Mərkəzi banklardakı “şahin” və “göyərçin” ifadələri həmin qurumların ölkələrindəki iqtisadi vəziyyətə və pul siyasətinə münasibətilə bağlıdır.
Hər iki söz mərkəzi bankirlərin davranışlarına aid edilən müvafiq heyvan xüsusiyyətlərindən, şahin və göyərçindən gəlir.
Hawkish (şahin), mərkəzi bankirlərin bir ölkə iqtisadiyyatında yüksək inflyasiyanın qarşısını almaq üçün görəcəyi tədbirlərə istinad edir. Daha sonra faiz dərəcələrini artıracaq və çox sürətli olan iqtisadi artımı zəiflədəcəklər.
Dovishi (göyərçin) isə bunun əksi olardı. Mərkəzi banklar deflyasiyadan qaçmaq və ya yavaş iqtisadiyyatı stimullaşdırmaq istədikləri zaman faiz dərəcələrini azaldırlar. Bu fəaliyyət kredit almaq xərclərini azaldır, iqtisadiyyatın artımını yaxşılaşdırmağa kömək edir.