikdə bazarın tarazlaşdırılmasında mühüm rol oynayırlar.

Aqressiv bazar oyunçuları: Köpəkbalıqları və Voll-Strit canavarları


Foreksdə Voll-strit canavarları nə deməkdir?

"Canavar" termini böyük gəlirlər üçün əhəmiyyətli risklərə hazır olan aqressiv və iddialı treyderləri təsvir edir. Onlar əsasən qrup şəklində hərəkət edirlər. Vəhşi təbiətdəki canavarlar kimi, bu bazar iştirakçıları da ov instinktləri nümayiş etdirir, ən gəlirli sövdələşmələri “yaxalamağa” çalışırlar. Rəqiblərə qalib gəlmək və nəyin bahasına olursa olsun birja liderinə çevrilmək üçün tez və qətiyyətlə hərəkət etməkdən qorxmurlar. Lakin onu da qeyd etmək lazımdır ki, Voll-strit canavarlarının bazar strategiyası təkcə böyük mənfəət deyil, həm də qarşılıqlı əlaqədə olduqları şirkətlərin maliyyə sabitliyi üçün böyük risklər gətirir.

Foreksdə köpəkbalıqları nə deməkdir?

"Canavar"dan fərqli olaraq, “köpəkbalıqları” tək hərəkət edirlər. Onların əsas məqsədi digər birja iştirakçılarının və ya ümumi vəziyyətin zəifliyindən istifadə etməkdir. “Köpəkbalıqları” öz bilik və təsir etmə bacarıqları sayəsində daha az təcrübəli və ya daha az məlumatlı treyderləri qabaqlayırlar.

Göyərçin və Şahinlər: Siyasətin birjaya təsiri


Maliyyə bazarlarında "göyərçin" və "şahin" kimi foreks terminləri mərkəzi bankın pul siyasətinə müxtəlif yanaşmaların tərəfdarlarını təsvir etmək üçün istifadə olunur. Sözügedən tərəfdarlar bazara birbaşa təsir göstərir, çünki dövlətin pul siyasəti investorların davranışını və qiymətlərin dinamikasını kökündən dəyişə bilər.

Foreksdə göyərçin nə deməkdir?

Göyərçinlər” iqtisadi artımı stimullaşdırmaq və yeni iş yerləri yaratmaq məqsədi daşıyan yumşaq pul siyasətinin tərəfdarlarıdır. Kredit xərclərini azaltmaq və pula çıxış imkanlarını artırmaq üçün, onlar aşağı faiz dərəcələrinin təyin edilməsi və pul kütləsinin çoxaldılması kimi tədbirlərə üstünlük verirlər. “Göyərçinlər” hesab edirlər ki, işsizliklə mübarizə inflyasiyaya nəzarət etməkdən daha vacibdir. Bu yanaşma biznesin genişlənməsini təşviq edir. Bu isə öz növbəsində investorların gələcək iqtisadi artımdan qazanc əldə etmək ümidi ilə səhmlərə və digər aktivlərə yatırım etmələri nəticəsində birjanın yüksəlişinə səbəb olur.

Foreksdə şahin nə deməkdir?

Şahinlər”, əksinə, sərt pul siyasətini hədəfləyirlər. Onlar inflyasiyaya nəzarət etməyə çalışır və yüksək faiz dərəcələrini qoruyurlar. “Şahinlər” hesab edirlər ki, güclü iqtisadiyyatın əsası sabit valyuta və aşağı inflyasiyadır. Sərt pul siyasəti ucuz kreditlərin istifadəsini və iqtisadiyyatın həddindən artıq “qızmasına” maneə yaradır.

Mövzu barədə daha ətraflı məlumat almaq üçün, daha öncə paylaşdığımız “Maliyyə bazarlarında ən çox istifadə edilən ticarət terminləri” məqaləsi ilə də tanış ola bilərsiniz.

Beləlilkə, foreks terminlərli haqda biliyə malik olmaq güclü treyder kimi formalaşmağınızda çox böyük önəm daşıyır. Bu maliyyə bazarı terminləri gizli risk və fürsətləri görməyiniz, bununla da müxtəlif amillərin təsiri altında aktivlərin necə dəyişə biləcəyinə dair daha dolğun fikrə sahib olmağınıza kömək olacaqlar. Sözügedən terminlərin sayəsində sürətlə dəyişən bazar şərtlərinə uyğunlaşa, əsaslandırılmış qərarlar qəbul edə və mənfi amillərin təsirini minimuma endirə biləcəksiniz. Bu məlumatlar treyderlərə aşağıdakı üstünlükləri qazandıracaq:

  • - Sürətli qərar qəbul etmək
  • - Riskləri və imkanları analiz edə bilmək
  • - Strategiya qurmaq və proqnozlaşdırmaq bacarıqlarını təkmilləşdirmək.

Öyrəndiklərinizi praktikada tətbiq etməyə hazırsınız? O zaman ilk addımı atın və demo hesabda ticarətə başlayın.

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close