Dostlarından və ailəsindən 1600 dollar borc alan Riçard Dennis bu pulla treydinqə başlayır. 10 il sonra isə 300 milyon dollar qazancla milyoner olur.
Onun treydinqdə özünəməxsus “Tısbağa strategiyası” var idi. Strategiyaya əsasən, yeganə və ən önəmli faktor qiymətdir. Treyder hal-hazırkı qiymət hərəkətini izləməli, ona görə addım atmalıdır. Strategiya uzunmüddətli analiz və perspektivi nəzərə almır.
Strategiyanın müəllifi Riçard Dennis plan üzrə, nizamla hərəkət edən investorun uğur qazanacağına inanırdı. Onun fikirincə, maliyyə bazarlarında qazanc əldə etmək üçün peşəkar maliyyəçi olmağa ehtiyac yoxdur. Biz bu bəyanatla təmamilə razıyıq!