Yaşlı milyoner

İngeborqa Mutz təxminən 15 il əvvəl adi bir alman dul qadın idi. İndi isə 96 yaşlı milyonçudur. O, Almaniyanın ən tanınmış adamlarından biridir.

Kasıb bir ailədə anadan olub. Yoxsulluqdan xilas olmaq üçün 17 yaşında erkən evlənsə də, bu, ona çox rahatlıq gətirmədi. 75 yaşına qədər xərcləyəcəyi hər mark üçün ərinə dil tökməli olub. Nə vaxt işə düzəlmək istəsəydi, əri onu həvəsdən salırdı, pul qazana bilməyəcəyini deyirdi. İngeborqa isə bir gün əsəbləşərək "əgər işləyə bilməyəcəyimi düşünürsənsə, bazarda treyd edəcəm!" dedi. Bu fikrində isə heç yanılmadı.

Ərinin ölümündən sonra Mutz ərinin ömür boyu işlədiyi konsernin 1000 səhmini tapdı. O, yoxsulluğuna son qoymaq üçün riskə getməyə qərar verdi. Bu isə düzgün qərar idi. Belə ki, treydinqin ilk 8 ilində bu yaşlı qadın 500 000 avrodan çox qazandı.

O, ticarət tərzinə görə digər bütün uğurlu treyderlərdən seçilir. Çünki o, qadcetlərdən, internetdən və s. alətlərdən istifadə etmir. O, bilməsi lazım olan hər şeyi köhnə səhər qəzetlərindən alır. Bu cür strategiyanın yaşlı xanıma necə milyonlar qazandırdığı ilə maraqlanırsınızsa, onun “Borsenkrimi” və ya “Birja detektivi” kitablarına nəzər salın.

Bizə yazın

close

Mütəxəssisdən soruşun

close

Müştəri müraciətləri

close