Dalğa nəzəriyyəsi, Ralf Nelson Elliotun kütləvi hərəkətlərin təkrarlanan dalğa formalarını araşdıraraq proqnozlaşdırdığı nəzəriyyədir.
R.N. Elliot kainatı təşkil edən bütün sistemlər kimi bazar hərəkətlərinin də təbiət qanunlarına uyğun və müəyyən sərhədlər daxilində hərəkət etdiyini qəbul etmiş və bu araşdırmalar əsasında Elliot analizinin rasional sistemini işləyib hazırlamışdır.
Dalğa nəzəriyyəsinə görə bazar davranışları müəyyən bir səbəbə, alqoritmə əsaslanır və nəticədə meydana gələn inkişaf sonrakı dəyişikliklərə proqnoz verir. Treyder verdiyi hər bir ticarət qərarında əvvəlki və cari əməliyyatlardan təsirlənir, ona görə də keçmiş əməliyyatlar növbəti treydinq həmlələrini də təşviq edir.
Bazarda baş verən proseslər müəyyən zaman kəsiyində müəyyən bir struktur yaradır. Bu cür nümunələrin zamanla təkrarlanması onlara gələcək dəyişiklikləri qabaqcadan görmək imkanı verir. Bazarın özünəməxsus xüsusiyyətləri var və bazarda dəyişikliklər həmişə eyni istiqamətdə olmur. İnkişaflar davamlı bir ritmə uyğun gəlmir. Bununla belə, qiymət dəyişiklikləri həmişə aydın struktur nizamını qoruyur.
Bu nümunə "dalğa nümunəsidir". Dalğaları müəyyən bir istiqamətə malik hərəkət nümunəsi kimi qəbul etmək olur.