{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Ötən həftə qlobal bazarların əsas istiqamətverici faktoru ABŞ Federal Ehtiyat
Sisteminin (FED) dekabr iclası oldu. FED-in 25 baza bəndi faiz endirimi monetar
sərtləşmə dövrünün başa çatdığını təsdiqlədi, lakin gələcək yumşalma tempinin
zəif və məlumatlara bağlı olacağını açıq şəkildə göstərdi. Bu yanaşma dolların
struktur zəifləməsini sürətləndirdi və riskli aktivlərə axını gücləndirdi.
Əmək bazarından gələn qarışıq siqnallar – işsizlik müraciətlərinin kəskin artması
fonunda FED-in 2026-cı ildə daha çox faiz endirimi etməli olacağı ehtimallarını
gücləndirdi. Bu faktor həm qızıl, həm də EUR/USD üçün dəstək rolunu oynadı.
Neft bazarında isə vəziyyət fərqlidir: fundamental olaraq təklif bolluğu davam edir,
texniki olaraq isə həm Brent, həm də WTI aşağı yönlü kanalda qalır. Qısamüddətli
korreksiya xarakterli yüksəlişlər mümkün olsa da, orta müddətli trend hələ də mənfidir.
Bu həftə bazarların əsas fokusunda ABŞ NFP, CPI və PMI göstəriciləri olacaq.
Bu məlumatlar ilin sonuna qədər dolların taleyini və risk iştahını müəyyən edəcək.
FED-in son iclası göstərdi ki, monetar siyasət artıq “risklərin balansı” mərhələsinə keçib.
İnflyasiya hələ hədəfdən yuxarıdır, lakin əmək bazarında zəifləmə əlamətləri FED üçün
əsas narahatlıq mənbəyinə çevrilir. Komitə daxilində fikir ayrılığı qalır ki,
bu da bazarlarda qeyri-müəyyənliyi artırır.
Son məşğulluq məlumatları bu qeyri-müəyyənliyi dərinləşdirdi: ADP və JOLTS
göstəriciləri nisbətən müsbət olsa da, ilkin işsizlik müraciətlərinin gözlənilmədən
sıçraması dollar üzərində təzyiqi artırdı. Bu həftə açıqlanacaq NFP və
CPI göstəriciləri FED-in növbəti addımlarına dair gözləntiləri yenidən formalaşdıra bilər.
Zəif məlumatlar dolların daha da zəifləməsinə, güclü rəqəmlər isə qısa müddətli
korreksiyaya səbəb ola bilər.
16 dekabr
17:30 – Saatlıq orta əməkhaqqı (aylıq) (noyabr)
17:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (noyabr)
17:30 – İşsizlik göstəricisi (noyabr)
17:30 – Pərakəndə satışın baza indeksi (aylıq) (oktyabr)
17:30 – Pərakəndə satış həcmi (aylıq) (oktyabr)
18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (dekabr)
18:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (dekabr)
17 dekabr
19:30 – Xam neft ehtiyatları
18 dekabr
17:30 – İstehlak qiymətlərinin indeksi (aylıq) (noyabr)
17:30 – İstehlak qiymətlərinin indeksi (illik) (noyabr)
17:30 – Filadelfiya FED-inin istehsal aktivliyinin indeksi (dekabr)
17:30 – İstehlak qiymətlərinin baza indeksi (aylıq) (noyabr)
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
19 dekabr
17:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (illik) (oktyabr)
17:30 – Şəxsi istehlak xərcləri üzrə əsas qiymət indeksi (aylıq) (oktyabr)
19:00 – Təkrar mənzil bazarında satışlar (noyabr)
Avrozona tərəfində fundamental mənzərə hələ də zəifdir. Avropa Mərkəzi Bankından
(ECB) faiz dəyişikliyi gözlənilmir və rəsmi açıqlamalar mövcud monetar siyasətin
“yetərincə məhdudlaşdırıcı” olduğunu göstərir. Bu səbəbdən avronun güclənməsi
daxili iqtisadi impulsdan deyil, əsasən ABŞ dollarının zəifləməsindən qaynaqlanır.
Almaniya üzrə sənaye istehsalı və ticarət balansı müsbət sürpriz etsə də, ümumi
iqtisadi aktivlik aşağı səviyyədə qalır. ECB iclası və ABŞ məlumatları EUR/USD üçün
əsas istiqamətverici faktorlar olacaq.
17 dekabr
14:00 – İstehlak qiymətləri indeksi (illik) (noyabr)
18 dekabr
17:15 – Depozitlər üzrə faiz dərəcələri (dekabr)
17:15 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (dekabr)
17:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı
Cari həftənin gözləntiləri:
Neft bazarında struktur problem dəyişməyib. ABŞ və digər əsas istehsalçıların yüksək hasilatı,
qlobal tələb artımının zəif qalması ilə üst-üstə düşür. Texniki olaraq Brent və WTI aşağı yönlü
kanalda hərəkət edir və hər yüksəliş satıcılarla qarşılaşır.
Qısa müddətli korreksiya xarakterli yüksəlişlər mümkün olsa da, əsas ssenari aşağı istiqamətin
qorunmasıdır. Bayram günləri öncəsi azalan likvidlik qiymət hərəkətlərini daha sərt edə bilər.
Cari həftənin gözləntiləri (Brent):
Cari həftənin gözləntiləri (WTI):
Qızıl bazarı struktur olaraq güclü qalır. FED-in yumşalma dövrünə keçməsi, dolların zəifləməsi
və inflyasiya qeyri-müəyyənliyi XAU/USD üçün əsas dəstək faktorlarıdır. Texniki baxımdan
trend aydın şəkildə “bullish”dir, lakin qısa müddətdə yüksək səviyyələrdə konsolidasiya
və ya yüngül korreksiya riski mövcuddur.
Əgər ABŞ-dən gələn məşğulluq və inflyasiya məlumatları zəif olarsa, qızıl yeni tarixi
maksimumlara doğru hərəkəti davam etdirə bilər.
Cari həftənin gözləntiləri:
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!