{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə bazarlar əsasən ABŞ-dən gələn fiskal və ticarət xəbərləri fonunda hərəkət etdi.
Prezident Trampın Avropa İttifaqına 50% tarif təhdidi və vergi–xərcləmə islahatı investorları
ehtiyatlı davranmağa vadar etdi. ABŞ dolları bu amillərlə dəyər itirdi,
bu da EUR/USD, GBP/USD və qızılın qiymətini yüksəltdi.
Avropada isə zəif biznes fəaliyyəti göstəriciləri avronun yüksəlişini məhdudlaşdırdı.
Neft isə ABŞ-də bayramqabağı minimum göstəricilərə yaxın səviyyədə bağlandı və geosiyasi gərginlik
fonunda volatillik nümayiş etdirdi.Bu həftə diqqət Federal Ehtiyat Sisteminin (FED) toplantı protokolları,
ABŞ-də inflyasiya və ÜDM-in yenidən qiymətləndirilməsinə yönələcək.Eyni zamanda, Almaniyada pərakəndə
satış və inflyasiya göstəriciləri (HICP )də bazarlara təsir edə bilər. Ticarət sahəsində baş verəcək yeni açıqlamalar
isə yenidən risk iştahını dəyişə bilər.
ABŞ
ABŞ dolları dörd həftəlik yüksəlişini dayandıraraq təzyiq altında qaldı. Bu, əsasən Prezident Trampın
Avropa və Çinlə ticarət münasibətlərində sərt mövqeyi ilə bağlıdır. Trampın “One Big Beautiful Bill Act” adlandırdığı
vergi və dövlət xərcləri ilə bağlı qanun layihəsi, dövlət borcunun 3-5 trilyon dollar artmasına səbəb ola və iqtisadi
sabitliyə dair narahatlıqları artıra bilər.İqtisadi göstəricilər isə qarışıq siqnallar verir. PMI göstəriciləri və xidmət sektorunda
artım qeydə alınsa da, fiskal qeyri-müəyyənlik və tarif təhdidləri ABŞ iqtisadiyyatına dair narahatlıqları artırır.
FED-in son toplantısında faizlər dəyişməsə də, açıqlamalarda inflyasiya və işsizlik riskləri vurğulandı.
Bu isə FED-in yaxın aylarda faiz endirimi etmə ehtimalını göstərir.
Bu həftə bazarların əsas diqqətində FOMC protokolları və PCE inflyasiya göstəriciləri olacaq.
Əlavə olaraq, Tramp administrasiyasından gələcək yeni tarif açıqlamaları USD-yə təsir edə bilər.
26 may
Gün ərzində ABŞ-də qeyri-iş günüdür
27 may
18:00– İstehlakçı güvən indeksi (may)
28 may
22:00 – Federal Açıq Bazar Komitəsinin (FOMC) protokollarının dərci
29 may
16:30 – Ümumi daxili məhsul göstəricisi (1-ci rüb)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
20:00 – Xam neft ehtiyatları
30 may
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (aprel)
16:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (aprel)
Avrozona
Avro ötən həftə ABŞ dollarının zəifləməsi fonunda möhkəmlənsə də, yerli fundamental göstəricilərin
zəifliyi onun yüksəliş potensialını məhdudlaşdırdı. PMI-lərin göstərdiyi kimi, Avropada biznes aktivliyi, xüsusilə xidmət
sektorunda, azalmaqdadır. Almaniyanın IFO biznes ab-havası indeksi cüzi artım göstərsə də, ümumi mənzərə zəif olaraq qalıb.
AMB-nin prezidenti Laqard da ticarət münaqişələrinin beynəlxalq ticarəti “geri dönüşün olmayacağı şəkildə dəyişdirəcəyini”
vurğulayaraq, mövcud geosiyasi və iqtisadi gərginliklərin Avropa iqtisadiyyatına mənfi təsirini dolayısı ilə təsdiqlədi.
Bu həftə Almaniyadan gələcək pərakəndə satış və inflyasiya göstəriciləri avronun istiqamətini müəyyənləşdirə bilər.
Bununla yanaşı, ABŞ-lə ticarət gərginliyi Avropa üçün əlavə risk mənbəyi olaraq qalır.
30 may
16:00 – Almaniyada istehlak qiymətlərinin indeksi (may)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1460; 1.1573; 1.1640
- Eniş hədəfləri: 1.1270; 1.1160; 1.1064
Böyük Britaniya
Funt sterlinq dördüncü ay ardıcıl olaraq ABŞ dollarına qarşı gücləndi. GBP/USD cütlüyü 1.3500 səviyyəsini keçərək
2022-ci ilin zirvələrini yoxladı. Böyük Britaniya iqtisadiyyatı üzrə son makro məlumatlar, o cümlədən güclü ÜDM artımı
və gözləntiləri aşan inflyasiya göstəriciləri, valyutanın möhkəmlənməsinə təkan verdi.ABŞ ilə əldə olunan yeni ticarət razılaşması da
funtu dəstəkləyən əsas amillərdəndir. Sazişə əsasən, ABŞ-yə ixrac olunan Britaniya məhsullarına tətbiq olunan bəzi tariflər azaldıldı və bu,
iki ölkə arasında iqtisadi münasibətlərin sabitliyini gücləndirdi.İngiltərə Bankının baş iqtisadçısı Huv Pill isə faiz dərəcələrinin azaldılması ilə
bağlı ehtiyatlı mövqe sərgilədi və bu siyasətin "keçici fasilə" olduğunu qeyd etdi. Bu həftə Böyük Britaniya üzrə makro təqvim zəif olsa da,
ABŞ dollarının dinamikası və qlobal ticarət xəbərləri funtu yönləndirəcək əsas amillər olacaq.
26 may
Gün ərzində Böyük Britaniyada qeyri-iş günüdür
- Artım hədəfləri: 1.3583; 1.3643; 1.3748
- Eniş hədəfləri: 1.3140; 1.2882; 1.2800
Neft
WTI markalı neft ötən həftə dəyişkən şəraitdə ticarət olundu: əvvəlcə 64 dollar səviyyəsini sınaqdan keçirdi,
həftənin sonuna doğru isə təxminən 59.90 dollara qədər gerilədi.
Bu dinamikanın səbəbi ABŞ-də yay səyahət mövsümünün rəsmi başlanğıcı sayılan Anım Günü (Memorial Day) ilə
bağlı gözləntilərlə əlaqədardır. Bu dövrdə yanacağa olan tələbatın potensial artımına baxmayaraq, qiymətlər aşağı səviyyədə qaldı ki,
bu da bazarda neft təklifinin kifayət qədər olduğunu göstərir.OPEC+ təşkilatının yaxın aylarda hasilatı artırmaq planları və ABŞ-nin qazma
aktivliyinin azalması bazarda təchizat gözləntilərini dəyişir. Eyni zamanda, Tramp administrasiyasının enerji sektorunu dəstəkləyən siyasəti,
infrastrukturun genişləndirilməsi ilə nəticələnə bilər, bu isə orta və uzunmüddətli perspektivdə təklifin artacağına işarədir.
Geosiyasi gərginliklər, xüsusilə Yaxın Şərqdə və Ukraynadakı münaqişələr, neftə qısamüddətli dəstək versə də, texniki göstəricilər
və bazar psixologiyası hələ ki, neftin 60-63 dollar aralığında dalğalanacağını göstərir.
Cari həftənin gözləntiləri: (WTI)
- Artım hədəfləri: 62,66;63,69; 67,75
- Eniş hədəfləri: 61,46; 60,06; 59,15
Cari həftənin gözləntiləri: (Brent)
- Artım hədəfləri: 65,61; 66,60; 67,48
- Eniş hədəfləri: 64,26; 63,30; 62,29
Qızıl
Qızıl ötən həftə güclü yüksəliş nümayiş etdirərək 3.350 dollar səviyyəsinə yaxınlaşdı. Bu artıma əsas səbəb ABŞ-nin dövlət
borcunun davamlı artması ilə bağlı narahatlıqlar, Trampın yeni tarif təhdidləri və geosiyasi risklər oldu.
“Moody’s” agentliyinin ABŞ-nin kredit reytinqini aşağı salması, İsrail-İran və Ukrayna-Rusiya cəbhəsində gərginliyin artması,
investorların təhlükəsiz aktivlərə yönəlməsinə səbəb oldu. ABŞ iqtisadiyyatında müşahidə olunan qeyri-müəyyənlik, həmçinin
PCE inflyasiya göstəricisinin gözləntilərdən yüksək çıxması ehtimalı, FED-in faiz siyasətində çeviklik nümayiş etdirəcəyinə işarə edir.
Texniki baxımdan, qızılın qiyməti 20 günlük hərəkətli ortalamanın üzərində möhkəmlənib və RSI göstəricisi də artımı dəstəkləyir.
Əgər ABŞ dolları zəifləməyə davam edərsə və geosiyasi risklər artarsa, qızılın 3.370 və daha yüksək səviyyələri yoxlaması mümkündür.
Lakin PCE göstəricisinin gözləniləndən yüksək çıxması qısa müddətli korreksiya yarada bilər.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 3370; 3430; 3500
- Eniş hədəfləri: 3300; 3250; 3200
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!