"Meta Trader 4" qlobal ticarət platformasında valyuta cütlükləri, qiymətli metallar, indekslər və daha 100-dən çox alətlə investisiya edərək qazanmağa başlayın.
“Foreign Exchange” birləşməsindən yaranan foreks termini valyuta məzənnələrinin qiymət fərqinə əsasən aparılan alış və satış əməliyyatlarını ifadə edir. Dünyanın ən böyük valyuta bazarı olan bu bazar, fiziki bir məkanda mövcud olmadığı üçün birjadan kənar ticarət hesab olunur. Foreks bazarının digər bazarlardan əsas fərqi ticarətin 5 gün 24 saat mümkün olmasıdır. Ölkəmizdə marjinal ticarət kimi də adlandırılan foreks ticarəti Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə əsasən rəsmi qaydada tənzimlənir.
Foreks bazarının ən populyar ticarət alətləri valyuta cütlükləri, qızıl, gümüş kimi qiymətli metallar, neft, qaz kimi əmtəələr və birja indeksləridir. Ən çox ticarət olunan valyuta cütlüyü EUR/USD hesab olunur. Bu avronun dollara nisbəti kimi ifadə olunur.
UForex hesabını tam onlayn, SİMA İmza vasitəsilə açmaq mümkündür. Bunun üçün https://account.uforex.az/register linkinə daxil olub qeydiyyatdan keçmək kifayətdir. Ticarətə başlamaq üçün minimal depozit 50 ABŞ dollarıdır. Bu məbləğ birbaşa müştərinin ticarət hesabına əlavə olunur və bu vəsaitlə ticarət əməliyyatlarına başlaq olar.
Səhm bazarında əsas gəlir şirkətlərin səhmlərinin qiymət artımı və dividendlərdən yaranır, ticarət ədatən konkret saatlarda həyata keçirilir. Foreks bazarında isə valyuta cütlükləri, qızıl, neft kimi maliyyə alətləri ilə 5/24 rejimində aparılır və qiymətlər qlobal iqtisadi və siyasi faktorlarla daim dəyişir. Foreks bazarı qiymət dəyişikliklərindən qısa müddətdə qazanc əldə etməyə yönəlmiş aktiv bazar fəaliyyətidir. Səhm bazarı isə aktivlərin zamanla dəyər qazanmasına əsaslanan uzunmüddətli yanaşmadır.
Foreks ticarətində riskləri tamamilə aradan qaldırmaq mümkün olmasa da, onları effektiv şəkildə idarə etmək mümkündür. Bunun üçün əsas addımlar düzgün strategiya qurmaq, hər əməliyyatda risk səviyyəsini öncədən müəyyənləşdirmək və “stop-loss” kimi qoruyucu alətlərdən istifadə etməkdir. Ən əsası isə emosional davranmamaq və daim bazar analizi aparmaqdır.