{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}
UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Son həftə bazarlarda əsas hərəkətverici qüvvə ABŞ dollarının zəifləməsi
və geosiyasi qeyri-müəyyənliyin artması oldu. EUR/USD yanvarın sonunda
kəskin yüksələrək 1.2082 zirvəsinə çatdı, lakin həftəni 1.1900 ətrafında
tamamladı. Dolların zəifləməsinə səbəb həm ABŞ-nin Yapon yeni ilə bağlı
mümkün müdaxilə siqnalları, həm də Trampın dolların ucuzlaşmasına
müsbət yanaşması oldu. Paralel olaraq bazar iştirakçıları Federal Ehtiyat
Sisteminin (FED) gələcək siyasətində əlavə faiz endirimi ehtimalını
qiymətləndirməyə davam edir.
Yeni həftədə diqqət tam şəkildə Avropa Mərkəzi Bankının (AMB) qərarına
və ABŞ-də əmək bazarı göstəricilərinə yönələcək. ABŞ-də Kevin Vorşun
növbəti FED sədri kimi namizəd göstərilməsi monetar siyasətdə daha sərt
xətt ehtimalını artırsa da, bazar hələlik dollar üçün davamlı yüksəliş
ssenarisi qurmağa tələsmir. Ümumi fon riskdən qaçış davranışını qoruyur
və qızıl, neft kimi aktivlərdə yüksək volatillik davam edir.
ABŞ-də makro məlumatlar zəif olsa da, bazar daha çox siyasi və monetar
qeyri-müəyyənlik üzərində fokuslanır. FED faizləri eyni səviyyədə saxladı
və C. Pauel iqtisadi artımın sabit olduğunu vurğuladı. Buna baxmayaraq,
bazar iştirakçıları hələ də gələcəkdə əlavə faiz endirimləri ola biləcəyini
hesab edir. Trampın Kevin Vorşu növbəti FED sədri kimi təqdim etməsi
isə dollar üçün yeni risk sayıla bilər: Vorş daha sərt mövqeyi ilə tanınır və
bu, gələcəkdə siyasətin daha “hawkish” ola biləcəyini göstərir.
Bu həftənin əsas hadisəsi ABŞ qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq
göstəricisi hesabatıdır. Əmək bazarında zəifləmə siqnalları faiz endirimi
gözləntilərini gücləndirə və dolları təzyiq altında saxlaya bilər. Güclü rəqəmlər
isə dolların qısa bərpasına səbəb ola bilər.
2 fevral
18:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (yanvar)
19:00 – ISM-dən istehsal sektorunda biznes aktivliyinin indeksi (yanvar)
3 fevral
19:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (dekabr)
4 fevral
17:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (dekabr)
18:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (yanvar)
19:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (yanvar)
19:30 – Xam neft ehtiyatları
5 fevral
17:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
6 fevral
17:30 – Saatlıq orta əməkhaqqı (yanvar)
17:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (yanvar)
17:30 – İşsizlik göstəricisi (yanvar)
Avropada son həftə açıqlanan iqtisadi göstəricilər ümidverici oldu. Avrozonada
ÜDM artımı dördüncü rübdə 0.3% olaraq təsdiqləndi və Almaniya göstəriciləri
gözləntiləri az da olsa üstələdi. Avropa Komissiyasının Hindistanla böyük
ticarət sazişi elan etməsi də Avropanın ABŞ tarif təzyiqlərinə cavab olaraq
iqtisadi mövqeyini gücləndirmək istədiyini göstərir.
Bu həftə əsas fokus AMB-nin monetar siyasət qərarında olacaq. Faizlərin dəyişməz
qalacağı gözlənilir və K.Laqardın çıxışı bazara istiqamət verəcək əsas faktor olacaq.
Ümumilikdə EUR/USD-də uzunmüddətli struktur müsbət qalsa da, hazırkı mərhələdə
korreksiya riskləri yüksəkdir.
4 fevral
14:00 – İstehlak qiymətləri indeksi (illik) (yanvar)
5 fevral
17:15 – Depozitlər üzrə faiz dərəcələri (fevral)
17:15 – Uçot faiz dərəcəsi ilə bağlı qərar (fevral)
17:45 – Avropa Mərkəzi Bankının mətbuat konfransı
Cari həftənin gözləntiləri:
Neft bazarında qiymətlər yüksəliş siqnalları versə də, ümumi trend hələ tam şəkildə
dəyişməyib. Brent 69 dollar ətrafında ticarət olunur və 72.20 zonası əsas müqavimət
kimi izlənir. Bazarda yüksəliş daha çox korreksiya xarakteri daşıyır və təklif balansı
hələ də qiymətləri məhdudlaşdırır.
WTI isə son iki həftədir yuxarı hərəkət nümayiş etdirərək 65.70 səviyyəsinə qədər
yüksəlib. Burada əsas məsələ odur ki, qiymət artıq 60 dollar dəstəyini möhkəmləndirib
və spekulyativ alıcılar bazarda aktivləşib. Lakin neft bazarı yenə də geosiyasi xəbərlərə
həssasdır və kəskin geri dönüşlər mümkündür.
Cari həftənin gözləntiləri (Brent):
Cari həftənin gözləntiləri (WTI):
Qızıl bazarı ardıcıl dördüncü həftə yüksəldi və $5,600 səviyyəsinə yaxın rekordlar
gördükdən sonra mənfəət realizasiyası ilə korreksiya mərhələsinə keçdi. Yüksəlişi
dəstəkləyən əsas faktorlar FED-in gələcək faiz endirimi gözləntiləri və İran ətrafında
artan geosiyasi risklərdir.
Kevin Vorşun FED sədrliyinə namizədliyi bazarda daha sərt monetar siyasət ehtimalını
artırır və bu, gələcəkdə faiz endirimlərinin daha məhdud ola biləcəyinə işarə edir.
Bu faktor qısamüddətli dövrdə dolları dəstəkləyərək qızılda müəyyən korreksiya
riskini yüksəldə bilər. Lakin geosiyasi qeyri-müəyyənlik və təhlükəsiz liman tələbi
fonunda ümumi mənzərə qızıl üçün hələ də pozitiv qalır. Bu həftə əsas diqqət ABŞ
əmək bazarı məlumatlarına yönələcək. Əgər dollar güclənməyə başlasa, qızıl üzrə
korreksiya dərinləşə bilər. Bununla belə, ümumilikdə uzunmüddətli yüksiş trendi
hələ də qorunur və pozulmayıb.
Cari həftənin gözləntiləri:
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!