{{ newsItem.title }}
{{ newsItem.headline }}
{{ newsItem.title }}UForexcari həftənin mühüm xəbərlərini nəzərinizə çatdırır:
Keçən həftə bazarlarda qarışıq dinamika müşahidə edildi. ABŞ dolları üç
həftəlik zəifləmədən sonra möhkəmlənməyə cəhd etsə də, hələ də illik
diapazonunun aşağı hissəsində qalır. İyul ayına dair əmək bazarı göstəricilərinin
ciddi şəkildə aşağıya doğru yenilənməsi investorları narahat etdi və FED-in sentyabr
qərarı ətrafında qeyri-müəyyənliyi artırdı. ABŞ-də PCE inflyasiyası hədəfdən yuxarı
səviyyədə qalsa da, iqtisadi artım davam edir. Avrozonada istehlakçı əhvalı və siyasi
risklər avronu məhdudlaşdırır, lakin inflyasiya və ÜDM üzrə yeni məlumatlar istiqaməti
müəyyənləşdirəcək. Enerji bazarında tələb və təklif balansda qaldığından, buna görə Brent
və WTI tərəddüdlü zonada ticarət olunur. Qızıl isə “təhlükəsiz liman” statusunu qoruyur: geosiyasi
gərginliklər və FED-in siyasəti ilə bağlı şübhələr alıcıları cəlb edir.
Nəticə etibarilə, yeni həftə üçün bütün diqqət ABŞ-nin əmək bazarı göstəricilərinə
yönəlib. Bu göstəricilər yalnız dolların deyil, həm də qlobal risk iştahının və mərkəzi bank
siyasətlərinə dair gözləntilərin əsas determinantı olacaq.
ABŞ üçün həftənin mərkəzi hadisəsi - Nonfarm Payrolls (NFP) hesabatıdır.
İyul ayında cəmi 73 min iş yeri yaradılması və əvvəlki ayların göstəricilərinin
258 min azaldılması əmək bazarındakı real zəifliyi üzə çıxardı. Bu, FED üçün
böyük siqnaldır: işsizlik artıq 4.3%-ə yaxınlaşır, maaş artımı isə sabit qalsa da,
iqtisadi “soyuma” ehtimalını gücləndirir. Əgər avqustda iş yerlərinin artımı çox
zəif olarsa, bazarlar FED-dən sentyabrda faiz endirimi gözləyəcək. Bu dolların
zəifləməsinə və qızılın güclənməsinə səbəb ola bilər. Əksinə, gözləntiləri üstələyən
rəqəmlər dolları dəstəkləyəcək, çünki FED-in “gözləmə” mövqeyinə üstünlük verəcək.
ISM-dən istehsal və xidmətlər indeksləri də iqtisadi aktivliyin real vəziyyətini göstərəcək.
Bu məlumatlar inflyasiyanın yalnız bir dəfəlik dalğalanma olub-olmadığını qiymətləndirməkdə
FED üçün əlavə siqnal olacaq.ABŞ dolları hazırda “siyasi təzyiq” altında qalır. Trampın FED üzvlərinə
yönələn tənqidləri və qurumun müstəqilliyi ilə bağlı şübhələr bazarın etimadını sarsıdır. Ona görə də
həftənin nəticələri yalnız statistikadan deyil, həm də siyasi fonun necə dəyişməsindən asılı olacaq.
1 sentyabr
Gün ərzində ABŞ-də qeyri-iş günüdür
2 sentyabr
17:45 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (avqust)
18:00 – İstehsal sektorunda biznes aktivliyinin indeksi (PMI) (avqust)
3 sentyabr
18:00 – “JOLTS” əmək birjasında açıq vakansiyaların sayı (iyul)
4 sentyabr
16:15 – ADP-dən qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (avqust)
16:30 – İşsizlik müavinətləri üzrə ilkin müraciətlərin sayı
17:45 – Xidmət sektorunda biznes aktivliyinin indeksi (PMI) (avqust)
18:00 – ISM-dən qeyri-istehsal sektorunda biznes aktivliyinin indeksi (avqust)
20:00 – Xam neft ehtiyatları
5 sentyabr
16:30 – Saatlıq orta əməkhaqqı (aylıq) (avqust)
16:30 – Qeyri-kənd təsərrüfatı sektorunda məşğulluq göstəricisi (avqust)
16:30 – İşsizlik göstəricisi (avqust)
Avrozona iqtisadiyyatı da zəiflik nümayiş etdirir. İstehlakçı etimadı və biznes
əhvalı hələ də aşağı səviyyədədir. Almaniya və Avrozona üzrə PMI göstəriciləri
iqtisadi aktivliyin zəif qaldığını göstərir. Bu həftə avronun istiqamətini əsasən
HICP inflyasiya göstəriciləri və ikinci kvartal üzrə ÜDM göstəricisi təyin edəcək.
Əgər inflyasiya gözləniləndən aşağı açıqlanrsa, Avropa Mərkəzi Bankının artıq
“neytral” mövqeyi daha da güclənəcək. Əksinə, sürpriz şəkildə yüksək nəticələr
avronu dəstəkləyə bilər.Siyasi risklər də gündəmdədir. Fransada hökumətə etimad
səsverməsi ehtimalı var, bu da avro üzərində əlavə təzyiq yaradır. Rusiyanın Ukraynaya
hücumlarının davam etməsi və hətta Aİ ofislərinin zərbə alması regionun siyasi risklərini artırır.
Avro ABŞ dolları qarşısında zəif görünür, amma əgər ABŞ rəqəmləri məyusedici olarsa, avro üçün
qısamüddətli yüksəliş imkanı qalır. Yəni əsas istiqamət hələ də dolların gücü və ya zəifliyindən asılıdır.
2 sentyabr
13:00 – Avrozonada istehlak qiymətləri indeksi (illik) (avqust)
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 1.1740; 1.1830; 1.1900
- Eniş hədəfləri: 1.1650; 1.1590; 1.1520
Enerji bazarında balanslı, amma bir qədər “ehtiyatlı” dinamika müşahidə olunur.
WTI keçən həftə 62.8-65.0 diapazonunda hərəkət etdi. İstehsal sabitdir, ABŞ
ehtiyatları isə yüksəkdir, bu da qiymətlərin yuxarı qalxmasını məhdudlaşdırır.
Qısamüddətli artımlar olsa da, bazar hələ də fundamental olaraq “stabillik zonasında”dır.
Brent isə daha çox eniş riskini daşıyır. Texniki baxımdan 72 dollara qədər yüksəliş mümkündür,
amma əsas tendensiya aşağı yönümlüdür. Əgər qiymətlər 63 dolları keçərsə, bu, daha dərin
enişlərin başlanğıcı ola bilər. Yuxarı istiqamətdə 79-80 dollar zonası yalnız bazarda güclü alış
dalğası yaranarsa mümkündür.Ümumilikdə, neft bazarı hələ də qlobal iqtisadi aktivliyə həssasdır.
ABŞ və Avrozona məlumatları zəif olaraq açıqlanarsa, neft üçün tələbatın azalması ehtimalı
qiymətləri aşağı salacaq. Əks halda, güclü iqtisadi siqnallar neftə dəstək ola bilər.
Cari həftənin gözləntiləri (Brent):
- Artım hədəfləri: 72.35; 79.45; 86.55
- Eniş hədəfləri: 68.00; 63.05; 55.05
Cari həftənin gözləntiləri (WTI):
- Artım hədəfləri: 64.40; 65.20
- Eniş hədəfləri: 63.00; 62.30
Qızıl bu həftə də diqqət mərkəzindədir. Keçən həftə qızılın qiyməti 3400 dolları keçdi
və bazarda “bullish” əhvalı gücləndi. Əsas dəstək amilləri: ABŞ dollarının zəifliyi, FED-in
mümkün faiz endirimi və geosiyasi gərginliklərdir. ABŞ ilə Çin arasındakı ticarət riskləri,
Trampın FED-ə təzyiqləri və Rusiya-Ukrayna müharibəsində yeni eskalasiyalar investorları
“təhlükəsiz liman”a yönəldir.Texniki olaraq qızıl güclü görünür: RSI göstəriciləri alıcı üstünlüyünü
göstərir, qiymət əsas hərəkətli ortalamaların üzərindədir. Əgər ABŞ-dən zəif NFP və ya inflyasiya
siqnalları gəlsə, qızıl yeni zirvələrə qalxa bilər. Amma güclü əmək bazarı dolları dəstəkləyərsə, qısa
müddətli korreksiya qaçılmaz olacaq.Ümumilikdə, qızılın perspektivi hələ də müsbət olaraq qalır,
çünki investorların əksəriyyəti FED-in ilin sonuna qədər ən azı bir faiz endirimi edəcəyinə inanır.
Cari həftənin gözləntiləri:
- Artım hədəfləri: 3500; 3550; 3600
- Eniş hədəfləri: 3435; 3345; 3285
Valyuta bazarında baş verən ən son yeniliklərdən xəbərdar olmaq üçün bizi “Telegram” kanalımızda izləyin!